Sağlam həyat tərzi sürmək, sağlamlığınızı qorumaq istəyirsinizsə Xiaomi Amazfit GTS 2 smart saatı sizə təqdim edirik! Saatın bir çox faydalı funksiyası var. Qolunuzda mini smartfon daşıyacaqsınız. Ən vacib bildirişləri anında görmək imkanından yararlanın. Saatı ətraflı nəzərdən keçirək.
Smart saatın korpusu alüminiumdan, ekran isə cızıqlara davamlı şüşədən hazırlanıb. Sağ tərəfdə idarə etmə düyməsi yerləşdirilib. Kəmərin materialı silikondur. Əldə çox rahat hiss edilir. Korpus suya davamlıdır. Onun təzyiqə davamlılığı 5 ATM-dir. Korpusun arxa tərəfində nəbz, oksigenin qanda miqdarı sensorları və enerji toplamaq üçün connecter mövcuddur. Cihazın ölçüləri 35.6 x 42.8 x 9.7 mm, çəkisi 47 qramdır. Əlavə olaraq, korpusda mikrofon və dinamik yerləşdirilib. Cihaz musiqini səsləndirə bilir. 3 GB daxili yaddaş sayəsində sevdiyiniz musiqi daim yanınızda olacaq.
Amazfit GTS 2-nin ekran həlli 348 x 442. Cihaz 1.65'' düymlü AMOLED ekrana sahibdir. Rənglər düzgün və parlaqdır. Görüntü dəqiq təsvir edilir. Displey sensorludur və ləkələrdən xüsusi oleofob örtük ilə qorunur. Ekran Always on Displey funksiyasını dəstəkləyir.
Smart saat rəsmi mobil tətbiqi vasitəsilə Android və iOS smartfonlarına tez qoşulur. Amazfit X vasitəsilə gün ərzində mütəmadi olaraq kalori, fiziki fəaliyyətinizi, qanınızda oksigen miqdarını və stress dərəcəsini ölçmək olar. Saat üçün geniş çeşiddə siferblatlar mövcuddur. Smartfonunuz vasitəsilə bəyəndiyiniz siferblatı saata yükləmək mümkündür.
Ən əsası isə məşqlərdir. Saatda 12 növ əsas məşq mövcuddur: qaçış növləri, yeriş, velosiped, velotrenajor, hovuz və s. “Daha çox” düyməsində digər məşqləri tapa biləcəksiniz. 246 mAh tutumlu batareya saatın aktiv rejimdə 168 saat işləməsini təmin edir.
Xiaomi Amazfit GTS 2 əldə etməklə özünüzü və yaxınlarınızı sevindirin. Üstəlik Kontakt Home mağazalarda Amazfit GTS 2 ən əlverişli qiymətə təqdim edilib. Zövqünüzə uyğun Amazfit GTS 2 seçin. Mağazalarımızda onun üç rəngi təklif olunur: qızılı, qara və boz.