Əsas özəlliklər
LiDAR Lazer
Yüksək effektivliyə malik fırça
Modernləşdirilmiş Wi-Fi nəzarəti
Evi daha effektiv və dərindən təmizləyir. Belə ki, tozsoran öz yerini dəqiq müəyyən edir və yolunu optimallaşdırır.
Xalçaları və bərk döşəmələri daha effektiv və lifləri dolaşdırmadan təmizləyir
Wi-Fi vasitəsilə Jet Bot tozsoranını istənilən vaxtda və istənilən yerdən idarə edin və ya onu nəzarətdə saxlayın.
Dəqiq naviqasiya və effektiv təmizəmə
LiDAR Sensor
Yerin dəqiq müəyyənləşdirilməsi və yolun optimallaşdırılması sayəsində evin daha effektiv və dərindən təmizlənməsi. LiDAR ötürücüsü məsafə haqda informasiya toplamaq üçün otağı* skan edərək Jet Bot-un yerini dəqiq müəyyən edir. Beləliklə də, o, yerini səmərəli şəkildə dəyişir və evinizdə** daha çox sahəni əhatə edir.
* 6 metrlik sahəni saniyədə 10 dövrə ilə 360° skan edir. ** Real ev şəraitinə uyğun olaraq mebel ilə döşənmiş sahədə aparılan daxili testlərin nəticələrinə əsasən, adi Samsung VR7000M ilə müqayisədə.
Güc sərf etmədən dərindən təmizlik
Powerful Cleaning
Rəqəmsal inverter mühərrik və multisiklon Jet Cyclone strukturu sayəsində eviniz sabit güclü sormanın köməyi ilə daha effektiv təmizlənir. Yüksək effektivliyə malik fırça xalçalı səthlər və bərk taxta növləri də daxil olmaqla istənilən növ döşəmələri, fırça liflərinin daha az dolaşmasını təmin etməklə təmizləməyə imkan verir.
Sorma gücünün
avtomatik idarə olunması
Gücə intellektual nəzarət
Bərk səthli döşəmələri və xalçaları dərindən
təmizləyir. Gücə intellektual nəzarət
sistemi olan Jet Bot* səthin növünü
və tozun miqdarını müəyyən edir.
Daha sonra dərindən təmizləmə
üçün sorma gücünü avtomatik tənzimləyir.
Gücü idarəetmə texnologiyası sayəsində o,
xalçaların daha dərindən təmizlənməsi üçün
sorma gücünü artırır.
İstənilən səthdə effektiv təmizlik
Yüksək effektivliyə malik fırça
Təmiz xalçalar və bərk səthlər: təmizlik indi daha effektiv şəkildə aparılır və lliflər daha az dolaşır. Robot-tozsoranın yüksəkeffektiv fırçasının lifləri nazikdir və yumşaq parçadan, eləcə də antistatik gümüşdən hazırlanıb. Yüksəkeffektiv sorucular lifləri bir-birindən ayıraraq fırçanın ətrafında dolaşmağa qoymur.
Rahat boşaldılan və tam yuyulan toz qabı
Tam yuyulan toz qabı
Toz qabının gigiyenik təmizliyini qoruyun və robot-tozsoranı asanlıqla boşaldın. Tutumu 0.2 L olan toz qabı multisiklon sistemi də daxil olmaqla tam yuyulur. Bu da onu təmiz və gigiyenik saxlamağa imkan verir.
Smartfon vasitəsilə rahat distant idarə
Modernləşdirilmiş Wi-Fi nəzarəti
Wi-Fi vasitəsilə Jet Bot tozsoranını istənilən vaxtda və istənilən yerdən idarə edin və ya onu nəzarətdə saxlayın. SmartThings App* tətbiqinin köməyi ilə siz seçilmiş otaqların təmizliyini məsafədən planlaya və ya qadağan olunmuş zonalar təyin edə bilərsiniz. Jet Live funksiyası vasitəsilə siz real zamanda təmizlik prosesini izləyə, ev heyvanlarınıza və ya evə nəzarət edə bilərsiniz.
*Android və iOS cihazlarında mövcuddur. Wi-Fi qoşulması və Samsung hesabı tələb olunur.
Təmizlənəcək sahəni seçin.
Select & Go
Select & Go funksiyası ilə təmizlənəcək zonaları seçməklə effektivliyi artırın və vaxta qənaət edin. Jet Bot ərazini tanıyır və otaqları seçimə əsasən təmizləyə bilir, evinizin cəld və effektiv təmizlənməsini təmin edir.
Girişin qadağan olunduğu zonaları təyin edin.
Qadağan olunmuş zonalar
Bahalı mebel, müəyyən otaqlar və ya seçdiyiniz istənilən digər yerlərdən yan keçin. SmartThings App* tətbiqinin köməyi ilə siz evininizin xəritəsində konkret yerləri qeyd etməklə "qadağan olunmuş ərazilər" və virtual baryerlər yarada bilərsiniz. Bu funksiya fiziki manelərə ehtiyac qoymadan robot-tozsoranın həmin ərazilərə girməsinə imkan vermir.
*Android və iOS cihazlarında əlçatandır. Wi-Fi qoşulması və Samsung hesabı tələb olunur.
Real zaman rejimində təmizlik prosesinin izlənməsi
SmartThings App* tətbiqi ilə Jet Bot-un işini və vəziyyətini real zaman rejimində yoxlayın. Harda olursunuzsa olun, Live Cleaning Report funksiyası ilə siz robotun evinizin xəritəsindəki hərəkətinə cəld baxa bilərsiniz. Haranın təmizləndiyini görə, onu saxlaya və ya dayanmaq əmrini verə bilərsiniz. Bundan başqa, təmizlik tarixçəsini də nəzərdən keçirmək mümkündür.
*Android və iOS cihazlarında mövcuddur. Wi-Fi qoşulması və Samsung hesabı tələb olunur.