Toshiba GR-RT624WE-PMJ(37) Saten boz rəngindədir. İnventor tipli mühərriklə Toshiba soyuducu elektrik enerjisini səmərəli sərf edir. Soyuducu A++ enerjiistifadə sinfinə aiddir.
Həftəlik ərzaq alış-verişini rahat yerləşdirə biləcəyiniz və tutumlu dondurucuya sahib soyuducu axtarırsınızsa Toshiba GR-RT624WE-PMJ(37) modeli sizi məmnun edəcək.
Görünüş
Təqdim edilən Toshiba soyuducu modeli Saten boz rəngindədir. Sadə gövdəsi universal görünüşə malikdir və mətbəxinizin interyerinə ideal uyğunlaşacaq. Soyuducu iki kameradan ibarətdir. Dondurucu kamera üst hissədə yerləşir. 107 litr həcmli kamerada qış üçün dondurduğunuz meyvə və tərəvəzləri, böyük ət tikələrini yerləşdirə biləcəksiniz. Kamerada 1 ədəd rəf və 1 ədəd konteyner mövcuddur. Əlavə olaraq, dondurucu kameranın qapısında 2 ədəd rəf var.
Soyuducu kamera 356 litr tutumundadır. Daxilində ət məhsullarının və meyvə-tərəvəzin saxlanılması üçün 2 ədəd iri konteynerlər və 4 ədəd möhkəm şüşədən hazırlanmış rəflər var. Kameranın qapısında əlavə 6 ədəd rəflər mövcuddur. Üst hissədə yerləşən konteynerin daxilində olan temperatur -1° - +1°C arası dəyişir. Bu da ət məhsullarının saxlanılması üçün ideal mühitdir. Əlavə olaraq, konteynerlərin daxilində olan rütubət səviyyəsini 60%-dan 80% qədər tənzimləyə biləcəksiniz.
Soyutma sistemi
Toshiba GR-RT624WE-PMJ(37) ilə qida məhsullarının saxlama müddəti artacaq. AirFall Cooling soyutma sistemi Cooling Zone konteynerinin altında yerləşir və qapıda saxlanılan məhsulların keyfiyyətli soyudulmasını təmin edir.
Ərzaqların daha uzun müddət ərzində təravətli qalmasını kamera boyunca dövriyyə edən soyuq hava axınları təmin edir. Beləliklə, künclərdə və aşağı rəflərdə yerləşən məhsullar belə optimal şəraitdə saxlanılacaq. Mağazadan gətirdiyiniz qida məhsullarını sürətli soyutmaq lazım olanda displeydə Super Cool funksiyasını işə salmağınız kifayətdir. Pure BIO filtrı havanın təmizliyinə cavabdehdir. Əlavə olaraq filtr havada olan bakteriyaları ləğv edir.
İnverter tipli mühərrik kameralarda lazım olan temperaturun saxlanılmasını təmin edir. Cihazın daxilində yerləşən fən temperaturun dəyişməsini müəyyənləşdirərək soyutmanın sürətini artırır.