Kontakt Home iPhone 13 Pro smartfonunu əlverişli qiymətə təklif edir. iPhone 13 Pro yeni A15 Bionic çipi ilə təchiz edilib. Smartfon 128 GB yaddaşa və 3125 mAh batareyaya malikdir.
iPhone 13 Pro ilə ağlasığmaz imkanlara sahib olacaqsınız. Smartfonun kamera sistemi peşəkar fotoaparatla rəqabət apara bilər. A15 Bionic çipi ilə yeni iPhone daha məhsuldar olub. İstənilən yerdə telefon vasitəsilə mail göndərmək, iş tapşırıqlarınızı yerinə yetirmək, hətta təqdimat hazırlamaq mümkündür.
Dizayn və Displey
Nəcib görünüşə sahib smartfonları sevirsinizsə Gold rənginə nəzər yetirin. Qızıl korpus arxa tərəfdən mat şüşə ilə örtülüb. Yan çərçivə parlaq metaldan hazırlanıb. Ön panel güclü zərbələrə davamlı Ceramic Shield ilə qorunur. Buna baxmayaraq, smartfon 204 qram çəkiyə sahibdir. Onu rahat bir əllə idarə etmək olar. Cihazın gövdəsi suya davamlıdır. IP68 qorunma dərəcəsi sayəsində telefon su altında 30 dəqiqə ərzində qala bilir.
iPhone 13 pro 128GB modelinin böyük ekranı sizə inanılmaz baxış keyfiyyəti təqdim edir. Bunun səbəbi ProMotion texnologiyasıdır. Bu texnologiya ekran tezliyini avtomatik olaraq 10-120 Hz arası dəyişə bilir. HD keyfiyyətində video və ya film izləyəndə yüksək detallıq və hamar görüntü tələb olunur. Bu zaman tezlik 120 Hz qədər qaldırılır. Daha sonra adi istifadə rejiminə qayıdanda ekran tezliyi 10 Hz qədər azalır və smartfon enerjini daha səmərəli sərf etməyə başlayır.
Məhsuldarlıq və Avtonomluq
Balaca A15 çipi böyük məhsuldarlığa sahibdir. Yeni çip iPhone 13 Pro modelinin funksionallığını artırıb. A15 Bionic 6 nüvəli mərkəzi və 5 nüvəli qrafik prosessorlarının işini sürətləndirib, enerjinin səmərəli sərf edilməsini təmin edib, kamera və üz tanıma sistemlərini optimallaşdırıb. 13-cü Pro iOS 15 əməliyyat sistemi üzərində işləyir. Nəticədə, smartfonun interfeysi aktiv istifadə zamanı belə sürətini və stabilliyini itirmir. Sevdiyiniz musiqini, yeni oyunları yükləmək üçün 128 GB daxili yaddaş təqdim edilib.
iPhone 12 Pro ilə müqayisədə yeni Apple smartfonu 1.5 saat daha çox işləyə bilir. 3125 mAh barateya aktiv həyat tərzi sevənlər üçün nəzərdə tutulub. Gün ərzində fasiləsiz musiqi dinləyin, zəng edin, mesaj və mail göndərin, video çəkin – smartfonun enerjisi tükənməyəcək.
Kameralar
Apple kameraları keyfiyyəti ilə tanınır. Yeni iPhone 13 Pro modelində kameralar böyüdülüb. Bu isə o deməkdir ki, bu smartfonun kameraları sizə peşəkar fotoaparatı əvəz edə bilər. A15 çipinin məhsuldarlığı sayəsində isə şəkil və videolarınıza əlavə effektlər tətbiq edib birbaşa smartfonda redaktə edə biləcəksiniz.
Smartfon 77 mm telefoto kamera 3X optik zoom-a sahibdir. Onun köməkliyi ilə kamera görüntünü 6 dəfə yaxınlaşdırıb makro rejimində şəkil və videolar çəkmək mümkündür. 12 meqapikselli ultra geniş bucaqlı kamera güclü avtofokus sisteminə sahibdir. Smartfonu çəkiliş obyektindən 2 sm aralıqda tutsanız belə inanılmaz dərəcədə detallı kadrlar yaratmaq olar. 12 meqapikselli geniş bucaqlı kamera isə 2.2 dəfə daha çox işıq tuta bilir. Bu kameranı zəif işıq şəraitində şəkillər çəkməklə yoxlayın. Nəticə sizi təəccübləndirəcək. Bundan başqa bütün kameralar “Gecə” rejimini dəstəkləyir. Axşam gəzintisi zamanı heyranedici kadrlar yaradacaqsınız.