Sinilər
Sinilər fərqli ölçü və modellərdə.
Sinilər müxtəlif növ yeməklərin, içkilərin servis edilməsi üçün istifadə olunan mətbəx ləvazimatlarından biridir. Onlar yumru, oval, düzbucaqlı şəklində olur. Evlərdə və həmçinin iaşə obyektlərində yeməklərin təqdimatı və mətbəxdə xidmət üçün əvəzedilməz mətbəx avadanlığı olan sinilər fərqli ölçülərdə və dizaynda qarşımıza çıxır. Estetik görünüşü və praktik istifadəsi ilə padnuslar yemək masasını təşkil etmək və yeməklərin təqdimatını gözəlləşdirmək üçün əla seçimdir. Padnuslar taxtadan, şüşədən, keramikadan, metaldan, farfordan, plastikdən istehsal olunur. Daha çox paslanmayan poladdan və şüşədən hazırlanan modellərə rast gəlirik. Müasir dəbi özündə birləşdirən sini modelləri Kontakt.az-da təklif olunur. Ehtiyacınız olan ölçüdə bir və ya bir neçə padnus seçimini buradan edə və onlayn qaydada sifariş verərək ünvanınıza çatdırılma tələb edə bilərsiniz.