Blender qiyməti ilə maraqlanırsınız? Kontakt Home saytına daxil olun. Braun Mq5200Wh blenderi istənilən meyvə-tərəvəzləri ideal püre halına gətirəcək.
Braun Mq5200Wh blenderi ilə mətbəx rutininiz asanlaşacaq. Bu balaca qurğunun köməkliyi ilə istənilən qarnir üçün souslar, şorbalar, tərəvəzli pürelər, ləzzətli süd kokteyllərini hazırlaya bilərsiniz. Erqonomik korpus rahat istifadəni təmin edir. Paslanmayan poladdan hazırlanan ayaq və bıçaqlar sayəsində blender sizə etibarlı şəkildə xidmət edəcək.
1000 Vt gücə sahib cihaz 21 sürət rejimi ilə təchiz edilib. Sürəti hətta istifadə zamanı korpusun üst hissəsində yerləşən düymə vasitəsilə dəyişmək olar. Məhsuldarlığı və başlığın quruluşu sayəsində Braun blender bişmiş tərəvəzləri və ət məhsullarını belə asanlıqla doğrayır. PowerBell bıçaqları iri tikələri belə bir neçə saniyə ərzində mükəmməl püre halına gətirir. SplashControl texnologiyası ətrafı sıçramalardan qoruyacaq.
Sousları və smuziləri hazırlaya bilməyiniz üçün komplektasiyaya 600 ml həcmli kasa daxil edilib. Blender Kontakt Home filiallarında mövcuddur. Lakin vaxtınız məhduddursa qurğunun imkanları ilə videozəng vasitəsilə tanış ola bilərsiniz. Bunun üçün “Canlı video məsləhətçi” düyməsinə basın. Əməkdaşımız məhsulun bütün funksiyalarını nümayiş edib əlavə suallarınızı cavablayacaq.