Ləzzətə ən qısa yol
İnduksiyalı bişirmə səthi mədel 300: daha güclü və sürətli isinmə. Qazı alovlandırmaq və spiralları isitmək ehtiyacı olmadan belə ocaqlar yüksək temperatura tez çatır və su daha sürətli qaynamağa başlayır.
Asan, sürətli, təhlükəsiz? İnduksiya
İnduksiya lazım olan obyekti sürətli və dəqiq isidir, onun ətrafı isə soyuq və təhlükəsiz qalır. Əlavə olaraq bu texnologiya temperaturun ani dəyişməsini təmin edir. Eyni zamanda, hamar səth ləkələrin təmizlənməsini asanlaşdırır.
Hob2Hood® - əsl rahatlıq
Hob2Hood® funkasiyası bişirmə paneli ilə aspirator arasında simsiz əlaqəni təmin edir. Siz yeməkməri hazırlamağa başlayan kimi bişirmə panelinin isinməsinə əsasən aspirator optimal sürəti avtomatik seçəcək. Bütün işi öz üzərinə götürərək bu funksiya vaxtınıza qənaət edir.
Sensor vasitəsilə hər bir ocağı idarə etmə
Direct Touch sensorları temperaturun idarə edilməsini daha rahat edir. Hər bir ocağın gücü individual tənzimlənir. Bu da isinmə səviyyəsinə nəzarəti asanlaşdırır. Səthin hamar olması sayəsində isə təmizliyə çox güc sərf edilmir.
PowerBoost: bir anda güclü isinmə
PowerBoost bişmə prosesi zamanı güclü istilik enerjisinin buraxılmasını təmin edir. Yeməklərin mümkün qədər tez süfrədə olması üçün bu çox faydalı funksiyadır. Su daha sürətli qaynayacaq, tərəvəzlərin və ətin güclü odda qızarması üçün tavalarınız daimi hazır olacaq.
Hər bir resept üçün vaxtın asan hesablanması
İdarəedilən taymer hazırlama prosesini əngəlsiz izləmək üçün imkan yaradır. Hazırlama prosesi barəsində xatırlatma ala bilməyiniz üçün dəqiq vaxtı taymerdə seçin. Qeyd olunan müddətdən sonra ocaq avtomatik sönəcək.