Şüşə məhsullar
Şüşə məhsullar süfrələrin bəzəyidir.
Süfrə bəzəyi zamanı müxtəlif formalı boşqablardan, qənd qablarında, çərəz qablarından və digər servis qablarından istifadə olunur. Bu qablar mətbəxlərin və çay süfrələrinin dəbli parçaları arasındadır. Həm müasir duruşu, həm də nostalji modelləri ilə süfrəyə fərqli bir atmosfer qatan servis qabları müxtəlif ölçü və modellərdə qarşımıza çıxır. Bazara baxdığımızda fərqli modellərdə dizayn edilmiş və fərqli xüsusiyyətlərə malik bir çox növ qab çeşidlərinə rast gəlmək mümkündür. Bu məhsullar insan sağlamlığına və təhlükəsizliyinə zərər verməyəcək şəkildə istehsal olunur. Xüsusilə son dəb tendensiyalarına uyğun müxtəlif mətbəx və qab-qacaq var. Modellər arasında şüşə dizaynlar olsa da, taxta, bambuk və ya gümüş dizaynlı modellərə də rast gəlirik. Ən çox üstünlük verilən materiallar içərisində isə şüşə məhsullardır. Çünki onlar süfrəyə gözəllik qatmaqla yanaşı, həm də sağlamlığımıza təhlükə yaratmırlar. Bundan əlavə, dekorativ obyekt kimi istifadə edilə bilən dizaynlarda təsir edici qəşəng görünüşü ilə fərqli bir atmosfer qatan bu qablar, istifadə baxımından da çox faydalı məhsullardır.