Evinizdə rahat iqlim şəraitini yaratmaq üçün otaqda Delonghi HCX9120E konvektor isidicisinin quraşdırılmasını məsləhət edə bilərik. Konvektor ağ rəngdə təqdim edilib və 2 möhkəm altlıq üzərində durur. Ayaqlar asanlıqla çıxarılır. Beləliklə qurğunu divardan da asa bilərsiniz. Cihazın işləmə prinsipi çox sadədir. Soyuq hava alt hissədə yerləşən dəliklərdən daxil olur. Daha sonra korpusun daxilində hava isidilir və üst hissədən çıxır. Nəticədə otaq bərabər isidilir. Təyin edilən temperaturun saxlanılması üçün qurğu otaq termostatı ilə təchiz edilib. Əlavə olaraq termostatın işi sayəsində elektrik enerjisi daha qənaətli sərf edilir. Cihazın 2000 Vt gücü 25 m2 sahəli otağı isitmək üçün nəzərdə tutulub. İşıqlandırmaya malik displey və idarə etmə paneli qaranlıqda istifadəni asanlaşdırır.