Ailənizin sağlam qidalanmasını istəyirsinizsə süfrənizdə daim təravətli meyvə və təravəzlər olmalıdır. Sizi təzə ərzaqlarla təmin edən Bosch KGN36XW30U soyuducu modelini təqdim edirik. Soyuducu ikikameralıdır, dondurucu kamera aşağıda yerləşir. Multi Air Flow texnologiyası kameralar daxilində güclü soyuq hava axınları yaradır. Nəticədə hər iki kamera ideal soyudulur. Yeməklərin və ərzaqların uzun müddət saxlanılması üçün hətta üst rəflərdə və künclərdə optimal temperatur yaradılır.
NoFrost sistemi keyfiyyətli soyutmanı təmin edir və kameralarda buz əmələ gəlməsinin qarşısını alır. Soyuducunun əlavə olaraq donunu açmağa ehtiyac yoxdur. Dəyərli vaxtınızı yuyucu vasitələrlə yox, ailənizlə keçirin. Cihaz A++ enerjiistifadə sinfinə aiddir. Bu o deməkdir ki, intensiv iş rejimində minimal elektrik sərf edilir. Bundan başqa, mətbəxdə artıq səs-küy sizi narahat etməyəcək - Bosch KGN36XW30U cəmi 39 dB səs səviyyəsi ilə işləyir.
Soyuducunun korpusu keyfiyyətli metaldan hazırlanıb. Klassik ağ rəngi ilə istənilən mətbəxin görünüşünə tam uyğunlaşır. Yığcam ölçüləri sayəsində isə çox yer tutmayacaq. Buna baxmayaraq cihazın daxilinə çoxlu ərzaq yerləşdirmək olar. 357 litr toplam həcmi sayəsində böyük ailələr və qış üçün hazırlıq etməyi sevənlər üçün bu model faydalı olacaq. Soyuducu kamerada 3 ədəd möhkəm şüşədən hazırlanmış rəflər var. Rəfləri təmizləmək üçün səthin üzərindən nəm əski ilə keçməyiniz kifayətdir. Bu qədər asan! Əlavə saxlama yerini VitaFresh konteynerləri təqdim edir. 2 orta konteynerlərdə ət məhsulları, 1 böyük konteynerdə isə meyvə və tərəvəzlərin təravətli saxlanılması üçün ideal rütübət yaradılır. Ət məhsullarının, yay mövsümi meyvə, giləmeyvə və tərəvəzlərin dondurulması üçün dondurucu kamerada 3 ədəd iri konteyner mövcuddur.