Beləliklə, oyun notbukunu əldə etmək qərarına gəlmisiniz. Məhsuldarlığı və sürəti ilə seçilən MSI Single GF63 Thin 10SC-451XAZ (9S7-16R512-451) modelini sizə məsləhət edirik. Notbukun korpusu qara rəngdədir. Sol tərəfdə adapter, USB 3.0, sağ tərəfdə qulaqlıq və mikrofon, USB 3.0 x2, USB Type-C, Ethernet, arxa tərəfdə HDMI girişləri yerləşdirilib. Oyun notbuku üçün MSI Single GF63 Thin çox yüngül çəkiyə sahibdir. Cəmi 1.86 kq sayəsində cihazı rahat özünüzlə aparıb oyuna istədiyiniz yerdən davam edə bilərsiniz.
15.6" düymlü mat ekran görüntünü parlaq və aydın ötürür. 144 Hz tezlik, geniş rəng çalarları və yüksək detallıq sayəsində ən xırda detalları belə aydın görə biləcəksiniz. NVIDIA GTX1650 videokart vasitəsilə ən yeni oyunların belə qrafikası mükəmməl təsvir edilir. Vizual effektlərin reallığından həzz alacaqsınız. Videokartın həcmi 4 GB-dır. 512 GB SSD arzu etdiyiniz oyunların yüklənməsi üçün imkan yaradır.
Intel Core i5 10300H prosessor və 8 GB operativ yaddaş notbukun məhsuldarlığını və məlumatın sürətli ötürülməsini təmin edir. Nəticədə oyunu daha asan idarə edə biləcəksiniz. İşıqlandırma ilə təchiz edilən rahat klaviatura hətta gecə vaxtı zərbələrinizin dəqiqliyini təmin edir. MSI Single GF63 Thin oyun notbukuna 1 illik zəmanət verilir. Sözügedən məhsulu Kontakt Home mağazalarından və ya Kontakt.az saytından onlayn sifariş verə bilərsiniz.