Əl üçün krem
- Page Previous
- Page 1
- Page 2
- You're currently reading page 3
- Page 4
- Page Axtar
Əl üçün krem ilə əllrimizi qoruyaq!
Əl üçün krem əl dərinizin sağlamlığını və gözəlliyini qorumağa kömək edən zəruri qulluq məhsuludur. Xüsusilə dərini nəmləndirmək, qidalandırmaq və soyuq, külək, günəş şüaları kimi xarici mənfi təsirlərdən qorumaq üçün nəzərdə tutulmuşdur. Əl kremi qliserin, bitki yağları (kokos, zeytun, şi), aloe vera, vitaminlər (E, C, B5), bitki və bitki ekstraktları kimi nəmləndirici maddələrlə zənginləşdirilmişdir. Bu aktiv maddələr quru dərini yumşaldır və nəmləndirir, soyulmanın və çatlamanın qarşısını alır. Əl kreminin tərkibində- dəridə nəm itkisinin qarşısını alan və ətraf mühitin zərərli təsirlərindən qoruyan maddələr də ola bilər. Əl üçün kremin müntəzəm istifadəsi dərinin gəncliyini və gözəlliyini qorumağa kömək edir, onu daha elastik edir.