Smart saatlar

(21)
Seçilənləri sil
Filtr
Tətbiq et
Qiymət
İstehsalçı
Rəng
Korpusun materialı
NFC
Simsiz enerji
Qorunma dərəcəsi
Cins
İşləmə müddəti
Ekranın növü
Displeyin diaqonalı
Kəmərin materialı
GPS
Yuxu analizi
Ürək ritmi göstəricisi
Qanda oksigen səviyyəsinin göstəricisi
Xiaomi Redmi Watch 3 Black / BHR6851GL
Xiaomi Redmi Watch 3 Black / BHR6851GL
239,99 ₼179,99 ₼ 0% 12 ay
Prosessor: Məlumat yoxdur Displeyin diaqonalı: 1.75" Daxili yaddaş: Məlumat yoxdur
Samsung Galaxy Watch 6 Classic 47mm Black / SM-R960NZKACIS
Samsung Galaxy Watch 6 Classic 47mm Black / SM-R960NZKACIS
899,99 ₼769,99 ₼ 0% 12 ay
Prosessor: Exynos W930 Displeyin diaqonalı: 1.5" Daxili yaddaş: 16 GB
Kieslect Calling Watch KS Mini Blue
Kieslect Calling Watch KS Mini Blue
89,99 ₼69,99 ₼ 0% 12 ay
Prosessor: Məlumat yoxdur Displeyin diaqonalı: 1.78" Daxili yaddaş: Məlumat yoxdur
Kieslect Lady Calling Watch Lora 2 Gold
Kieslect Lady Calling Watch Lora 2 Gold
169,99 ₼99,99 ₼ 0% 12 ay
Prosessor: Məlumat yoxdur Displeyin diaqonalı: 1.3" Daxili yaddaş: Məlumat yoxdur
HUAWEI Watch GT 4 41 mm Aurora-B19T Silver W/Stainless Steel / 55020BHV
HUAWEI Watch GT 4 41 mm Aurora-B19T Silver W/Stainless Steel / 55020BHV
569,99 ₼469,99 ₼ 0% 12 ay
Prosessor: Məlumat yoxdur Displeyin diaqonalı: 1.32" Daxili yaddaş: Məlumat yoxdur
HUAWEI Watch GT 4 41 mm Aurora-B19M Light Gold W/Milanese / 55020BHW
HUAWEI Watch GT 4 41 mm Aurora-B19M Light Gold W/Milanese / 55020BHW
399,99 ₼319,99 ₼ 0% 12 ay
Prosessor: Məlumat yoxdur Displeyin diaqonalı: 1.43" Daxili yaddaş: Məlumat yoxdur
HUAWEI Watch GT 4 46MM Phoinix-B19L Brown W/Brown Leather 55020BGX
HUAWEI Watch GT 4 46MM Phoinix-B19L Brown W/Brown Leather 55020BGX
399,99 ₼329,99 ₼ 0% 12 ay
Prosessor: Məlumat yoxdur Displeyin diaqonalı: 1.43" Daxili yaddaş: Məlumat yoxdur
HUAWEI Watch GT 4 46MM Phoinix-B19F Black W/Black Fluoroelastomer 55020BGT
HUAWEI Watch GT 4 46MM Phoinix-B19F Black W/Black Fluoroelastomer 55020BGT
399,99 ₼329,99 ₼ 0% 12 ay
Prosessor: Məlumat yoxdur Displeyin diaqonalı: 1.43" Daxili yaddaş: Məlumat yoxdur
HUAWEI Watch GT 4 41 mm Aurora-B19L White W/White Leather / 55020BHX
HUAWEI Watch GT 4 41 mm Aurora-B19L White W/White Leather / 55020BHX
349,99 ₼279,99 ₼ 0% 12 ay
Prosessor: Məlumat yoxdur Displeyin diaqonalı: 1.32" Daxili yaddaş: Məlumat yoxdur
Kieslect KS2 Midnight Blue / Black-Blue Strap
Kieslect KS2 Midnight Blue / Black-Blue Strap
249,99 ₼119,99 ₼ 0% 18 ay
Prosessor: Məlumat yoxdur Displeyin diaqonalı: 2.01" Daxili yaddaş: Məlumat yoxdur
Kieslect Kr2 Stainless Steel / Black Yellow Strap
Kieslect Kr2 Stainless Steel / Black Yellow Strap
229,99 ₼129,99 ₼ 0% 18 ay
Prosessor: Məlumat yoxdur Displeyin diaqonalı: 1.43" Daxili yaddaş: Məlumat yoxdur
Kieslect KR Pro LTD Grey / Grey-Black Strap
Kieslect KR Pro LTD Grey / Grey-Black Strap
199,99 ₼99,99 ₼ 0% 18 ay
Prosessor: Məlumat yoxdur Displeyin diaqonalı: 1.43" Daxili yaddaş: Məlumat yoxdur
Xiaomi Redmi Watch 3 Active Black BHR7267IN
Xiaomi Redmi Watch 3 Active Black BHR7267IN
139,99 ₼89,99 ₼ 0% 12 ay
Prosessor: Məlumat yoxdur Displeyin diaqonalı: 1.83" Daxili yaddaş: 16 MB
Xiaomi Redmi Watch 4 Silver Gray BHR7848GL
Xiaomi Redmi Watch 4 Silver Gray BHR7848GL
269,99 ₼159,99 ₼ 0% 12 ay
Prosessor: Məlumat yoxdur Displeyin diaqonalı: 1.97" Daxili yaddaş: Məlumat yoxdur
Xiaomi Redmi Watch 4 Obsidian black / BHR7854GL
Xiaomi Redmi Watch 4 Obsidian black / BHR7854GL
269,99 ₼159,99 ₼ 0% 12 ay
Prosessor: Məlumat yoxdur Displeyin diaqonalı: 1.97" Daxili yaddaş: Məlumat yoxdur
Xiaomi Watch 2 Black BHR8035GL
Xiaomi Watch 2 Black BHR8035GL
499,99 ₼349,99 ₼ 0% 18 ay
Prosessor: Məlumat yoxdur Displeyin diaqonalı: 1.43" Daxili yaddaş: 32 GB
HUAWEI Watch Fit 3 Grey / 55020CDU
HUAWEI Watch Fit 3 Grey / 55020CDU
309,99 ₼249,99 ₼ 0% 12 ay
Prosessor: HarmonyOS Displeyin diaqonalı: 1.82" Daxili yaddaş: 4 GB
HUAWEI Watch Fit 3 White / 55020CJG
HUAWEI Watch Fit 3 White / 55020CJG
269,99 ₼199,99 ₼ 0% 12 ay
Prosessor: HarmonyOS Displeyin diaqonalı: 1.82" Daxili yaddaş: 4 GB
HUAWEI Watch Fit 3 Pink / 55020CED
HUAWEI Watch Fit 3 Pink / 55020CED
269,99 ₼199,99 ₼ 0% 12 ay
Prosessor: HarmonyOS Displeyin diaqonalı: 1.82" Daxili yaddaş: 4 GB
HUAWEI Watch Fit 3 Black / 55020CEE
HUAWEI Watch Fit 3 Black / 55020CEE
269,99 ₼199,99 ₼ 0% 12 ay
Prosessor: HarmonyOS Displeyin diaqonalı: 1.82" Daxili yaddaş: 4 GB
Page

Smart saatlar

Smart saatlar müasir texnologiyanın ən son nümunələrindən biri olaraq, həyatımızı daha rahat və funksional edir. Buna görə də Kontakt sizə yalnız yüksək keyfiyyətli və orijinal smart saatlar təqdim edir. Bizim məhsullarımız uzun ömürlü və etibarlıdır. Həmçinin biz sizə müxtəlif brend və modellər arasından seçim imkanı yaradırıq. Siz istər idman, istərsə də gündəlik istifadə üçün uyğun modellər seçə bilərsiniz. Kontakt Home mağazalar şəbəkəsində ən yaxşı qiymət zəmanəti ilə yüksək keyfiyyətli smart saatlar büdcənizə uyğun olaraq müxtəlif variantlarda təklif olunur. Satışdan əvvəl və sonra peşəkar müştəri xidməti dəstəyi təklif edərək, hər zaman sizin yanınızdayıq və suallarınıza cavab verməyə hazırıq. Bütün smart saatlar zəmanət ilə təmin edilir. 

Smart saatlar nədir?

Smart saatlar ənənəvi saatların funksiyalarını müasir texnologiya ilə birləşdirən ağıllı cihazlardır. Bu cihazlar istifadəçilərə zənglər qəbul etmək, mesajları oxumaq və cavab vermək, həmçinin müxtəlif tətbiqləri istifadə etmək imkanı verir. Smart saatlar fitness və sağlamlıq izləmə funksiyaları ilə də məşhurdur. Onlar addımları saymaq, ürək döyüntüsünü izləmək, yuxu rejimini təhlil etmək və digər sağlamlıq məlumatlarını təmin etmək kimi xüsusiyyətlərə malikdir. Bu istifadəçilərə sağlam həyat tərzini qorumağa və fiziki fəaliyyətlərini izləməyə kömək edir. Smart saatlar həm də GPS, NFC ödəniş sistemləri və səsli köməkçilər kimi funksiyaları dəstəkləyir. Bu cihazlar, istifadəçilərə idman fəaliyyətlərini izləmək, naviqasiya xidmətlərindən istifadə etmək və səsli əmrlər vasitəsilə cihazlarını idarə etmək imkanı verir. Smart saatlar suya və toza davamlılıq kimi xüsusiyyətlərə malikdir və müxtəlif idman növləri üçün uyğundur. Onlar həmçinin musiqi pleyerlərini idarə etmək, təqvim hadisələrini və bildirişləri göstərmək kimi funksiyaları da dəstəkləyir. Bir çox smart saatlar həm iOS, həm də Android cihazları ilə uyğun gəlir və mobil tətbiqlər vasitəsilə sinxronizasiya edilir. Bu cihazlar şarj müddətləri və batareya ömrü ilə də fərqlənir.Bəzi modellər uzun müddət enerji yığmadan da işləyə bilir. Smart saatlar həm gündəlik istifadə, həm də idman və səyahət üçün ideal seçimdir. Bu cihazlar, istifadəçilərə zamanın idarə edilməsi, əlaqədə qalmaq və sağlamlıq məlumatlarının izlənməsi sahəsində böyük rahatlıq təmin edir. Ümumilikdə, smart saatlar müasir həyatın ayrılmaz bir hissəsinə çevrilmişdir və texnologiya ilə əlaqəli bütün tələbləri qarşılayır.

Smart saat alarkən nələrə diqqət etməliyik?

Smart saat alarkən diqqət etməli olduqnuz əsas amillər:

1. Funksiyalar. Smart saatlar sağlamlıq və fitnes məqsədləri üçün bir çox fərqli funksiyalar təklif edir. Bunlar arasında kalori hesablayıcı, addımölçən, giroskop, yuxu analizi və ürək ritmi göstəricisi kimi əhəmiyyətli funksiyalar var. Kalori hesablayıcısı, istifadəçilərin hərəkət aktivlərini izləyərək qəbul edilmiş kalori miqdarını hesablayır və hərəkətli həyat tərzini dəstəkləyir. Addımölçən funksiyası istifadəçilərin günlük addımlarını sayaraq fiziki aktivlik səviyyələrini ölçmələrinə kömək edir. Giroskop smart saatların hərəkətləri və məkan dəyişikliklərini izləməsinə və təhlil etməsinə kömək edir. Yuxu analizi funksiyası, istifadəçilərin yuxu dövrünü monitorinq edərək keyfiyyətli və dinlənmiş bir yuxu təcrübəsinə nəzarət edir. Ürək ritmi göstəricisi, istifadəçilərin dinlənmiş və fəaliyyət halında ürək atış sürətini ölçərək sağlamlığın nəzarət altında saxlanılmasına imkan verir. Bu funksiyalar, istifadəçilərə sağlamlıq və fitnes həyat tərzi üzərində daha çox nəzarət etmələrnə şərait yaradır. İstədiyiniz funksiyaları nəzərdən keçirin. Bəzi smart saatlar sadece əsas funksiyalarla gəlir, məsələn, sağlamlıq monitorinqi, zəng və mesaj xəbərdarlıqları, müxtəlif idman rejimləri kimi. Digər smart saatlar isə daha çox əlavə funksiyalar, məsələn, musiqi çalmaq, GPS, sualtı istifadəsi, ödəniş funksiyaları və daha çox təqdim edir.

2. Ekran. Smart saatların ekranları müxtəlif növlərdə olur və hər birinin öz özəllikləri var. AMOLED və OLED ekranlar incə, yüksək kontrastlı və canlı rəngləri təmin edir. Həmçinin qara rənglərin daha dərin görsədir. AMOLED və OLED ekranlar geniş izləmə kəsişməsi, yüksək şəffaflıq və daha yaxşı enerji idarəetməsi üçün uyğun variant hesab olunur. LCD ekranlar da yayğın olaraq istifadə olunur. Onlar daha dərin rəngləri və daha çox dəqiqliyi təmin edir, amma AMOLED/OLED ekranlar qədər incə və şəffaflıq tərəqqisi yoxdur. LCD ekranlar güclü günlük işıqda hərəkət etdikdə təsvir edilən məlumatları daha yaxşı görə bilərsinizi həmçinin, batareya ömrünü uzadaraq və enerji səmərəliyini təmin edir. Əksər smart saatlar AMOLED və OLED ekranlar istifadə edir, çünki onlar daha yaxşı rənglər, daha incə dizayn və daha yaxşı batareya ömrü təmin edir. Lakin, LCD və digər ekran növləri də müxtəlif istifadə hallarına cavab verir və daha ucuz variantlarda ola bilərlər. Smart saatlarda görüntü imkanı və displeyin diaqonalı cihazın tədqiqi və məlumatların idarə olunması təyin edilir. Əsasən smart saatın ekran diaqonali 1.2 ilə 1.4 düym arasında dəyişir. Lakin daha böyük modellər də mövcuddur ki, onların ekranları 1.6 düymdən daha böyükdür. Daha böyük ekranlar məlumatların daha yaxşı oxunmasını və tətbiqlərin və məlumatların daha rahat istifadəsini təmin edir. Smart saat alarkən ekranın diaqonalı və görüntü imkanlarının istifadə məqsədlərinizə uyğun olmalıdır.

3. Prosessor. Smart saatlarda istifadə olunan prosessorlar, cihazların funksionallığını və performansını təmin edən əsas komponentlərdəndir. Ən müasir smart saat prosessorları yüksək performans və effektiv enerji sərfiyyatı üçün inkişaf etdirilmişdir. Bu prosessorlar, daha böyük cihazlarla müqayisədə daha az güc tələb edir və daha kiçik sahələrdə fəaliyyət göstərmək üçün optimize olunmuşdur. Əsas prosessorlar arasında Qualcomm Snapdragon, Samsung Exynos, Apple S-series və MediaTek Helio seriyaları kimi tanınmış brendlər var. Bu prosessorlar saatların istifadə etdiyi tətbiqləri işlətməkdə və müxtəlif sensorlarla məlumatları emal etməyə  kömək edir. Smart saat alarkən, prosessorun performansı, batareya ömrü ilə əlaqəsi, və quraşdırılmış funksiyaları də nəzərə alınmalıdır. Əlavə olaraq, prosessor saatin istifadəçilərinin tələblərinə cavab verə biləcək konnektivlik və yüksək keyfiyyətli tətbiqləri dəstəkləyə biləcək əhəmiyyətli bir faktordur.

4.Suya və toza qarşı davamlılıq. Smart saatların suya və toza qarşı qorunma dərəcəsi İP göstəricisi ilə ölçülür. Bu dərəcələr saatın hansı şəraitdə su və toza qarşı dayanıqlı olduğunu göstərir. IP rəqəmi iki ədəddən ibarətdir: birinci rəqəm toz qorunmasını, ikinci rəqəm isə su qorunmasını nümayiş etdirir. Məsələn, bir smart saatin IP68 rəqəmi varsa, bu deməkdir ki, o toza qarşı tam dayanıqlıdır və 1.5 metr dərinlikdəki suyun altında 30 dəqiqəyə qədər qala bilər. Bu IP ratingi smart saatın istifadəçilərə hansı məqsədlərlə istifadə etməməsi tövsiyə edildiyini göstərir. Hər bir IP dərəcəsi fərqli şərait və tələblər üçün nəzərdə tutulmuşdur. Buna görə də istifadəçilər müvafiq IP dərəcəsinə uyğun smart saat seçməkləri tövsiyə olunur. Su altında idman etməyi sevirsinizsə, sizə IP68 göstəricili bir smart saat əldə etmək lazımdır. Əgər suya dayanıqlılıq istəyirsinizsə və ya açıq havada hərəkət etmək istəyirsinizsə, IP67 və ya IP68 sertifikatına malik smart saatlara yönəlmək məsləhət görünər. Bununla birlikdə, qeyri-müəyyən vəziyyətlərdə də smart saatınızı qorumaq üçün uyğun tədbirlər götürmək əlverişlidir.

5. Mikrofon. Smart saatlarda mikrofon istifadəçilərin səsli əmrə cavab verərək və ya səsli məlumatları qeyd edərək interaktiv funksiyaları istifadə etməsinə imkan verir. Mikrofonlar zəngləri qəbul etmək, mətn mesajları yaratmaq və s. kimi əməliyyatların icrasına imkan verir. Müasir smart saat mikrofonları, səs tərəfdaşları ilə əməkdaşlıq edərək fərqli funksiyaları yerinə yetirə bilir, məsələn, Siri, Google Assistant və s. Bu mikrofonlar yüksək keyfiyyətli səs qeydləri və zənglər təmin edərək istifadəçilərə daha yaxşı bir təcrübə bəxş edir. Mikrofonlar həmçinin müxtəlif hava şəraitlərində fəaliyyət göstərməyə imkan verəcək qədər dayanıqlı olmalıdır.

6. Material. Smart saatlarda smart qorbaqlarda olduğu kimi kəmərlərinin və korpusunun materialı, saatın görünüşünü, dayanıqlılığını və funksionallığını təyin edir. Ən çox istifadə olunan kəmər materialı silikon, naylon, deri, paslanmayan polad və titandır. Silikon və naylon kəmərlər hafif və rahatdır, sport və gündəlik istifadə üçün idealdir. Deri kəmərlər isə daha formal və şık bir görünüş təmin edir, lakin su və toza qarşı dayanıqlılığı zəifdir. Paslanmayan polad və titandan hazırlanmış kəmərlər daha dözümlü və dayanıqlıdır, lakin onlar daha çox batareya sərf edirlər. Korpus materialı kimi isə əsasən alüminium, paslanmayan polad, titandan və plastikdən istifadə olunur. Alüminium korpuslar hafifdir və əlverişlidir, lakin daha az dayanıqlıdır. Paslanmayan polad korpuslar daha çox istifadə edilir və daha dayanıqlıdır. Titandən korpuslar hafif, dayanıqlı və lüks görünüşlüdür, lakin daha yüksək qiymətlidir. Plastik korpuslar daha ucuzdur və hafifdir, lakin daha az keyfiyyətlidir. İstifadəçilər smart saat seçərkən kəmər və korpus materialını şəxsi tələblərinə və istifadə məqsədinə görə seçməlidirlər. İdman və gündəlik istifadə üçün silikon və alüminium materialı daha çox istifadə olunur, eyni zam zamanda formal tədbirlər üçün deri və titandən hazırlanmış kəmər və korpuslar daha münasib ola bilər. 

7. NFC. Smart saatlarda NFC  texnologiyası, ödəniş etmə, bilet alış-verişi, bina giriş kartlarının saxlanılması və s. kimi funksiyalar üçün istifadə olunur. NFC texnologiyası cihazlar arasında məlumatın çatdırılmasını və paylaşılmasını təmin edən bir standartdır. NFC texnologiyası vasitəsilə smart saatlar, terminal və digər NFC cihazları ilə əlaqə quraraq ödənişlər həyata keçirə bilər. Bir çox bank və ödəniş təchizatçıları smart saatlarda NFC texnologiyasını dəstəkləyərək istifadəçilərin ödənişləri asanlaşdırmağa kömək edir. NFC texnologiyası cihazların bir-birilə qısa məsafədə əlaqə qurmağını və məlumatın təhlilini asanlaşdırır. Bu smart saatların əlverişli və təsirli ödəniş və idarəetmə imkanları təmin etməsinə kömək edir. NFC texnologiyası ilə smart saatlar, həm də qapıları açmaq, nümayiş vəsiqələrini saxlamaq, və ya ictimai nəqliyyatda ödəniş kartı kimi fərqli funksiyalara da malik ola bilər. NFC texnologiyası smart saatlar istifadəçilərinin gündəlik həyatını asanlaşdırmaq və texnologiyalı rahatlıq təmin etmək üçün dəyərli bir vasitəsidir.

8. Daxili yaddaş. Smart saatlarda daxili yaddaş, cihazın məlumatları saxlamaq məlumatlarnan işləmək üçün istifadə etdiyi yaddaş hissəsidir. Bu yaddaş smart saatın fəaliyyət sistemi, tətbiqlər, məlumatlar və media fayllarını saxlamaq üçün istifadə olunur. Əsasən NAND flaş yaddaşı və ya eMMÇ (Embedded MultiMediaCard) kimi texnologiyalar istifadə olunur. Daxili yaddaşın həcmi müxtəlif smart saat modellərinə görə dəyişir. Lakin əsas funksionallığı təmin etmək üçün kifayət qədər böyük olmalıdır. Daxili yaddaş məlumatların sürətli bir şəkildə oxunmasına və yazılmasına imkan verən yüksək sürətli yaddaşın istifadə olunması ilə əlaqələndirilir. Smart saatların yaddaşının həcmi müəyyən məlumatların saxlanması və işlənməsi üçün kifayətli olmalıdır, buna görə də istifadəçilər ən uyğun yaddaş həcmini seçməlidirlər. Bunnan əlavə bəzi smart saatlar bulud yaddaş xidmətləri ilə də enteqrasiya olunmuşdur ki bu da istifadəçilərin məlumatlarını bulud depo servislərində saxlamağa imkan verir.

9. Əməliyyat sistemi. Smart saatlarda istifadə olunan əməliyyat sistemləri cihazların funksionallığını və performansını təyin edir. Smart saatlarda ən çox yayılmış  əməliyyat sistemləri Android Wear (əvvəlki adıyla Wear OS), watchOS (Apple Watch üçün), Tizen OS (Samsung Gear üçün) və Huawei-nin  HarmonyOS-dur. Hər bir əməliyyat sistemi müxtəlif funksiyalar, tətbiqlər və təcrübələr təmin etmək üçün müəyyən bir mühit yaradır. Android Wear açıq mənbəli və çoxlu cihaz dəstəyi ilə tanınır və Android telefonlar üçün daha  səmərəlidir. watchOS, Apple Watch cihazları üçün istifadə olunur və Apple ekosistemi ilə səmərəlidir. Tizen OS, Samsung Gear smart saatları üçün özəl bir əməliyyat sistemidir və Samsung saatlarna əsasən  uyğundur. HarmonyOS, Huawei cihazları üçün istifadə olunur və daha yeni smart saat modellərində görülür. Bu əməliyyat sistemləri istifadəçilərə fərqli təcrübələr təmin edir və müxtəlif tətbiqləri və xidmətləri dəstəkləyir. İstifadəçilər smart saat seçərkən əməliyyat sistemini diqqətə almaqları və istənilən funksiyaları və tətbiqləri dəstəkləyən bir sistem seçməkləri  məqsədəuyğundur.

10. Bluetooth. Smart saatlar digər cihazlarla əlaqə qurmaq və məlumatları paylaşmaq üçün Bluetooth texnologiyasından istifadə edir. Ən müasir smart saat modelləri Bluetooth 5.0 və ya daha yüksək versiyalarını dəstəkləyir. Bluetooth 5.0 əvvəlki versiyalara nisbətən daha sürətli və daha geniş menzilli əlaqə təmin edir. Bu daha effektiv məlumat köçürməsinə və daha yaxşı bağlantı stabililiyinə imkan verir. Bluetooth texnologiyasının daha yüksək versiyaları, enerji sərfiyyatında da təkmilləşmələrə səbəb olur, buna görə də cihazın batareyasının daha uzun müddət dayanmasına kömək edir. Bluetooth 5.0 daha yaxşı səs keyfiyyəti və daha sürətli məlumat paylaşımı üçün daha yüksək band genişliyini də dəstəkləyir. Smart saat alarkən cihazın Bluetooth versiyasının yaxşı olması, digər cihazlarla əlaqəni təmin etmək və funksionallığı artırmaq üçün əhəmiyyətlidir.

11.Wi-Fi. Smart saatlar Wi-Fi texnologiyasından istifadə edərək internetə bağlanmaq və məlumatları köçürmək üçün birbaşa qoşula bilər. Wi-Fi bağlantısı smart saatın daha sürətli internet bağlantısı təmin etməsinə kömək edir və məlumatların daha sürətli yüklənməsini və göndərilməsini təmin edir. Wi-Fi bağlantısı Bluetooth-a nisbətən daha geniş bir ətrafda əlaqə qurmaq imkanı verir, buna görə də smart saatın telefonundan daha uzaq olduğu vaxtlarda da faydalıdır. Wi-Fi smart saatların məlumatlarını bulud depolama xidmətlərinə, e-poçt və sosial media tətbiqlərinə çatdırmaq üçün istifadə olunur. Wi-Fi bağlantısı smart saatların güncəlləmələri alması və tətbiqlərin yeni versiyalarını yükləməsi üçün əlverişli bir yoldur. Wi-Fi texnologiyası smart saatın telefonun əlaqəsi qopandıqda belə internetə daxil olmaq və məlumatları paylaşmaq imkanı verir. Smart saat alarkən Wi-Fi dəstəyinin olması, cihazın funksionallığını artırmaq və internetə daha asan bir şəkildə bağlanmaq üçün əhəmiyyətlidir.

12. Batareya. Smart saatlarda akkumulyatorun həcmi, enerji toplama müddəti və simsiz enerji texnologiyası cihazın performansını və istifadə təcrübəsini təyin edən əsas amillərdəndir. Akkumulyatorun həcmi saatın istifadə müddəti ilə doğrudan əlaqəlidir və geniş bir spektrda ola bilər.  Lakin müəyyən modellərdə daha böyük həcmli batareyalar istifadə edə bilər. Enerji toplama müddəti batareyanın bir dəfədən neçə gün istifadə edilə biləcəyini göstərir və bu həm də cihazın istifadə təcrübəsini təyin edir. Simsiz enerji texnologiyası smart saatın batareyasının daha uzun müddət dayanmasına imkan verir və müəyyən modellərdə işləyən effektiv güc idarəetməsi ilə təmin edilir. Bu texnologiya, batareya performansını artırmaq üçün işləyən müəyyən xüsusiyyətlər və əməllər təmin edir. İstifadəçilər, smart saat alarkən akkumulyator həcmi, enerji toplama müddəti və simsiz enerji texnologiyasının effektivliyini nəzərə almaq məqsədəuyğundur.  Bu göstəricilər cihazın uzunmüddətli istifadəsini və performansını təmin etməkdə əhəmiyyətli bir rol oynayır.

13. Dizayn. Smart saatlarda korpusunun ölçüsü, çəkisi və forması, cihazın görünüşünü, rahatlığını və istifadə təcrübəsini təyin edir. Çox sayda smart saat modeli fərqli korpus ölçüləri təklif edir. Həm kiçik, həm də daha böyük korpuslar mövcuddur, buna görə də istifadəçilər özlərinə ən uyğun ölçüyü seçə bilərlər. Çəki və korpusun forması, smart saatın gündəlik istifadədə rahatlığını təmin etməkdə əhəmiyyətli rol oynar. Kiçik çəki və düzgün forma, cihazın ələ daha yaxşı quraşdırılmasını və rahat istifadə edilməsini təmin edir. Bəzi modellərdə oval, dairəvi və ya kənar köşəsiz korpus formaları mövcuddur, ki, bu da istifadəçilərə gözəl və estetik bir görünüş təmin edir. Smart saat alarkən, korpusun ölçüsü, çəkisi və forması sizin tələblərinə və gözəl bir görünüş və rahat istifadə təcrübəsinə uyğun olmalıdır.

Smart saat modellərinin qiymətləri nə qədərdir?

Smart saatların qiymətləri markaya, modelə, funksiyalara görə dəyişir. Yaxşı bir smart saat ortalama 500 AZN-dən başlayıb 3000 AZN-ə qədər çıxa bilər. Müasir texnologiyalara  malik olan premium smart saatlar daha çox məbləğlərdən satıla bilər. Amma daha sadə və az funksiyalı modellər daha ucuz olur və ortalama qiymətləri 70 azn-dən başlayır. Qiymətlər əsasən markadan markaya dəyişir. Həmçinin smart saatlarınızı bizdən alarkən 18 aya kimi faizsiz kreditlə və ya nəğd şəkildə əldə edə bilərsiniz. Qeyd: Bu məlumat mətnin oxuma tarixinə əsasən öz dəqiqliyini itirmiş ola bilər. 

Hamısını göstər Daha az göstər
Şəxsi hesab
Şəxsi hesabın üstünlüklərindən yararlanmaq üçün daxil olmaq və ya qeydiyyatdan keçməyi tövsiyə edirik.

Hesab və ayarlar

Aylıq Ödəniş
Əlaqə:: *6060