iPhone 13 (product) Red yeni Apple A15 çipinə, böyüdülmüş kameralara, daha həcmli batareyaya sahibdir. Məlumatlarınızın saxlanılması üçün 256 GB daxili yaddaş təqdim edilib.
Yeni iPhone 13 modelini qarşılayın! 2021 ilin ən çox gözlənilən smartfonu inanılmaz funksionallığı və təkraredilməz görünüşü ilə istifadəçilərinin qəlbini fəth edib. iPhone vasitəsilə ən çətin işlərinizi yerinə yetirə, həyatınızın gözəl anlarını yaddaşda saxlaya, sevdiyiniz verilişləri izləyə, əzizlərinizlə daim ünsiyyətdə qalacaqsınız.
Dizayn və Displey
Smartfonun gövdəsi keyfiyyətli materiallardan hazırlanıb. Ön paneli qoruyan Ceramic Shield sayəsində iPhone 13-ün ekranı digər smartfonlarda istifadə edilən şüşədən daha möhkəmdir. Alüminium çərçivə mat qırmızı rəngdə təqdim edilib. Face ID dəstəkləyən kamera displeyin "bangs" hissəsində yerləşir. Daha öncəki modellərlə müqayisədə bu hissə 20% daha yığcam olub.
Yeni iPhone qabaqcıl Super Retina XDR displeylə təchiz edilib. Ekranın parlaqlığı artırılıb. Gün işığı altında olsanız belə kontent rahat oxunur və siz asanlıqla video izləyə, xəbər lentini skrollinq edə bilərsiniz. HDR keyfiyyətində video izlədiyiniz zaman ekranın parlaqlığı 1200 nit təşkil edir. iPhone mükəmməl baxış keyfiyyətini təqdim edir.
Məhsuldarlıq və Avtonomluq
A15 Bionic çipi sayəsində smartfonun məhsuldarlığını və enerji effektivliyini artırmaq mümkün olub. Yeni çip sayəsində iPhone 13 çətin tapşırıqların öhdəsindən asanlıqla gələ bilir. Bütün müasir oyunlar smartfonda asanlıqla işə salınır. Qrafik prosessorun sürətli işi sayəsində oyunu asanlıqla idarə edəcəksiniz. A15 enerjinin effektiv istifadəsini təmin edir. Nəticədə, telefon aktiv rejimdə işləsə belə batareyanın enerjisi günün sonunadək tükənməyəcək. Vacib məlumatların əlinizin altında saxlanılması üçün 256 GB yaddaş təqdim edilib.
Kamera Bloku
Kamera sisteminin keyfiyyətinin artırılması belə Apple A15 Bionic çipi sayəsində mümkün olub. Apple kamera modullarını böyüdüb və bir neçə yeni funksiyalar əlavə edib. Geniş bucaqlı kamera istənilən şəraitdə mükəmməl kadrlar yarada bilir. Parlaq şəkillərdə müxtəlif səthlərin teksturası daha aydın əks edilir. Ultra geniş bucaqlı kamera şəklin tünd olan hissələrində daha çox detallar tutur. Nəticədə, hətta gecə zamanı zəif işıq şəraitində keyfiyyətli şəkillər yaradacaqsınız.
Video çəkiliş prosessinə "Kinoeffekt" rejimi əlavə edilib. Yaxınlarınızın iştiraki ilə film yaratmaq istəyirsiniz? O zaman, çəkilişə başlayın. "Kinoeffekt" rejimi insan hərəkət etsə belə fokusu onun üzərində saxlayır. Kameraya çəkdiyiniz şəxs üzünü çevirəndə fokus avtomatik olaraq digər obyektə keçir.
Digər yenilik "Photographic Style" şablonlarıdır. Onların köməkliyi ilə iPhone 13 şəklin müxtəlif hissələrini individual olaraq redaktə edir. Bu zaman dərinin tonu saxlanılır. Nəticədə, parlaq və eyni zamanda təbii şəkillər əldə edilir.