iPhone 13 Pro Max qiyməti ilə saytımızda tanış olun. iPhone Sierra Blue 512 GB yaddaşa, A15 Bionic çipinə və tükənməyən batareyaya sahibdir. Əməliyyat sistemi iOS 15-dir.
iPhone 13 Pro Max ilə inanılmaz sürətə və məhsuldarlığa sahib olacaqsınız. Yenilənmiş kamera sistemi peşəkar şəkillər yarada, hətta film çəkə bilir. Apple A15 Bionic çipinin bütün imkanlarından istifadə edə bilməyiniz üçün batareyanın həcmi artırılıb.
Görünüş
iPhone 13 Pro Max yeni Sierra Blue rəngində təqdim edilib. Zərif mavi rəngi və hamar şüşə ilə örtülmüş arxa panel diqqəti cəlb edir. Ön hissədə yerləşən Super Retina displey Ceramic Shield ilə örtülüb. Bu material telefon əlinizdən üzü üstə asfalta düşsə belə ekranı çat və çızıqlardan qoruyacaq. Ekranın üst hissəsində yerləşən TrueDepth kamerası və dinamik daha yığcam olub. Nəticədə, video izləyəndə smartfonun "bangs" hissəsi diqqətinizi yayındırmayacaq. Ön kameranın köməkliyi ilə həm parlaq selfilər yaradacaqsınız, həm də ekranı təhlükəsiz şəkildə blokdan çıxardacaqsınız. Həssas sensor zəif işıq şəraitində belə üz cizgilərini asanlıqla tanıyır.
iPhone 13 Pro smartfonu IP68 qorunma dərəcəsinə sahibdir. Smartfonun üzərində təsadüfən su tökülsə belə gövdəsinin daxilinə su sızmayacaq. 6.7 düymlü OLED ekran günün istənilən vaxtı rahat oxunur. Bunun səbəbi ekran parlaqlığının 20% artırılmasıdır.
Yeni Çip və Avtonomluq
A15 Bionic çipi sayəsində iPhone 13 Pro sərhədsiz imkanlara sahibdir. Kameralar təkmilləşdirilib, qrafika daha sürətli emal edilir, təhlükəsizlik sistemi gücləndirilib və smartfonun avtonomluğunu artırılıb. 6 GB operativ yaddaş sistem proseslərinin sürətli yerinə yetirilməsini təmin edir.
Yeni iOS 15 ilə smartfon daha geniş funksiyalara sahibdir. SharePlay ilə dostlarınızla video zəng zamanı ekran görüntünüzü bölüşə, video izləyə, musiqi dinləyə bilərsiniz. Yeni Memojilər-lə individual emojilərinizi yarada biləcəksiniz. Bildirişlər bölməsində sizə mesaj göndərən şəxslərin şəklini görəcəksiniz.
Aktiv istifadə zamanı batareyanın enerjisi günün sonunadək tükənməyəcək. 4352 mAh həcmli batareya sayəsində smartfonu səhər 100% qədər şarj etməyiniz kifayətdir. Özünüzlə əlavə olaraq adapter və USB daşımağa ehtiyac qalmayacaq. 13-cü iPhone Pro Max ProMotion texnologiyasını dəstəkləyir. Video izləyəndə, xəbər lentini sürətli sürüşdürəndə maksimal detallıq və hamar keçidlərlə təmin ediləcəksiniz - ekran tezliyi 120 Hz qədər artırılır. Smartfonu mesaj göndərmək, zəng etmək, məqalə oxumaq üçün istifadə etdiyiniz zaman isə tezlik 10 Hz qədər azalır və batareyanın enerjisi qorunur.
Kamera Sistemi
iPhone 13 Pro Max kamera bloku peşəkar fotoapparatın gücünə malikdir. 77 mm telefoto kamera 3X optik zoom-la təchiz edilib. Görüntünü 6 dəfə böyüdüb makro rejimində foto və video çəkmək olar. Təkmilləşdirilmiş avtofokus sistemi ilə ultra geniş kamera detallı şəkillər yaradır. Telefonu çəkiliş obyektindən 2 sm aralıqda tutsanız belə dəqiq və aydın kadr yaratmaq mümkündür. Üstəlik bu kamera 92% daha çox işıq tuta bilir.
Kamera blokunun imkanlarını artırmaq üçün iPhone 13 Pro Max smartfonuna yeni rejimlər əlavə edilib:
- "Kinoeffekt" video çəkiliş zamanı arxa fonu bulanıq edib diqqəti obyektdə cəmləyir. Kadra ikinci obyekt daxil olan kimi fokus avtomatik olaraq ona yönləndirilir.
- "Smart HDR 4" rejimində parlaqlıq, dərinin tonu, kontrast individual olaraq tənzimlənir. Tez-tez kollektiv şəkilləri çəkirsinizsə, bu rejimdən daha çox istifadə edəcəksiniz.
- "Photographic Style" şablonları ilə şəkilləriniz daha parlaq və eyni zamanda təbii alınır.