Gündəlik menyunuzu zənginləşdirmək istəyirsinizsə Braun Jb3060 Bk stasionar blenderinə nəzər yetirin. Bu cihazın imkanları ilə səhər yeməyi üçün smuzilər, vitaminli kokteyllər hazırlaya biləcəksiniz. Bundan başqa cihaz meyvəli və tərəvəzli pürelər, yeməkləriniz üçün ləzzətli souslar, blinçiklər üçün duru xəmir belə hazırlaya bilər. Cihazın korpusu qara rəngdədir. Möhkəm plastik sizə illər boyu xidmət edəcək. Kasanın materialı isə isti və soyuq temperaturlara davamlı şüşədir. Nəticədə, blender vasitəsilə isti şorbaları krem vəziyyətinə gətirə və ya içkiləriniz üçün buzu xırdalaya bilərsiniz.
800 Vt gücü sayəsində Braun Jb3060 Bk modelində sərt tərəvəzlər belə bərabər doğranılır. Blenderin köməyi ilə ideal püre əldə etmək olar. Kasanın üçbucaq forması ərzaqların həm üfuqi, həm də şaquli hərəkət etməsini təmin edir. İstənilən məhsulu doğrama prosesi zamanı əlavə etmək olar. Bunun üçün qapaqda geniş dəlik mövcuddur.
Blender 5 sürət rejiminə sahibdir. Meyvə və tərəvəzləri lazım olan dərəcəyə qədər doğraya bilərsiniz. Paslanmayan poladdan hazırlanan bıçaqlar uzun müddət itiliyini itirmir. Kök, çuğundur kimi sərt tərəvəzləri doğranılması üçün Turbo rejimi var. Kasanın tutumu 1.75 litrdir. Bu həcm 2-3 nəfərdən ibarət ailələr üçün kifayətdir. Yığcam ölçüləri sayəsində cihaz hətta kiçik mətbəxlərdə az yer tutur. Blenderi təmiz saxlamaq üçün çox güc sərf etməyəcəksiniz. İstifadədən sonra kasanı yerindən çıxardıb su altında yuyun.