İşinizin keyfiyyətini artırmaq istəyirsinizsə sizə sürətli və məhsuldar bir notbuk lazımdır. HP Pavilion 15-eh1013ur (3E4G2EA) modeli gün ərzində planlaşdırdığınız bütün işlərin effektiv yerinə yetirilməsini təmin edəcəkdir. Üstəlik cihaz təhsil üçün də asanlıqla istifadə edilə bilər.
Notbuk premium kateqoriyasına aiddir. Korpus keyfiyyətli alüminiumdan hazırlanıb. Klaviatura istifadədə çox rahatdır və işıqlandırmaya sahibdir. Mətnləri hətta gecə vaxtı sürətli yığa biləcəksiniz. Korpusun sağ tərəfində Kensington, USB 3.2 və adapter üçün girişlər mövcuddur. Sol tərəfdə HDMI, USB 3.2, Thunderbolt, SD kart və qulaqlıq üçün girişlər yerləşdirilib. 15.6" düymlü iri displey, 1920 x 1080 ekran həlli və 60 Hz tezlik sizi mükəmməl görüntünü ilə təmin edir. AMD Radeon videokart görüntünü sürətli emal edib ekrana ötürür. Nəticədə hər bir kadr daha parlaq və detallıdır.
HP Pavilion 15-eh1013ur Ryzen 3 5300U prosessoru üzərində işləyir. 2.6 GHz-3.8 GHz takt tezliyi cihazın sürətli işləməsi üçün imkan yaradır. Daxili yaddaş 8 GB, SSD isə 512 GB-dır. Ən vacib məlumatın saxlanılması üçün kifayət qədər yeriniz var. Cihaz FreeDOS əməliyyat sistemi üzərində işləyir.
HP Pavilion 15-eh1013ur cəmi 1.75 kq çəkiyə sahibdir. Yığcamlığı və yüngül çəkisi sayəsində notbuku asanlıqla istədiyiniz yerə özünüzlə apara bilərsiniz. Sözügedən modeli 1 illik zəmanətlə əldə etməyə tələsin. Kontakt.az onlayn mağazamıza daxil olub cəmi 1 klikə arzu etdiyiniz məhsulu çatdırılma ilə sifariş verə bilərsiniz!