Kenwood KVC3100S kombayn 1000 Vt gücə malikdir. Korpus və 4.6 litr tutumunda olan kasa metaldan hazırlanıb. Komplektasiyaya çırpıcı, qarışdırıcı və xəmir yoğuran başlıqlar daxildir.
ÜSTÜNLÜKLƏR
PEŞƏKARLARIN SEÇİMİN
Həqiqətən ləzzətli yeməklərin yüksək səviyyədə hazırlanması nəinki aşpazın bacarıqlarından və istedadından, hətta istifadə etdiyi texnikadan asılıdır. Bu problemi müxtəlif yollarla həll etmək olar, misalçün 10-a yaxın aksessuar əldə edərək. Lakin daha səmərəli üsuldan istifadə edə bilərsiniz - Kenwood KVC 3100 S Chef mətbəx kombaynın əldə edilməsi! Dəbli metal korpus, etibarlılıq və keyfiyyət.
UNİVERSAL İMKANLAR
Məlum olduğu kimi, mətbəx kombaynları “hər şey birində” prinsipi ilə yaradılır. Kenwood KVC 3100 S bu prinsipə tam uyğundur: 1000 Vt gücə malik mühərrik (8 sürət və impuls qarışdırma rejimi ilə), 3 ədəd ötürücü, yığcam ölçülər və geniş başlıq sayı istənilən aşpazın tələblərini qarşılayacaq. Mühərrikin etibarlı soyutma sistemi onun həddindən artıq qızmasının qarşısını alır. Bununla yanaşı, 20-dən çox başlıq çeşidi internet-mağazamızda təqdim olunub. Mətbəx maşınına və başlıqlara istehsalçının rəsmi zəmanəti təqdim olunur. Geniş funksionallığa baxmayaraq cihazdan istifadə zamanı çətinliklə üzləşməyəcəksiniz. Əslində, hər şey müəyyən bir tapşırıq üçün düzgün başlığın seçilməsi və yan hissədəki fırlanan açardan istifadə edərək sürətin təyin edilməsinə bağlıdır.
MODELİN XÜSUSİYYƏTLƏRİ VƏ STANDART KOMPLEKTASİYASI
Cihaz "cəmi" 3 ədəd başlıqla təchiz olunur: xəmirin yoğrulması üçün qarnaq, metal çırpıcı və universal K-şəkilli başlıq. Sizin üçün az gələ bilər, lakin onlar bir çox yemək hazırlama proseslərinin yerinə yetirilməsi üçün kifayətdir. Mətbəx maşınını üst hissədə yerləşən ötürücü vasitəsilə şirəçəkən, blender və ya ətçəkən kimi əlavə qurğularla tamamlaya bilərsiniz! Planetar qarışdırma texnologiyası isə inqrediyentlərin ideal qarışdırılmasını təmin edir. 4.6 litr tutumunda olan metal kasa şəffaf qapaqla təchiz olunub. Beləliklə, yüksək sürətdə qarışdırma zamanı belə cihazın ətrafı təmiz qalır.