Qonaq otağı üçün ideal ölçülərə sahib Samsung LED UE55AU8000UXRU modelini təqdim edirik. Keyfiyyəti ilə Samsung televizorları istifadəçiləri tərəfindən çox sevilir. Nazik korpusu və klassik qara çərçivəni minimalizm üslubuna üstünlük verənlər bəyənəcək.
Smart TV 55" düymlü LED ekrana sahibdir. Dynamic Crystal Color texnologiyası ilə rənglər təmiz və parlaq ötürülür. Crystal 4K prosessor sevdiyiniz filmləri 4K UHD keyfiyyətində izləməyə imkan yaradır. Motion Xcelerator funksiyası hər bir kadrı analiz edib avtomatik optimallaşdırır. Nəticədə görüntünün keyfiyyəti daha da artırılır və ən xırda detalları belə görə biləcəksiniz. HDR texnologiyası həm aydın, həm də tünd səhnələrdə ideal baxış təmin edir. Natural Mode rejimi rənglərin təbii ötürülməsini təmin edir. Təbiəti nümayiş edən səhnələri izləməkdən zövq alacaqsınız.
Mükəmməl görüntü təmiz və dolğun səslə birləşib evinizdə kinoteatr mühitini yaradır. Q-Symphonu texnologiyası vasitəsilə soundbar ilə televizorun dinamiklərinin sinxron işi təmin edilir. Tamamilə əhatə edən səs sayəsində özünüzü ekranda baş verənlərin mərkəzində hiss edəcəksiniz.
Naqilləri gizlətmək üçün televizorun altlığında Clean Cable Solution həlli mövcuddur. Kronşteyn vasitəsilə cihazı divardan asmaq olar. Arxa paneldə HDMI x3, USB x2, Ethernet (LAN), CL slot girişləri mövcuddur. Beləliklə, kompüter və ya notbukunuzu televizora birləşdirib onu monitor kimi istifadə edə bilərsiniz. Əlavə olaraq smartfonunuzda olan şəkilləri böyük ekranda izləmək olar.