Kenwood KWL90.004SI mətbəx kombaynı 7 və 5 litr tutumlu kasa ilə təchiz edilib. Mühərrikin gücü 1400 Vt-dır. Komplektasiyaya 4 ədəd başlıq daxildir. Kombayn 13 sürət sayına malikdir.
Kenwood KWL90.004SI kombaynının imkanları sayəsində bir çox mətbəx texnikasını bir cihazla əvəz edəcəksiniz. Kombayn vasitəsilə ərzaqları qarışdırmaq, çırpmaq olar. Qurğu hətta xəmir yoğura bilir.
Görünüş
Kenwood kombaynı gümüşü korpusa malikdir. Yan hissədə idarəetmə düyməsi və sensorlu displey yerləşir. Komplektasiyaya 7 litrli EasyWarm, 5 litrli DuoBowl kasaları, kasalar üçün qapaq, krem və xəmir üçün 2 ədəd şpatel, çırpıcı, qarışdırıcılar və xəmir yoğurmaq üçün başlıqlar daxildir.
Kombayn 4 ədəd rezinləşdirilmiş ayaqlar üzərində durur. Maksimal sürəti seçsəniz belə cihaz masanın üzərində sabit durur. İstifadə üçün 13 sürət təqdim edilib. İdeal nəticəni əldə etmək üçün çətinlik çəkməyəcəksiniz.
Əlavə başlıqlar əldə edib qurğunun imkanlarını genişləndirmək mümkündür. Nəticədə, Kenwood KWL90.004SI modeli sizə ət çəkən maşını, şirə çəkəni, blenderi, doğrayıcı, xırdalayıcı və s. kimi avadanlığı əvəz edəcək. Saytımızda Kenwood kombaynı üçün müxtəlif başlıqlar tapa biləcəksiniz.
Funksiyalar
Kombayn tərəzi ilə təchiz edilib. İnqredientləri kasaya əlavə edib alt hissədə yerləşən düyməyə basın. Dəqiq çəki displeydə əks ediləcək.
Digər faydalı funksiya kasanın isidilməsidir. 7 litrli EasyWarm kasanı isitmək üçün 9 rejim mövcuddur: 24, 28, 35, 39, 44, 48, 54, 58 və 64°C. Beləliklə, asanlıqla krem üçün yağı,südü, şokoladı əritmək olar.
Bowl Bright işıqlandırma halqası ilə ərzaqların qarışmasını dəqiq izləyə biləcəksiniz. Bundan başqa, gecə vaxtı kombayndan istifadə etmək istəsəniz bu funksiya sizin üçün faydalı olacaq.