Xiaomi şirkəti büdcəli və keyfiyyətli məhsulları ilə tanınır. Bu səbəbdən Xiaomi Mi LED 55 4S Global smart televizorun uzun müddət ərzində mağazalarımızda ən çox satılan məhsullar siyahısına daxil olması təəccübləndirmir.
Mi LED 4S-in korpusu metaldan hazırlanıb və universal qara rəngdədir. Nazik çərçivə və iri ekran kontentə tam dalma effektini yaradır. Cihazın eni 123.1 sm, hündürlüyü 76.7 sm, qalınlığı (altlıq ilə bir yerdə) 26.4 sm-dir. Çəkisi 12 kq-dır. Altlıq 2 V-şəkilli ayaqlardan ibarətdir. Ayaqlar asan demontaj olunur və televizor rahatlıqla divardan asılır. Korpusun arxa hissəsində AV, HDMI x3, USB x2, Ethernet (Rj-45) girişləri yerləşdirilib. Bundan başqa cihaz Wi-Fi 802.11ac və Bluetooth dəstəkləyir.
Smart TV 55'' düymlü LED ekrana sahibdir. Ekran həlli 4K UHD (3840 x 2160), tezlik 60 Hz-dir. Ekran görüntünü keyfiyyətli təsvir edir. Rənglər isə canlı və parlaq ötürülür. Dinamik səhnələrin vizual effektləri heyran edir. Təkmilləşdirilmiş qrafika sayəsində xırda detalları belə qaçırmayacaqsınız.
Dolby Audio və DTS-HD texnologiyaları sayəsində səs möhtəşəm ötürülür. Özünüzü kinoteatrda hiss edəcəksiniz. Cihaz Android əməliyyat sistemi üzərində işləyir. 4 nüvəli prosessor məlumatı tez emal edir, daxili yaddaşın tutumu isə daha çox tətbiq yükləmək üçün imkan yaradır. Televizor Chromecast funksiyasını dəstəkləyir. Bluetooth vasitəsilə smartfonunuzu televizora qoşub ailənizlə bir yerdə foto və videolarınızı izləyə bilərsiniz.
Xiaomi Mi LED 4S modellərində PatchWall məsləhət sistemi mövcuddur. PatchWall maraqlarınıza əsaslanaraq sizə kontent təklif edir. Sistemin ən faydalı funksiyalarına ağıllı axtarış daxildir. Onun vasitəsilə istədiyiniz kontent tez tapılır.
Xiaomi Mi LED 4S 55 ən əlverişli qiymətə və zəmanətlə Kontakt Home mağazalarında təqdim edilib. Peşəkar mütəxəssislərimiz məhsulun imkanları ilə sizi tanış edib bütün suallarınızı cavablayacaqlar.