Samsung AR18TSHZAWKNER iqlim sistemi keyfiyyəti və əlverişli qiyməti ilə müştəri məmnuniyyətini qazanıb. İnverter split sistemi iki blokdan ibarətdir, bu da cihazın quraşdırılmasını asanlaşdırır. Xarici blokun ölçüləri 29.9 x 105.5 x 21.5 sm, daxili blokun ölçüləri isə 63.8 x 88 x 31 sm-dir. Neytral ağ rəng və sadə korpus sayəsində kondisioner həm ev, həm də ofis interyeri üçün idealdır.
Split sistem əsas iki rejimdə işləyir: isitmə və soyutma. 18000 BTU gücü 50-60 m² sahələr üçün nəzərdə tutulub. R410A soyuducu maye sayəsində cihaz otaqları tez bir zamanda soyuda bilir. Qeyd edilən soyuducu maye sağlamlıq üçün tamamilə zərərsizdir.
Kondisioner taymer ilə təchiz edilib. Onun vasitəsilə lazım olan vaxtda kondisionerin avtomatik olaraq yanmasını və sönməsini təmin etmək olar. Samsung AR18TSHZAWKNER işləyərkən gündəlik işlərinizi rahat görə bilərsiniz. Artıq səs sizi narahat etməyəcək, çünki cihazın səs səviyyəsi cəmi 41 dB-dir.
Əlavə rejimlərdən kondisionerdə ventilyasiya mövcuddur. Bu rejim adətən qışda tavanda yığılan isti havanın otaq boyu paylanması üçün istifadə edilir. Ventilyasiya rejimi seçiləndən sonra isitmə rejiminin işi avtomatik olaraq dayandırılır.
Kontakt.az onlayn mağazamızdan istənilən Samsung kondisionerlərinin parametrlərini müqayisə edib, tələblərinizə uyğun olan modeli seçə bilərsiniz. Çatdırılma və quraşdırılması pulsuzdur!