Mətbəxdə parlaq detalları sevirsinizsə Delonghi EC 685.R modeli həm ağız dadınız, həm də interyeriniz üçün ideal seçim olacaq. Qırmızı rəngli mat korpus və parlaq metal detallar hər kəsin diqqətini cəlb edir. Rahat istifadə üçün bu modeldə hər şey xırdalıqlara qədər düşünülüb. Tökülən damcıları yığan metal panel çıxarılır. Nəticədə, hündürlüyü 120 mm qədər olan fincanlar cihazda asanlıqla yerləşir. Böyük fincanlarda qəhvə içməyi sevənlər bu xüsusiyyəti çox bəyənəcək.
Delonghi EC 685.R modelində yığcamlıq və funksionallıq birləşir. Onun vasitəsilə espresso, kapuçino, latte, latte-makiato hazırlamaq olar. Bol köpüklü kapuçino istəyirsiniz? Qəhvəniz hazırlanana kimi korpusun yan hissəsində yerləşən kapuçinator vasitəsilə südü köpükləndirin. Daha sonra köpüklü südü qəhvəyə əlavə edib təkrarolunmaz daddan zövq alın. Bundan başqa Delonghi EC 685.R vasitəsilə eyni anda 2 fincan qəhvə hazırlamaq olar. Smartfonunuzda maraqlı video izləyərkən və ya dostlarınızla aktual mövzunu müzakirə edərkən içkiniz soyudu? Qəhvəbişirənin üst panelində yerləşən metal panel vasitəsilə soyuq içkiləri bir neçə dəqiqə ərzində yenidən isidə bilərsiniz. Geniş imkanlara sahib Delonghi EC 685.R modeli gündəlik həyatınızda sizin əvəzedilməz köməkçiniz olacaq.