Galaxy S20 FE (Fan Edition) modeli Samsung brendinin fanatlarına yönləndirilib. Smartfonda istifadəçilərinin daha çox istifadə etdiyi bütün funksiyalar və arzu edilən parametrlər birləşir. Arxa panel mat plastikdəndir və mavi rəngdə təqdim edilib. Corning Gorilla Glass 3 örtüyü şüşədən hazırlanan displeydə cızıq əmələ gəlməsinin qarşısını alır. Korpus IP68 qorunma dərəcəsinə sahibdir. Beləliklə, smartfon 1.5 metr dərinliyində suyun altında 30 dəqiqə ərzində qala bilər. Alt və üst hissədə yerləşən 2 ədəd dinamik və 2 mikrofon danışıq zamanı səsin təmiz və aydın ötürülməsini təmin edir.
Böyük SuperAMOLED ekran rəngləri parlaq ötürür və görüntü detallı təsvir edilir. Ekranın daxilinə quraşdırılmış ultrasəs barmaq izi skaneri məlumatlarınızı etibarlı qoruyur. Əlavə olaraq skanerin təsir sahəsi daha da genişləndirilib. Ekran AlwaysOn Display rejimini dəstəkləyir. Saat, batareyanın enerjisi, bildirişlər barədə hər zaman məlumatınız olacaq.
Batareyanın tutumu 4500 mAh-dir. Günün sonunadək bütün işlərinizi rahat tamamlaya biləcəksiniz, smartfonun enerji sizə kifayət edəcək. Üstəlik sərf edilən enerjini 25 Vt adapter ilə 1 saat ərzində 0%-dan 100% qədər bərpa etmək olar. Exynos 990 prosessor və 6 GB operativ yaddaş sayəsində cihaz bütün tapşırıqlarınızı sürətli yerinə yetirir və istənilən məlumat ekran donmadan ötürülür.
Şəkillərin yaradılması üçün Samsung istifadəçilərinə güclü kamera sistemini təqdim edir. Arxa paneldə 12 mpx ultra geniş bucaqlı, 12 mpx geniş bucaqlı və 8 mpx telefoto kameralar yerləşdirilib. Kameralar rəngləri daha parlaq ötürür. Nəticədə professional keyfiyyətli şəkillər əldə edilir. Gününüzü dostlarınızla bölüşün - 32 meqapikselli ön kamera selfilərinizi daha da mükəmməl edəcək.