KLASSİK ELEKTRİKLİ ÇAYDAN
Distinta kolleksiyasına daxil olan çaydan cəlbedici qırmızı gövdəsi ilə seçilir. DeLonghi KBI 2001 R Distinta modelini əldə etmək qərarını almısınızsa onun həm funksionallığından, həm də gözəl görünüşündən məmnun olacaqsınız. Zərif ucluq, tanınan loqotip və tutacağın qeyri-adi forması - bütün bunlar DeLonghi brendin tanınmış xüsusiyyətləridir. İlk növbədə, sözügedən qurğu əsas tapşırığının öhdəsindən asanlıqla gəlir və 1.7 litr suyu bir neçə saniyə ərzində qaynadır.
DELONGHI KBI 2001 R DISTINTA MODELİNİN XÜSUSİYYƏTLƏRİ
Çaydanın içində olan suyun miqdarına dəqiq nəzarət edə bilməyiniz üçün tutacağın altında şəffaf pəncərə yerləşir. İçkiləriniz üçün hər zaman təmiz sudan istifadə edəcəksiniz. Quraşdırılmış membranlı filtr xırda qırıntıları və ərp hissəciklərini belə saxlaya bilir. Gizli qızdırıcı element məhsuldarlığın müasir texniki həll yoludur. O, su ilə birbaşa təmasda olmur, nəticədə üzərində ərpin əmələ gəlməsinə daha davamlıdır və zədəsiz uzun müddət ərzində işləyir. Fırlanan altlıq çaydanı istənilən əllə rahat götürə bilməyiniz üçün imkan yaradır və qaynar su ilə dolu olan qurğunu tuttuğunuz zaman vaxtınıza qənaət edir.
TƏHLÜKƏSİZ VƏ RAHAT
DeLonghi KBI 2001 R Distinta modelinin vacib xüsusiyyətlərindən biri üç mərhələli müdafiə sistemidir. Bura 3 ədəd avtomatik sönmə rejimi aiddir: su qaynayan kimi, su qaynayıb buxarlanmağa başlayan kimi və çaydanda su olmayanda (işə salınmanın bloklanması). Bu o deməkdir ki, çaydanı təsadüfən işlək vəziyyətdə yaddan çıxartsanız belə, o özü avtomatik söndürüləcək.