Qaynayan su qaynama indiqatorunun nəzarəti altındadır
Qaynama indiqatoru suyun qaynamağa başlamasını müəyyənləşdirə bilir. Daha sonra bu funksiya isinmə səviyyəsini azaldır və plitənin səthi təmiz qalır. Beləliklə, digər yeməklərin hazırlanmasına asanlıqla vaxt ayıracaqsınız.
Hob2Hood® - əsl rahatlıq
Hob2Hood® funkasiyası bişirmə paneli ilə aspirator arasında simsiz əlaqəni təmin edir. Siz yeməkməri hazırlamağa başlayan kimi bişirmə panelinin isinməsinə əsasən aspirator optimal sürəti avtomatik seçəcək. Bütün işi öz üzərinə götürərək bu funksiya vaxtınıza qənaət edir.
Sensor vasitəsilə hər bir ocağı idarə etmə
Direct Touch sensorları temperaturun idarə edilməsini daha rahat edir. Hər bir ocağın gücü individual tənzimlənir. Bu da isinmə səviyyəsinə nəzarəti asanlaşdırır. Səthin hamar olması sayəsində isə təmizliyə çox güc sərf edilmir.
Infinite ocaqları qablarınıza ideal uyğunlaşacaq
Infinite ocaqları qablarınız bişirici panelin üzərinə qoyulan kimi onların ölçülərinə uyğunlaşır. Ocaqlar istənilən ölçülü qabların itkisiz isidilməsini təmin edir. Yeməkləri hazırlamağa başlayın və ocaqlarımızın dəqiqliyini və enerji effektivliyini yüksək qiymətləndirəcəksiniz.
PowerBoost: bir anda güclü isinmə
PowerBoost bişmə prosesi zamanı güclü istilik enerjisinin buraxılmasını təmin edir. Yeməklərin mümkün qədər tez süfrədə olması üçün bu çox faydalı funksiyadır. Su daha sürətli qaynayacaq, tərəvəzlərin və ətin güclü odda qızarması üçün tavalarınız daimi hazır olacaq.