Samsung Galaxy A02 smartfonu MediaTek MT6739W prosessor üzərində işləyir. Əsas kamera 13 mpx, ön paneldə yerləşən kamera 5 meqapiksellidir. Daxili yaddaş 32 GB-dır.
Gündəlik istifadə üçün büdcəli smartfon axtarırsınızsa Samsung Galaxy A02 modelinə nəzər yetirməyi məsləhət edirik. Sözügedən model böyük həcmli batareya, 13 meqapikselli əsas kamera və parlaq IPS LCD displeylə təchiz edilib.
Görünüş və Displey
Samsung Galaxy A02 modelinin korpusu mat plastikdən hazırlanıb. Arxa panel relyeflidir, nəticədə telefon etibarlı şəkildə əlinizdə yerləşir. Smartfon qara rəngdə təqdim edilib. Korpusun sol tərəfində 2 ədəd nanoSIM və 1 microSD kart üçün slot, sağ tərəfində isə güc və səs düymələri mövcuddur. Alt hissədə dinamik, micro USB, mikrofon və 3.5 mm qulaqlıq üçün giriş var.
6.5” düymlü ekran möhkəm şüşə ilə örtülüb. Görüntü keyfiyyətli təsvir edilir. Smartfon avtomatik işıq idarəetmə sensoru ilə təchiz edilib. Beləliklə, onu açıq havada, günəş altında rahat istifadə edə bilərsiniz. Bir neçə dəqiqəlik qapalı yerə girmək lazım olsa belə, telefon dərhal optimal ekran işıqlandırmasını özü avtomatik tənzimləyəcək.
Məhsuldarlıq və Kamera Bloku
Galaxy A02 MediaTek MT6739W prosessorla təchiz edilib. Operativ yaddaş 2 GB-dır. Şəkil və videoların ötürülməsi, mesajların göndərilməsi, zənglər və s. kimi gündəlik işlərinizin yerinə yetirilməsi üçün bu model idealdır. Məlumatın saxlanılması üçün 32 GB daxili yaddaş ayrılıb. Lakin, microSD kartın köməkliyi ilə yaddaş həcmini artıra biləcəksiniz.
Smartfon 5000 mAh tutumunda olan batareyaya malikdir. Batareyanın enerjisi 16 saat video izləmək və ya 78 saat fasiləsiz musiqi dinləmək üçün kifayətdir.
Şəkillərin yaradılması üçün Galaxy A02-nin arxa panelində 13 meqapikselli əsas kamera, 2 meqapikselli makro modul və fləş yerləşdirilib. Gün işığı altında kamera aydın və parlaq şəkillər yarada bilir. 5 meqapikselli ön kamera ilə qüsursuz selfilər əldə edəcəksiniz.