iPhone 13 mini Kontakt Home onlayn mağazasında əldə etmək olar. iPhone 12 meqapikselli geniş və ultra geniş bucaqlı kameralara sahibdir. Korpusu suya davamlıdır.
iPhone 13 mini Kontakt Home saytında Starlight rəngində təqdim edilib. 2021-ci ilin çox gözlənilən smartfonu unikal kamera sistemi və yeni Apple A15 Bionic çipinə malikdir.
Ekran və Görünüş
iPhone böyük Super Retina displey ilə təchiz edilib. Ekran 28% daha parlaq olub və görüntü real təsvir edilib. Kontenti HDR keyfiyyətində izləyəndə parlaqlıq 1200 nitə qədər artırılır. Döyüş səhnələrində belə yüksək detallıq təmin edilir. Artıq yeni çıxan filmləri, sevdiyiniz serialın yeni bölümünü smartfonunuzda izləyəcəksiniz.
Yeni displey enerjini daha səmərəli sərf edir. Danışıq dinamiki üst hissəyə qaldırılıb, nəticədə ön kameranın yerləşdiyi "bangs" daha yığcam ölçülərə sahibdir. Displeyi zərbələrdən möhkəm Ceramic Shield qoruyur. iPhone 13 mini təsadüfən əlinizdən hətta asfalta düşsə belə ekran zədələnməyəcək. Korpus şüşədən və alüminiumdan hazırlanıb.
Kameralar
Keyfiyyətli şəkil yaratmaq üçün peşəkar fotoapparat əldə etməyə ehtiyac yoxdur. iPhone 13 mini smartfonunun yenilənmiş kamera sistemi ağlasığmaz imkanlara sahibdir. İlk növbədə arxa paneldə kameraların diaqonal yerləşdirilməsi diqqəti cəlb edir. Bunun səbəbi kameraların daha böyük və güclü olmasıdır. Yeni ultra geniş bucaqlı kamera zəif işıq şəraitində daha çox detallar tuta bilir. Artıq gecə zamanı dəqiq, parlaq şəkillər yaradacaqsınız. Optik stabilləşdirmə sistemi və hərəkət edən matris hərəkət edən maşınları, oynayan uşaqları detallı çəkə bilməyiniz üçün imkan yaradır.
13-cü iPhone mini ilə videolarınıza Boke effekti tətbiq etmək olar. Bunun üçün "Kinoeffekt" rejiminə daxil olun. Çəkiliş zamanı arxa fonu bulanıq edərək çəkiliş obyektini ön plana çıxardacaqsınız. Obyekt hərəkət etsə belə effektin keyfiyyəti itməyəcək.
"Smart HDR 4" rejimi daha çox dostlarınızla bir yerdə çəkilən şəkillər üçün faydalıdır. Bu rejimdə kamera kadrda olan insanları müəyyənləşdirə bilir. Daha sonra kontrastı, aydınlığı və parlaqlığı hər bir nəfər üçün individual olaraq tənzimləmək olar.
Ekranda yerləşən 12 meqapikselli TrueDepth kamerası təqdim edilən rejimlərin işini dəstəkləyir və məhsuldarlığında əsas blokdan geridə qalmır. Bundan başqa iPhone 13 mini vasitəsilə Dolby Vision HDR standartında videolar yaratmaq olar.
Avtonomluq və Məhsuldarlıq
iPhone 13 mini 2438 mAh həcmli batareyaya malikdir. Bu modelin istifadə müddəti iPhone 12 mini ilə müqayisədə 1.5 saat artırılıb. Smartfonu məhsuldarlıqla A15 Bionic çipi təmin edir. Çip mərkəzi prosessoru daha sürətli edib. Əlavə olaraq batareyanın enerjisini səmərəli sərf edilir. Qrafik prosessor qrafikanı çevik emal edir. İstifadə zamanı ekranın görüntüsündən həzz alacaqsınız. A15 kameraların keyfiyyətini artırıb və "Smart HDR 4", "Kinoeffekt" kimi rejimlərinin işini idarə edir. Daxili yaddaş 256 GB-dır. Bu da daha çox saxlama yeri deməkdir.