Kenwood HMP30 A0SI mikser 5 sürət sayına və Turbo rejiminə sahibdir. Əl mikseri ərzaqları sürətli qarışdırır və çırpır. Mikser qiymətləri ilə tanış olmaq üçün saytımıza daxil olun.
İsti sobadan çıxan bulka, kekslər və sevdiyiniz şirniyyatlarla tez-tez ailə üzvlərinizi sevindirmək istəyirsiniz? Güclü mikser bu arzunuzu yerinə yetirməyə kömək edəcək. Gündəlik istifadə üçün nəzərdə tutulan Kenwood HMP30 A0SI əl mikseri bir çox üstünlüklərə sahibdir:
- Yığcamlıq. Balaca mətbəxlər üçün bu model ideal seçim olacaq. Rəflərinizdə saxlama yeri tapa bilmək barəsində düşünməyəcəksiniz.
- Məhsuldarlıq. Mikser 450 Vt gücə sahibdir. 5 sürət sayı və Turbo rejimi sayəsində həm yüngül teksturları, həm qatı xəmiri asanlıqla qatışdırmaq olar.
- İstənilən kasadan istifadə etmək imkanı.
- Portativ olması. Stasionar modellərdən fərqli olaraq əl mikserini sizə rahat olan yerdə istifadə edə biləcəksiniz. Yüngül çəkisi sayəsində isə kremlər və musslar hazırlayanda cihazı əlinizdə tutmaqdan yorulmayacaqsınız.
Kenwood mikserinin korpusu gümüşü rəngdə təqdim edilib. Möhkəm plastikdən hazırlanan gövdə cihazın daxili hissələrini zərbələrdən etibarlı şəkildə qoruyur. Çırpıcı və qarışdırıcı başlıqların materialı yüksək keyfiyyətli poladdır. Beləliklə, qarışdırdığınız inqrediyentlər başlıqlarla təmasdan öz mükəmməl dadını dəyişməyəcək. Mikserin qulpunda 3 ədəd düymə yerləşir: başlıqları yuvadan çıxardan düymə, sürət seçimi və impuls rejimi. Turbo rejimini seçmək üçün sürət seçimində düyməni 5 rəqəminə doğru sürüşdürün.
Kontakh Home mikser barədə daha geniş məlumatlar əldə etmək istəyənlər üçün “Canlı video məsləhətçi” xidmətini təqdim edir. Əməkdaşımıza video zəng vasitəsilə qoşulub məhsulu canlı görə biləcəksiniz.