Əgər siz qış üçün hazırlıq etməyi xoşlayırsınız, və ya böyük ailə sahibisiniz, o zaman dondurucu kameranın əldə edilməsini sizə məsləhət edirik. HOFFMANN FR-945W modeli sandıq tipli dondurucu kamera kateqoriyasına aiddir. Toplam həcmi 199 litr olan bu cihaz yay aylarında alınan meyvə və tərəvəzlərin, yarımfabrikatların və iri məhsulların dondurulub saxlanılması üçün ideal həlldir. Yığcamlığı və yüngül çəkisi sayəsində dondurucunu evinizdə rahat yerləşdirə bilərsiniz. Onun hündürlüyü 84 sm, eni 89 sm, dərinliyi 56 sm, çəkisi isə 35 kq-dır.
Korpusun universal ağ rəngi digər elektrik texnikaya rahat uyğunlaşır. Dondurucu A+ enerjiistifadə sinfinə aiddir. Bu o deməkdir ki, intensiv dondurma təmin edilsə belə HOFFMANN FR-945W modeli elektrik enerjini səmərəli sərf edir. Cihaz DeFrost əritmə sisteminə sahibdir. Onun sayəsində kamera daxilində buz əmələ gəlməsinin qarşısı alınır və dondurucunun təmiz saxlanılması daha da asanlaşdırılır. Model çox sakitdir, onun səs səviyyəsi cəmi 40 dB-dir.
Müasir dondurucu kameralar kimi sözügedən model N, SN, ST, T iqlim sinfinə aiddir. Beləliklə, hava temperaturu +10°C - +43°C arası olsa belə HOFFMANN FR-945W effektiv dondurmanı təmin edəcəkdir. Dondurucu kameraya 3 illik zəmanət təqdim edilir. Məhsulu əldə etmək istəsəniz yaxın Kontakt Home mağazasına gəlməyiniz kifayətdir. Əlavə olaraq, Kontakt.az onlayn mağazamızda büdcənizə və ehtiyaclarınıza uyğun dondurucu kamera modelini tapa bilərsiniz. Bəyəndiyiniz məhsulu cəmi 1 klikə əldə etməyi tələsin!