Yığcam telefonları sevirsinizsə iPhone 12 mini sizin üçün ideal seçim ola bilər. Balaca olmasına baxmayaraq içində müasir smartfonların sahib olduğu parametrlər mövcuddur. Arxa paneli bulanıq şüşədəndir. Ön panel innovativ Ceramic Shield materialından hazırlanıb. Ekrana nanokristalların əlavə edilməsi nəticəsində bu örtük cihazı zərbəyə qarşı 4 qat daha davamlı edib. Smartfonun korpusu alüminiumdan hazırlanıb. iPhone 12 mini Azərbaycanda 6 rəngdə təqdim edilib: qara, ağ, mavi, qırmızı, yaşıl və bənövşəyi.
Apple iPhone 12 mini Super Retina XDR OLED displeyinə sahibdir, ekran həlli 1080 x 2340-dır. Ekranın üst hissəsində Face ID, İnfrared skanerlər və 12 meqapikselli ön kamera yerləşdirilib. Displeyin çərçivəsi digər iPhone 12 modellərinə nisbətən daha nazikdir. Oleofob örtük ekranı ləkələnmədən qoruyur.
Cihazda axşam vaxtı üçün Night Shift rejimi mövcuddur. True Tone rejimi sayəsində displeyə ötürülən rənglərin balansı ətrafdakı mühitə uyğunlaşır.
Smartfon Apple A14 Bionic prosessoru üzərində işləyir. Operativ yaddaş 4 GB, daxili yaddaş isə 128 GB-dır. Batareya tutumu 2227 mAh-dir. Smartfonun enerjisi gün ərzində istifadə etmək üçün yetərlidir. Telefon sürərli enerji yığmanı dəstəkləyir. 20 Vt adapter ilə 30 dəqiqə ərzində enerjini 0%-dan 50% qədər bərpa etmək olar. Ölçüləri və yüngül çəkisi sayəsində telefon əldə rahat yerləşir.
Smartfonun arxa korpusunda kameraların yerləşdiyi blok var. iPhone 12-də olduğu kimi geniş bucaqlı və ultra geniş bucaqlı kameralar mövcuddur. Əsas kamera peşəkar şəkillər çəkir. İşıqlandırmadan asılı olmayaraq şəkillər aydın və detallı alınır. Cihaz Dolby Vision formatında videolar çəkə bilir.
Apple şirkətinin məhsulları bütün Kontakt Home mağazalarında təqdim edilib. iPhone 12 mini 128 GB nağd və ya hissə-hissə almaq üçün sizə yaxın Kontakt Home filialına yaxınlaşa bilərsiniz.