Bədən üçün sprey
- You're currently reading page 1
- Page 2
- Page Axtar
Bədən üçün sprey sərfəli qiymətə!
Bədən üçün sprey adətən bədənin müxtəlif nahiyələrində dərinin unikal ehtiyaclarına uyğun olaraq fərqli formulalara malik hazırlanır. Bədəndəki dəri xarici təsirlərə görə quruluğa və nəm itkisinə daha çox həssas olduğu üçün bədən spreyləri qidalandırıcı və nəmləndirici olur. Onların tərkibində dərini bərpa edən maddələr və vitaminlər var. Bədən spreyləri daha zəngin teksturaya malikdir. Bu spreylər dərini təravətləndirmək və xoş ətir əlavə etmək üçün də istifadə olunur. Duşdan və ya günəşə məruz qaldıqdan sonra bədən spreyi istifadə etsəniz dərinizdə yaranan quruluğu aradan qaldıra bilərsiniz. Bədən spreyləri qollara, ayaqlara, bədənin müxtəlif nahiyələrinə tətbiq olunur. Yeni məhsulu istifadə etməzdən əvvəl onun dəri tipinizə uyğunluğunu bilmək və mümkün allergik reaksiyaların qarşısını almaq üçün dərinin kiçik bir yerində sınaqdan keçirilməsi tövsiyə olunur. Sizin üçün satışını həyata keçirdiyimiz bir çox bədən spreyləri arasından istəyinizə uyğun məhsul seçimi var. Burada siz həm üz və həm də bədən üçün ikisi birində spreylərin də alışını edərək büdcənizə qənaət edə bilərsiniz.