Məhsul haqqında məlumat
GlassCare 700 qabyuyan maşını — qədəhlərinizin təhlükəsizliyi və ideal təmizliyi deməkdir. SoftGrips və SoftSpikes unikal həll yolları qədəhlərinizin üst rəfdə sabit vəziyyətdə dayanmasını təmin edir. GlassHolder həlli isə hətta böyük qədəhlərin alt səbətdə qayğılı yuyulmasına nəzarət edəcək.
GlassHolder həlli: hər bir qədəh təhlükəsiz və keyfiyyətli yuyulur
Qabyuyan maşınının alt rəfində yerləşən GlassHolder hətta uzun ayaqlı qədəhləri etibarlı şəkildə sabitləyir. Burada asanlıqla 4 qədəh yerləşir və rəfin eni tənzimlənir.
MaxiFlex: bütün çəngəl-bıçaq dəstlərinin bir dəfəyə yuyulması
MaxiFlex çıxarılan rəf müxtəlif ölçülü çəngəl-bıçaq dəstləri üçün nəzərdə tutulub. Bu dərin rəfin tənzimlənən arakəsmələri böyük ölçülü əşyaların yüklənilməsini belə mümkün edir.
QuickSelect: yuma dövriyyəsinin təxmini tənzimlənməsi artıq keçmişdə qaldı
QuickSelect: yuma dövriyyəsinin düzgün seçilməsi. Slayderin köməkliyi ilə yuma vaxtını təyin edib bir barmaq toxunuşu ilə əlavə funksiyaları seçin - bundan daha asan ola bilməz! Oturub dincələ bilərsiniz - cihaz bütün işi keyfiyyətli yerinə yetirəcək.
SatelliteClean: tam əhatə
SatelliteClean — mükəmməl təmizlik deməkdir: adi qurğularla müqayisədə yuma keyfiyyəti 3 dəfə artır. İkili çiləyici fırlanaraq su şırnaqlarının istiqamətini dəyişir. Nəticədə, hətta iri ölçülü qablar belə ideal yuyulur.
AirDry qurutmanı 3 dəfə daha sürətli yerinə yetirir
AirDry — qurutma prosesinin tamamlanmasında bir yenilikdir: təbii hava dövriyyəsinin istifadəsi qapalı qapı sistemindən 3 dəfə daha effektivdir. Qurutma dövriyyəsinin sonunda qapı 10 sm açılır və qablar ideal qurudulur.