Hədiyyə sertifikatları

(5)
Seçilənləri sil
Filtr
Tətbiq et
Qiymət
Sevindirən kart 50 AZN
Sevindirən kart 50 AZN
50,00 ₼
 Sevindirən kart 100 AZN
Sevindirən kart 100 AZN
100,00 ₼
Sevindirən kart 300 AZN
Sevindirən kart 300 AZN
300,00 ₼
Sevindirən kart 500 AZN
Sevindirən kart 500 AZN
500,00 ₼
Sevindirən kart 1000 AZN
Sevindirən kart 1000 AZN
1.000,00 ₼

"Sevindirən kart" istifadə qaydaları:

1. Sevindirən kart onu təqdim edən şəxsin "KONTAKT" mağazalar şəbəkəsindən ya da www.kontakt.az saytında nağd və ya bank kartı ilə ödəməklə əldə etmək istədiyi məhsul və/və ya xidmətləri Sevindirən kartın nominal dəyərində olan endirimlə almaq hüququnu təstiq edən qoruyucu örtük altında gizli koda malik bir kartdır.

2. Sevindirən kartları "KONTAKT" mağazalar şəbəkəsindən ya da www.kontakt.az saytından nağd və ya nağd olmayan ödənişlə almaq mümkündür. Sevindirən kartın əldə edilməsi endirimlər, bonuslar və ya digər Sevindirən kartların istifadəsi ilə nəzərdə tutulmayıb.

3. Sevindirən kart satış günündə avtomatik olaraq aktivləşdirilir. Sevindirən kart ilə endirim əldə etmək hüququ kartın satışından sonra dərhal mümkündür. Sevindirən kartın müddəti yoxdur.

4. Sevindirən kart mağazanın kassası vasitəsilə mobil hesabını artırmaq üçün istifadə edilə bilməz.

5. Sevindirən kart, məhsul kodları yalnız  8 rəqəmlərdən ibarət, www.kontakt.az saytında olan məhsulları endirimlə əldə etmək üçün istifadə oluna bilər.

6. Müştəri məhsulu hissəli ödəniş üsulu ilə əldə edirsə, Sevindirən kart "KONTAKT" mağazasında və ya www.kontakt.az saytında ilkin ödəniş kimi istifadə edilə bilər.

7. Bir neçə ədəd Sevindirən kart bir alış-veriş üçün istifadə oluna bilər.

8. "KONTAKT" -ın mülkiyyəti olan Sevindirən kart ödəniş üçün istifadə olunduqdan sonra mağaza əməkdaşları tərəfindən yerində utilizasiya edilir. Sevindirən kart www.kontakt.az saytında məhsul/xidməti əldə etmək üçün istifadə olunduqdan sonra, təkrar "KONTAKT" mağazalar şəbəkəsində ödəniş üçün təqdim edilə bilməz.

9. Sevindirən kartın qoruyucu örtüyü gizli koda malikdir. Məhsulun satışı zamanı Sevindirən kartın qoruyucu örtüyü zədələnsə, həmin Sevindirən kart ilə ödəniş yerinə yetirilmir.

10. Sevindirən kart üzrə istifadəçiyə pul məbləği verilmir və kompensasiya edilmir. İstifadəçiyə (Sevindirən kart vasitəsilə ödənişlər edilmiş hər hansı bir sazişin ləğv olunması halları daxil olmaqla) Sevindirən kartın nağd və/ya nağdsız ekvivalenti verilmir.

11. Sevindirən kartın nominal dəyəri seçilmiş məhsulların məbləği aşdıqda, istifadəçi bu fərqi nağd (yalnız "KONTAKT" mağazalar şəbəkəsində ödəniş edildikdə) və ya bank kartı ilə (www.kontakt.az saytında ödəniş edildikdə və ya "KONTAKT" mağazalar şəbəkəsində ödəniş edildikdə) ödəməlidir.

12. Satıcı kampaniyada iştirak edən müəyyən məhsullar üçün Sevindirən kartla ödənişləri məhdudlaşdıra bilər. Bu hallar kampaniya şərtlərində qeyd olunacaq.

13. İstifadəçi qoruyucu örtük altında olan gizli kodu hər hansı bir üçüncü şəxsə açıqlamaqda bütün məsuliyyəti öz üzərinə götürür. İstifadəçi yalnız www.kontakt.az saytından məhsul əldə etdiyi zaman endirimi tətbiq etmək üçün onunla əlaqə saxlayan "KONTAKT"-ın əməkdaşına gizli kodu təqdim etməlidir.

14. Sevindirən kartın alınması və/ya Sevindirən kart vasitəsilə ödəniş, alıcının Sevindirən kartın istifadəsi şərtlərinə razılığın təstiqidir.

15. "KONTAKT" Sevindirən kartın və ya gizli kodun itirilməsinə və ya üçüncü tərəfə ötürülməsinə görə məsuliyyət daşımır. İtirilmiş (zədələnmiş) Sevindirən kart bərpa edilmir.

16. "KONTAKT", bu Qaydalarda dəyişikliklər və əlavələr etmə hüququnu qoruyur. "KONTAKT" MMC tərəfindən edilən bütün dəyişikliklər və əlavələr www.kontakt.az saytında dərc olunaraq müştərilərə bildirilir.

17. Sevindirən kartın istifadəsi ilə bağlı əlavə məlumatlar kartın aktiv olma müddəti ərzində *6060 telefon nömrəsi ilə təqdim edilir. Stasionar və mobil telefonlardan zənglər müvafiq operatorların tariflərinə əsasən ödənilir.

18. "KONTAKT" MMC Sevindirən kartın itirilməsi/zədələnməsi hallarında müştərinin müraciəti əsasında Sevindirən kartı bloklaya bilər.

Hamısını göstər Daha az göstər
Şəxsi hesab
Şəxsi hesabın üstünlüklərindən yararlanmaq üçün daxil olmaq və ya qeydiyyatdan keçməyi tövsiyə edirik.

Hesab və ayarlar

Aylıq Ödəniş
Əlaqə:: *6060