Seçilənləri sil
Filtr
Tətbiq et
Qiymət
İstehsalçı
Ekranın diaqonalı
Tövsiyə olunan baxış məsafəsi
TV texnologiyası
Ekran filtr texnologiyası
Ekran icazəsi
Tezlik
Əməliyyat sistemi
Səs sistemi
Səsli idarəetmə
Dinamiklərin sayı
Dəstəklənən girişlər
Naqilsiz qoşulma imkanı
Smart TV
Ölçülər (altlıqsız) (E × H × D)
Çəki
İstehsal tarixi
İstehsalçı ölkə
Televizor HOFFMANN 32F4000
Televizor HOFFMANN 32F4000
299,99 ₼199,99 ₼ 0% 6 ay
Smart TV: Yox Ekranın diaqonalı: 32" (81 sm) Ekran icazəsi: HD (1366 × 768)
Televizor HOFFMANN 32C4000
Televizor HOFFMANN 32C4000
379,99 ₼269,99 ₼ 0% 6 ay
Smart TV: Var Ekranın diaqonalı: 32" (81 sm) Ekran icazəsi: HD (1366 × 768)
Televizor HOFFMANN 32A4000
Televizor HOFFMANN 32A4000
379,99 ₼269,99 ₼ 0% 12 ay
Smart TV: Var Ekranın diaqonalı: 32" (81 sm) Ekran icazəsi: HD (1366 × 768)
Televizor SKYBERG 32SBW1
Televizor SKYBERG 32SBW1
349,99 ₼279,99 ₼ 0% 6 ay
Smart TV: Var Ekranın diaqonalı: 32" (81 sm) Ekran icazəsi: HD (1366 × 768)
Televizor JVC LT-32N3105
Televizor JVC LT-32N3105
429,99 ₼299,99 ₼ 0% 6 ay
Smart TV: Var Ekranın diaqonalı: 32" (81 sm) Ekran icazəsi: HD (1366 × 768)
Televizor Kivi 24H760QB
Televizor Kivi 24H760QB
399,99 ₼299,99 ₼ 0% 6 ay
Smart TV: Var Ekranın diaqonalı: 24" (61 sm) Ekran icazəsi: HD (1366 × 768)
Televizor Aiwa ZQ-GK3A32QL
Televizor Aiwa ZQ-GK3A32QL
399,99 ₼319,99 ₼ 0% 6 ay
Smart TV: Var Ekranın diaqonalı: 32" (81 sm) Ekran icazəsi: HD (1366 × 768)
Televizor Kivi 32H730QB
Televizor Kivi 32H730QB
459,99 ₼319,99 ₼ 0% 6 ay
Smart TV: Var Ekranın diaqonalı: 32" (81 sm) Ekran icazəsi: HD (1366 × 768)
Televizor Hisense 32A4N
Televizor Hisense 32A4N
449,99 ₼329,99 ₼ 0% 6 ay
Smart TV: Var Ekranın diaqonalı: 32" (81 sm) Ekran icazəsi: HD (1366 × 768)
Televizor TCL LED 32S5400A
Televizor TCL LED 32S5400A
449,99 ₼359,99 ₼ 0% 6 ay
Smart TV: Var Ekranın diaqonalı: 32" (81 sm) Ekran icazəsi: HD (1366 × 768)
Televizor Kivi 24H750NW
Televizor Kivi 24H750NW
479,99 ₼369,99 ₼ 0% 18 ay
Smart TV: Var Ekranın diaqonalı: 24" (61 sm) Ekran icazəsi: HD (1366 × 768)
Televizor Kivi 32F760QB
Televizor Kivi 32F760QB
569,99 ₼399,99 ₼ 0% 18 ay
Smart TV: Var Ekranın diaqonalı: 32" (81 sm) Ekran icazəsi: Full HD (1920 × 1080)
Televizor SKYBERG 43SBR1
Televizor SKYBERG 43SBR1
549,99 ₼399,99 ₼ 0% 6 ay
Smart TV: Var Ekranın diaqonalı: 43" (109 sm) Ekran icazəsi: Full HD (1920 × 1080)
Televizor Kivi 32F760QW
Televizor Kivi 32F760QW
589,99 ₼419,99 ₼ 0% 18 ay
Smart TV: Var Ekranın diaqonalı: 32" (81 sm) Ekran icazəsi: Full HD (1920 × 1080)
Televizor HOFFMANN 43C4000
Televizor HOFFMANN 43C4000
549,99 ₼429,99 ₼ 0% 6 ay
Smart TV: Var Ekranın diaqonalı: 43" (109 sm) Ekran icazəsi: Full HD (1920 × 1080)
Televizor Kivi 32 Kids TV
Televizor Kivi 32 Kids TV
669,99 ₼499,99 ₼ 0% 6 ay
Smart TV: Var Ekranın diaqonalı: 32" (81 sm) Ekran icazəsi: Full HD (1920 × 1080)
Televizor Kivi 43F730QB
Televizor Kivi 43F730QB
699,99 ₼499,99 ₼ 0% 6 ay
Smart TV: Var Ekranın diaqonalı: 43" (109 sm) Ekran icazəsi: Full HD (1920 × 1080)
Televizor JVC LT-43N5105U
Televizor JVC LT-43N5105U
689,99 ₼499,99 ₼ 0% 6 ay
Smart TV: Var Ekranın diaqonalı: 43" (109 sm) Ekran icazəsi: Full HD (1920 × 1080)
Televizor Toshiba 43V35ME
Televizor Toshiba 43V35ME
799,99 ₼499,99 ₼ 0% 6 ay
Smart TV: Var Ekranın diaqonalı: 43" (109 sm) Ekran icazəsi: Full HD (1920 × 1080)
Televizor Aiwa ZL-G7H43FHD
Televizor Aiwa ZL-G7H43FHD
679,99 ₼529,99 ₼ 0% 6 ay
Smart TV: Var Ekranın diaqonalı: 43" (109 sm) Ekran icazəsi: Full HD (1920 × 1080)
Page

Televizor almaq bir neçə səbəbdən sizin üçün faydalı ola bilər. Birincisi televizorlar əyləncəli məzmunun keyfiyyətli bir şəkildə baxılması  üçün ideal platformadır. Televizorlar, filmlər, seriallar, idman tədbirləri və müxtəlif proqramlar üçün geniş ekran və yüksək keyfiyyətli səs təmin edir. Həmçinin mətbəx və digər məkanlarda reseptləri izləmək, online təhsil platformalarında məzmunu təcrübə etmək və ya sosial media və onlayn alış-veriş platformalarında səhifələri keçmək üçün istifadə edilə bilər. Televizorlar ayrıca ailə və dostlarla birgə vaxt keçirmək və birlikdə məzmun tərəfdaşlığı etmək üçün mükəmməl bir vasitədir. İş və əyləncə üçün geniş bir məzmun əlaqəsi və yenilikçi xüsusiyyətlər təmin edən bir televizor, ev təcrübənizi zənginləşdirə bilər. Və əyər sizin hal-hazırda bunları oxuyarkən televizor almaq istəyiniz yarandısa bu seçimi düzgün etməyniz üçün Kontakt hər zaman yanınızdadır. Bizdən televizor alaraq siz  yüksək keyfiyyətli məzmun yalnız bir tık vasitəsi ilə yanınıza gətirmək münkün olacaq. Bizim tərəfimizdən satılan televizorlar, geniş ekranlar, yüksək çözünürlük, mükəmməl səs keyfiyyəti və smart funksiyalarla olur. Buna görə də əyləncə və məzmun təcrübəniz daha maraqlı və keyfiyyətli olur. Bizdən alış-veriş etmək edərkən təcrübəli məsləhətçilərlə və əməkdaşlarla əlaqə qurmağa imkan yaranır. Məlumatlı məsləhətçilərimiz, sizin üçün ən uyğun televizor seçməyinizə kömək edəcək və bütün suallarınıza cavab verəcəklər. Biz müştəri təcrübəsini ən yüksək səviyyədə təmin etməyə çalışırıq və sizin tələblərinizi tam şəkildə qarşılayırıq.

Televizor nədir?

Televizor elektronik bir cihazdır və əksərən evlərdə və ofislərdə istifadə olunur. Televizorlar video və səs məzmununu qəbul edib ekranda görüntüləmək üçün istifadə olunur. Ekranları geniş və ya kənarlarınca dəstəklənmişdir və müxtəlif ölçülərə malikdir. Televizorlar analoq və ya dijital siqnalları qəbul edə bilər və bunları emal edərək video formatda istifadəçilərə təqdim edir. İstifadəçilər televizorları film, serial, idman yarışmaları, xəbər və digər məzmunları baxmaq və dinləmək üçün istifadə edirlər. Modern smart televizorlar, internetə qoşulmaq, proqlamları işlətmək, oyun oynamaq və digər onlayn xidmətlərdən istifadə etmək imkanı təqdim edir. Televizorlar əyləncə və informasiya əldə etmək üçün də istifadə olunur və evdəki əsas multimedia mənbəyi kimi fəaliyyət göstərirler.

Televizor alarkən nələrə diqqət etməliyik?

Televizor alarkən diqqət etməli olduğunuz əsas məqamlar aşağıdakılardır:

1. Ekran: Televizor seçərkən önəmli məqamlardan biri ekranın diaqonalıdır. Televizorlarda ekran diaqonalı, ekranın küncləri arasında ölçülən və düym (inch) ilə ifadə edilən uzunluqdur. Bu ölçü, televizorun ekranının böyüklüyünü və izləmə təcrübəsini birbaşa təsir edir. Müxtəlif ölçülərdə ekran diaqonalları mövcuddur və hər biri fərqli ehtiyaclar və məkanlar üçün uyğun ola bilər. Bu ekranın ölçüsünü görsədən və baxış təcrübəsini nəzərdən keçirən vahitdir. Ən populyar ekran ölçüləri 32, 43, 55 və 65 düymlər arasında dəyişir. Hər bir ölçüdə istifadəçilər üçün daha uyğun olan ekranlar mövcuddur. Tezlik- bir televizorun görüntüyü yeniləmə sürətidir və Hz (Hertz) ilə ölçülür. Daha yüksək tezliklər, daha güsursuz görüntülər təmin edir və hərəkətli səhnələri daha yaxşı görünməsinə kömək edir. Ekranın filtr texnologiyası, görüntünün təmiz və aydın olmasını təmin edən görüntü texnologiyasıdır. LCD ekranlarının arxa tərəfində istifadə olunur və şəffaf ola bilən həssas bir plastik plitkələrdən ibarətdir. Ekranın icazəsi ekranın maksimum piksel səhifələrinin sayını təyin edir. HD (High Definition), Full HD və 4K (Ultra HD) formatlarında müxtəlif ekran icazələri mövcuddur. Daha yüksək icazə, daha yüksək keyfiyyətli görüntülər təmin edir. Matritsa növü, televizorun ekranının içərisində olan piksellərin düzgünlüyünü və məzmunun keyfiyyətini təyin edir. LED, OLED, və QLED matritsa növləri ən çox istifadə olunanlardır və hər birinin özünəməxsus üstünlükləri və zəiflikləri vardır. LED ekranlar arxa tərəfdə yerləşən LED-lər vasitəsi ilə arxa aydınlatma ilə işləyir. LED ekranlar daha az enerji istifadə edir və daha uzun ömürlüdür. LED ekranlar daha qarışıq görüntüləri təqdim edir və daha yaxşı bir qiymət/performans nisbətini təmin edir.  OLED ekranlar isə hər bir pikselin özündə işıq yayan organik qatmanlardan ibarətdir. Hər bir piksel özünəməxsus bir şəkildə işıq tələb edir və beləliklə də OLED ekranlar daha dinamik rənglər, daha yaxşı kontrast və daha inkişaf etmiş siyahı rəngi təmin edir. OLED ekranlar daha qalın və qiymətdə bahalıdılar. Lakin daha yüksək keyfiyyət və performans təmin edir.  Bu texnologiyalar daha yaxşı rəng reproduksiyası və kontrast təmin edir və çox geniş ekranlar üçün idealdir. Televizor alarkən, ekranın növünə və texnologiyasına diqqət etmək, istədiyiniz baxış təcrübəsini əldə etmək üçün əhəmiyyətlidir. HDR (High Dynamic Range) televizorun dinamik məzmun təqdim etməsi üçün tətbiq olunan bir formatdır. Bu, daha geniş rəng diapazonu, daha yüksək kontrast və daha aydın detallar təmin edir. HDR standart görüntülərə nisbətən daha reallıqlı və dərin bir şəkildə yaradır. Televizor alarkən bu faktorlara diqqət etmək, ən yaxşı baxış təcrübəsini əldə etmək üçün əhəmiyyətlidir.

2. Smart TV: Smart TV internetə qoşulmaq və müxtəlif dijital məzmunlara baxmaq və  əylənmək  üçün əlavə funksiyalar təmin edən bir televizor növüdür. Smart TV-lər standart televizor funksiyalarının ötesinə keçərək, məzmun almaq, oyun oynamaq, sosial media-da olmaq, uygulamaları işlətmək və daha çoxunu etmək imkanı yaradır. Bu cihazlar əsasən Wi-Fi və ya LAN ilə internetə qoşulmağı dəstəkləyir və daxili bir işletim sistemi ilə gəlir. Ən populyar smart TV platformaları arasında Samsung Tizen, LG webOS, Sony Bravia və Android TV yer alır. Smart TV, HDMI və USB kimi əsas bağlantı növləri ilə digər cihazlarla da birləşdirilə bilər. Bu cihazlar, Netflix, YouTube, Disney+, Amazon Prime Video, Spotify kimi populyar yayın xidmətlərinə daxil olmağı asanlaşdırır və istifadəçilərə geniş bir məzmun seçimi təqdim edir. Smart TV  əlverişli, interaktiv bir baxış təcrübəsi təmin edir. 

3. Səs: Televizorlarda səs sistemləri izləyici təcrübəsini əhəmiyyətli dərəcədə artıran mühüm bir komponentdir. Müasir televizorlar incə və zərif dizaynları ilə seçilir, lakin daxili səs sistemləri bəzən kifayət qədər performans göstərə bilmir. Buna görə də, televizor istehsalçıları və istifadəçilər, səs keyfiyyətini artırmaq üçün müxtəlif həllər axtarırlar. Televizorlarda standart olaraq mövcud olan daxili dinamiklər, əsas səs ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulmuşdur. Lakin, incə televizor dizaynları səbəbindən dinamiklərin ölçüləri kiçilmış və bu da səs keyfiyyətini mənfi təsir edə bilər. Bu dinamiklər adətən yüksək səs səviyyələrində təhrif olunur və aşağı tezlikli səslərdə (bas) zəif performans göstərir. Televizor səs sistemləri izləyici təcrübəsini böyük ölçüdə təsir edən mühüm bir amildir. Yaxşı bir səs sistemi, yalnız səs keyfiyyətini artırmaqla qalmır, həm də izləmə təcrübəsini daha immersiv və zövqlü edir. Televizor səs sistemləri barədə edəcəyiniz doğru seçimlər, evinizdə kino keyfiyyətində səs təcrübəsi yaşamağınızı təmin edəcək.  Televizorlarda səs gücü, izləyici təcrübəsinin əsas hissələrindən biridir. Səs gücü dinamiklərin verdiyi səsin maksimum səviyyəsini müəyyən edir. Televizorun səs gücü yüksək olduqda, daha böyük və açıq məkanlarda belə aydın və güclü səs əldə etmək mümkündür. Səs gücü vatt (Wt) ilə ölçülür və bu göstərici, səs sisteminin performansını qiymətləndirmək üçün vacibdir. Yüksək səs gücü, adətən daha çox enerji sərf etməklə yanaşı, səsin keyfiyyətini də artırır. Müasir televizorlarda səs gücünü artırmaq üçün müxtəlif texnologiyalar tətbiq edilir. Məsələn, Dolby Atmos və DTS:X kimi texnologiyalar, səsi daha dinamik və zəngin edir. Televizorlarda daxili dinamiklərin gücü bəzən kifayət etmir və əlavə səs sistemləri tələb olunur. Soundbarlar və ev kinoteatr sistemləri, səs gücünü artırmaq üçün ideal həllərdir. İstifadəçilər televizor alarkən səs gücünü nəzərə almalı və ehtiyaclarına uyğun olan modeli seçməlidirlər. 

4. Əməliyyat sistemi: Televizorlarda əməliyyat sistemi, smart TV-lərin əsas funksiyalarını idarə edən proqram təminatıdır. Əməliyyat sistemi istifadəçilərə tətbiqləri yükləmək, internetdə gəzmək və müxtəlif multimediya məzmunlarına asanlıqla çıxış imkanı verir. Ən çox istifadə olunan əməliyyat sistemləri arasında Android TV, webOS, Tizen və Roku OS var. Android TV, Google tərəfindən hazırlanmış və geniş tətbiq dəstəyi olan bir platformadır. Bu əməliyyat sistemi, Google Play Store vasitəsilə minlərlə tətbiq və oyuna çıxış imkanı verir. webOS, LG tərəfindən inkişaf etdirilmişdir və intuitiv interfeysi ilə istifadəçilərin rəğbətini qazanmışdır. Tizen, Samsung televizorlarında istifadə olunur və yüksək sürət və performans təklif edir. Roku OS, sadə və istifadəsi asan interfeysi ilə tanınır və müxtəlif streaming xidmətlərinə çıxış təmin edir. Televizorların əməliyyat sistemi istifadəçi təcrübəsini birbaşa təsir edir və cihazın funksionallığını artırır. Əməliyyat sistemləri, həmçinin səsli köməkçiləri və ağıllı ev cihazlarını dəstəkləyir. Məsələn, Android TV, Google Assistant ilə inteqrasiya olunmuşdur. Bu da səsli komandalarla televizoru idarə etməyə imkan verir. Əməliyyat sistemi vasitəsilə proqram yeniləmələri və təhlükəsizlik yamaları da asanlıqla həyata keçirilir. Hər bir əməliyyat sistemi özünəməxsus xüsusiyyətlər və üstünlüklər təqdim edir, buna görə də istifadəçilər öz ehtiyaclarına uyğun sistemi seçməlidir. 

TV ekran texnologiyası haqqında nəyi bilməlisiniz?

TV ekran texnologiyası, son illərdə sürətlə inkişaf edərək, izləyici təcrübəsini əhəmiyyətli dərəcədə dəyişmişdir. Ənənəvi katod şüa borusu (CRT) televizorları, LCD və plazma ekranlar ilə əvəz olunmuşdur. LCD (Liquid Crystal Display) televizorlar, yüngül və incə dizaynları ilə məşhurdur və enerji səmərəliliyi baxımından üstünlük təşkil edir. LED (Light Emitting Diode) texnologiyası isə LCD ekranların arxa işıqlandırılması üçün istifadə edilir və daha yaxşı rəng dəqiqliyi və kontrast təklif edir. OLED (Organic Light Emitting Diode) televizorlar, hər bir pikselin öz işığını yaydığı üçün mükəmməl qara rənglər və geniş baxış bucağı təmin edir. OLED ekranlar, yüksək kontrast nisbəti və sürətli cavab vaxtı ilə tanınır. QLED (Quantum Dot LED) televizorlar, Samsung tərəfindən inkişaf etdirilmişdir və rəng dəqiqliyini və parlaqlığı artırmaq üçün kvant nöqtələrindən istifadə edir. QLED texnologiyası yüksək parlaqlıq və uzun ömür müddəti ilə OLED ekranlardan fərqlənir. 4K və 8K icazəli televizorlar daha dəqiq və detallı görüntü təqdim edir və izləyicilərə detalları daha dəqiqi görəmək imkanı yaradır.  4K televizorlar,3840x2160 piksel icazəsinə malikdirlər və Full HD ekranlardan dörd dəfə daha çox piksel təqdim edir. 8K televizorlar isə 7680x4320 piksel icazəsinə sahibdirlər və 4K ekranlardan dörd dəfə daha çox piksel icazəsi təqdim edir. HDR (High Dynamic Range) texnologiyası, daha geniş rəng gamutu və daha yüksək kontrast təmin edir. HDR parlaqlıq və kölgə detalları arasındakı fərqi artıraraq daha realist görüntü təcrübəsi yaradır. Dolby Vision və HDR10+ kimi HDR formatları, fərqli səviyyələrdə HDR dəstəyi təqdim edir və müxtəlif məzmunların keyfiyyətini artırır. Smart TV-lər  internet bağlantısı və müxtəlif tətbiqlər vasitəsilə geniş məzmun seçimləri təklif edir. Bu televizorlar, Netflix, YouTube, Amazon Prime və digər axın xidmətlərinə birbaşa çıxış imkanı verir. Ağıllı televizorlar ev əyləncə sisteminin mərkəzi halına gəlib və istifadəçilərə geniş məzmun və funksionallıq təklif edir. Bu texnologiyalar, izləyicilərin sevdikləri filmləri, serialları və digər məzmunları yüksək keyfiyyətdə izləmələrini təmin edir. İnteraktiv funksiyalar və tətbiqlər, televizorların yalnız izləmə cihazı olmaqla yanaşı, çox yönlü bir əyləncə platforması olmasını təmin edir. Televizor texnologiyasında gələcəkdə inkişaflar etdikcə daha yüksək görüntü icazəsi, daha geniş rəng spektoru və daha ağıllı funksiyalar təqdim edəcəkdir.

Televizor modellərinin qiymətləri nə qədərdir?

Televizor modellərinin qiymətləri müxtəlif brendlər, texnologiyalar və xüsusiyyətlərə görə geniş diapazonda dəyişir. Müxtəlif ölçü və funksiyalara malik olan televizorların qiymətləri aşağıdan yüksəkə doğru dəyişir. 

1. 200-700 azn araliqında olan televizorlar. Əsasən kiçik ölçülü və ya giriş səviyyəli modelləri əhatə edir. Bu qiymət aralığında televizorlar adətən 24-32 düym arasında olur. Kiçik otaqlar və ya mətbəx kimi məkanlar üçün uyğundur.Televizorların əksəriyyəti Full HD (1920x1080 piksel) və ya HD Ready (1366x768 piksel) təklif edir. Bu çözünürlük gündəlik istifadə üçün kifayət edir, lakin 4K və ya daha yüksək görüntü icazəsi gözləmək real deyil.  Bu qiymət aralığında LCD və ya LED panellər istifadə olunur. OLED və ya QLED kimi daha inkişaf etmiş texnologiyalar bu qiymət aralığında mümkün deyil. İnternetə qoşulma, tətbiqlər yükləmə və axın xidmətlərinə çıxış kimi imkanlar məhduddur. Bu qiymət aralığında olan televizorların daxili dinamikləri adətən orta səviyyəli səs keyfiyyəti təklif edir. Daha güclü və yüksək keyfiyyətli səs təcrübəsi üçün xarici səs sistemlərinə ehtiyac ola bilər.  Bu televizorlar adətən DVB-T2 və ya DVB-S2 kimi rəqəmsal tünellər ilə təchiz olunmuş olur, bu da yerli rəqəmsal yayım kanallarını izləməyə imkan verir. Kiçik ölçülü və giriş səviyyəli televizorlar adətən az enerji sərf edir, bu da onları enerjiyə qənaət edən bir seçim edir.Bu kategoriya sadə tələbləri olan istifadəçilər üçün uyğun bir seçimdir. Əsas məqsədi gündəlik TV izləmə və sadə bağlantılar təmin etməkdir.

2. 800-2000 AZN dəyərində olan televizorlar, orta səviyyədən yüksək səviyyəyə qədər müxtəlif xüsusiyyətlər və imkanlar təqdim edən modelləri əhatə edir. Bu qiymət aralığındakı televizorlar, həm keyfiyyətli görüntü, həm də səs təcrübəsi ilə istifadəçiləri məmnun etmək üçün nəzərdə tutulmuşdur. 43 düymdən 65 düymə qədər geniş ekran variantları. Əksəriyyətlə 4K Ultra HD (3840x2160 piksel), bəzi hallarda isə Full HD (1920x1080 piksel) və 8K modelləri də bu qiymət aralığında tapıla bilər. LED, OLED və QLED panelləri də bu katetegoriyaya daxil edilə bilər. OLED hər bir pikselin öz işığını yaydığı üçün daha dərin qara rənglər və yüksək kontrast təmin edir. QLED kvant nöqtələri ilə daha parlaq görüntü və geniş rəng spektoru təklif edir.  Bura aid olan televizorlar Android TV, Tizen, webOS kimi inkişaf etmiş əməliyyat sistemləri ilə təchiz olunmuş. Netflix, YouTube, Amazon Prime Video və digər axın xidmətləri ilə birbaşa uyğunluqları var. Google Assistant və Amazon Alexa kimi səsli köməkçilər vasitəsilə səsli idarəetmə funksiyasını dəstəkliyirlər.  Dolby Atmos və DTS:X dəstəyi ilə yüksək keyfiyyətli daxili dinamiklərə malikdilər. HDR10, HDR10+, Dolby Vision kimi yüksək dinamik diapazon dəstəyi mövcütdur. 60Hz-dən 120Hz-ə qədər, xüsusilə oyun və idman üçün daha sürətli və daha axıcı görüntü təmin edir. Sürətli cavab vaxtı ilə hərəkət bulanıqlığını minimuma endirir. 800-2000 azn aralığındakı televizorlar yüksək keyfiyyətli görüntü və səs təcrübəsi, geniş ekran ölçüləri, inkişaf etmiş smart TV funksiyaları və müasir texnologiyaları ilə diqqət çəkir. Bu televizorlar, ailəvi film gecələri, idman yarışmaları izləmə, oyun oynamak və gündəlik TV izləmə təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bu qiymət aralığında olan modellər, keyfiyyətli və zəngin xüsusiyyətlərə malik televizor axtaran istifadəçilər üçün ideal seçimdir.

3. 2000-5000 AZN dəyərində olan televizorlar, həm yüksək görüntü keyfiyyəti, həm də inkişaf etmiş xüsusiyyətlər təqdim edir. Bu qiymət aralığındakı modellər, adətən 55 düymdən 65 düymə qədər geniş ekran ölçülərinə malikdir və əsasən 4K Ultra HD ekran icazəsi təklif edir. OLED və QLED texnologiyaları ilə təchiz edilmiş bu televizorlar, daha dərin qara rənglər və geniş rəng spektoru təqdim edir. HDR10, Dolby Vision və HDR10+ kimi qabaqcıl HDR formatlarını dəstəkləyən bu modellər, yüksək dinamik diapazon və realistik görüntü təmin edir. Smart TV funksiyaları və səsli köməkçilər ilə zəngin olan bu televizorlar, həm də Dolby Atmos və DTS:X kimi yüksək keyfiyyətli səs sistemləri ilə təchiz olunmuşdur, bu da mükəmməl səs təcrübəsi yaradır.

4. 5000-10,000 AZN dəyərində olan televizorlar, yüksək performans və mükəmməl görüntü keyfiyyəti təqdim edən modellərdir. Bu qiymət aralığında OLED, QLED və Mini-LED texnologiyaları ilə təchiz olunmuş televizorlar geniş yayılmışdır. Həmçinin, 4K və bəzi hallarda 8K çözünürlük təklif edən bu televizorlar, HDR10, Dolby Vision kimi qabaqcıl HDR formatlarını dəstəkləyir. Dolby Atmos və DTS:X kimi yüksək keyfiyyətli səs sistemləri ilə təchiz olunmuşdur, bu da kinoteatr səviyyəsində səs təcrübəsi təmin edir. Smart TV funksiyaları və AI texnologiyaları ilə zəngin olan bu modellər, geniş ekran ölçüləri və lüks dizayn ilə ev əyləncə təcrübəsini əhəmiyyətli dərəcədə artırır.

5. 10000 AZN-dən 20,000 AZN-ə qədər qiymət aralığında olan televizorlar, müxtəlif səviyyələrdə təcrübə və texnologiyalar təqdim edir. Bu qiymət aralığındakı televizorlar, yüksək performans, mükəmməl dizayn və qabaqcıl texnologiyalar təqdim edir, izləmə təcrübəsini ən yüksək səviyyəyə çatdırır. 10,000-20,000 AZN dəyərində olan televizorlar, ən yüksək keyfiyyətli görüntü və səs təcrübəsi təqdim edən premium modellərdir. Bu qiymət aralığındakı televizorlar, əsasən 8K Ultra HD görüntü icazəsi və OLED və ya MicroLED texnologiyaları ilə təchiz olunmuşdur. Həmçinin, Dolby Atmos və DTS:X kimi qabaqcıl səs sistemləri ilə kinoteatr səviyyəsində səs keyfiyyəti təmin edirlər. Smart TV funksiyaları, səsli köməkçilər və AI texnologiyaları ilə təchiz edilmiş, yüksək performans və lüks dizayn təklif edirlər. Bu televizorlar, geniş ekran ölçüləri və yüksək dəqiqlikli görüntü ilə ev əyləncə təcrübəsini ən yüksək səviyyəyə çatdırır.
Qeyd: Bu məlumat mətnin oxuma tarixinə əsasən öz dəqiqliyini itirmiş ola bilər. 

Bizdən televizor alarkən, müştərilər 1 il zəmanət və 18 aya qədər faizsiz kredit imkanlarından faydalana bilərlər. Bu, müştərilərimizə əlavə maliyyə yükü olmadan istədikləri televizoru əldə etməyə imkan verir. Faizsiz kredit, alışı dərhal ödəməkdə çətinlik çəkən müştərilər üçün ideal bir seçimdir. 1 il zəmanət isə, məhsulun keyfiyyətinə olan etibarı gücləndirir və hər hansı problem yaranarsa, müştərilərin pulsuz təmir və ya dəyişdirmə hüququnu təmin edir. Bu xidmətlər, müştərilərimizin alış-veriş təcrübəsini daha rahat və təhlükəsiz edir. Televizorları nağd şəkildə əldə etmək imkanı ilə müştərilər dərhal ödəniş edib məhsulu təcili olaraq əldə edə bilərlər. Bu seçim, müştərilərə büdcələrinə ən uyğun modeli dərhal almaq və istifadə etməyə başlamaq imkanı verir.

 

Hamısını göstər Daha az göstər
Şəxsi hesab
Şəxsi hesabın üstünlüklərindən yararlanmaq üçün daxil olmaq və ya qeydiyyatdan keçməyi tövsiyə edirik.

Hesab və ayarlar

Aylıq Ödəniş
Əlaqə:: *6060