Samsung Galaxy A53 Android 12 əməliyyat sistemi üzərində işləyir. 256 GB daxili yaddaşa, 64 meqapikselli kameraya və 5000 mAh tutumlu batareyaya sahibdir. Çəkisi 189 qramdır.
Yeni Samsung Galaxy A53 smartfonu Super AMOLED ekrana, 64 meqapikselli kameraya, 2 gün ərzində tükənməyən enerji və suya davamlı korpusa sahibdir. Cihaz saytda zərif mavi rəngdə mövcuddür.
Dizayn və Ekran
Sadə görünüşə sahib smartfonları sevirsinizsə Galaxy A53 Blue modelinə nəzər yetirin. Ambient Edge kamera bloku sayəsində smartfon hətta uzaq məsafədən tanınır. Plastik korpus smartfonu güclü zərbələrdən qoruyur. Optimal ölçüləri onu bir əllə tutub idarə edə bilməyiniz üçün imkan yaradır. Korpus IP67 müdafiə dərəcəsinə malikdir. Bu isə o deməkdir ki, smartfonu qoyduğunuz masanın üzəridə su tökülsə gövdənin daxilinə su sızmayacaq. Smartfona 2 ədəd nanoSIM və ya 1 nanoSIM + 1 microSD yaddaş kartı yerləşdirmək olar. 2 nömrə sahibləri üçün bu çox əlverişli həlldir. Gövdənin üst və alt hissələrində dinamiklər və mikrofon mövcuddur. Ətrafınızdakı səsin səviyyəsindən asılı olmayaraq həmsöhbətiniz sizi aydın eşidəcək. A53 Dolby Atmos texnologiyasını dəstəkləyir. Artıq sevdiyiniz filmləri izləməkdən daha çox zövq alacaqsınız.
Baxışın keyfiyyətini artırmaq üçün Samsung öz smartfonunu böyük AMOLED displeylə təchiz edir. Rənglərin parlaqlığı sizi heyran edəcək. 120 Hz ekran tezliyi sayəsində xırda detallar belə nəzərinizdən qaçmayacaq. Xəbər lentini sürətli sürüşdürdüyünüz zaman isə yüksək tezlik keçidləri hamar edir. Ekranın parlaqlığı 800 nitə qədər artırılıb. Günəş işığı altında kontent rahat oxunur. Ekran cızıqlardan Corning Gorilla Glass 5 örtüyü ilə qorunur.
Məhsuldarlıq və Kamera sistemi
Daha çox sürət və məhsuldarlıq üçün Samsung Galaxy A53 modelində Exynos 1280 prosessoru quraşdırılıb. Yeni prosessor istənilən tapşırığınızın çevik yerinə yetirilməsini təmin edir. Smartfon Android 12 əməliyyat sistemi üzərində işləyir. Nəticədə, interfeysin funksionallığı artırılıb. 256 GB daxili yaddaş sayəsində dəyərli xatirələr, vacib məlumatlar, tez-tez istifadə edilən tətbiqlər hər zaman yanınızdadır. Cihazda saxladığınız məlumatın təhlükəsizliyini təmin etmək üçün korpusun yan hissəsində olan güc düyməsinin üzərində barmaq izi skaneri yerləşdirilib. Əlavə olaraq telefonu blokdan üz tanıma funksiyası vasitəsilə çıxarmaq mümkündür.
Galaxy A53 ilə tamamlanmayan danışığınız qalmayacaq. Telefondan intensiv istifadə zamanı belə 5000 mAh həcmli batareyanın enerjisi günün sonunadək sizinlə olacaq. Adi istifadə zamanı isə batareyanın tutumu 2 günədək kifayət edəcək.
Multiobyektiv kamera bloku ilə özünüzü peşəkar fotoqraf hiss edin. Arxa paneldə yerləşən yüksək keyfiyyətli kameraların köməkliyi ilə ideal kadrı yaratmaq üçün günəşli havanı gözləməyə ehtiyac qalmayacaq. 64 meqapikselli əsas kamera optik stabilləşməyə sahibdir. Hərəkətdə olsanız belə çəkilişə davam edə bilərsiniz, görüntünün sabitliyi qorunacaq. Ultra geniş bucaqlı kamera 12 meqapiksellidir və arxanızda olan fonu kadra maksimal olaraq yerləşdirə bilir. 5 meqapikselli dərinlik sensoru ilə fokus yalnız sizə lazım olan yerdə olacaq. Arxa fonu bulanıq edən bu modul əsl fotoəsərlər yaradır. 5 meqapikselli makro kamera iri planlar üçün nəzərdə tutulub. Ön kamera 32 meqapiksellidir və sizi mükəmməl selfilərlə təmin edəcək. Əlavə olaraq bu modul mütəmadi olaraq yenilənən Snapchat filterlərini dəstəkləyir. Bunun üçün "Fun" rejiminə keçid edin.