iPhone 12 Pro Gold premium görünüşə malikdir. Super Retina XDR displey güclü zərbələrdən Ceramic Shield ilə qorunur. iPhone 12 Pro peşəkar kameralarla təchiz edilib.
iPhone 12 Pro Gold premium smartfonlar kateqoriyasına aiddir. Qızılı korpus şüşə və paslanmayan poladdan hazırlanıb. Parlaq 6.1" düymlü displey görüntünün keyfiyyətli ötürülməsini təmin edir. Müasir Apple prosessoru smartfonun məhsuldarlığını artırıb.
Görünüş və Ekran
iPhone 12 Pro möhkəmliyi ilə seçilən materiallardan hazırlanıb. Cihazı əlinizdə tutmaqdan zövq alacaqsınız. Smartfonun displeyi Ceramic Shield örtüyü ilə qorunur. Unikal örtük telefonun zərbəyə davamlılığını 4 qat artırır. Əlavə olaraq ön paneldə Face ID sensorları yerləşdirilib. Arxa panel mat şüşədən hazırlanıb. Beləliklə, səthin üzərində barmaq izi ləkələri qalmır. Panelləri birləşdirən çərçivənin materialı paslanmayan poladdır. Arxa korpusda kamera bloku, fləş, Lidar skaneri, mikrofon və brendin loqotipi yerləşdirilib. Smartfonun gövdəsi IP68 qorunma dərəcəsinə malikdir. Su altında 6 metr dərinliyində 30 dəqiqəyə qədər qala bilər.
OLED displey rəngləri daha dəqiq ötürür. Yüksək kontrast görüntünün həcmli və detallı əks olunmasını təmin edir. Ekranın sensoru toxunuşa həssasdır. Hamar şüşə sensorun dəqiq və tez işləməsini təmin edir. Ekranın üst hissəsində 12 meqapikselli True Depth kamerası yerləşir.
Məhsuldarlıq və Batareya
12 Pro modelinin operativ yaddaşı 6 GB təşkil edir. Nəticədə smartfon tətbiqləri daha sürətli işə salır. Sistem proseslərinin və tapşırıqlarınızın sürətli yerinə yetirilməsinə Apple A14 Bionic prosessoru cavabdehdir. Güclü çip yüksək detallı qrafikaya malik oyunların stabil işləməsini təmin edir. Onun köməkliyi ilə hətta kamera blokunun keyfiyyəti artırılıb.
Batareyanın tutumu 2815 mAh-dır. Lakin, Apple enerji istifadəsini optimallaşdırdığı üçün iPhone 12 Pro enerjini çox qənaətli sərf edir. 256 GB daxili yaddaş cihazda sevdiyiniz musiqinin, şəkil və videoların, oxuduğunuz kitabların, bütün vacib sənədlərinizin və məlumatların saxlanılması üçün imkan yaradır. Telefon 5G və MagSafe dəstəkləyir. MagSafe sayəsində telefon simsiz enerji toplayıcısına və Apple brendinin təqdim etdiyi aksessuarlara qoşula bilir.
Kameralar
iPhone 12 Pro peşəkar kameraları ilə seçilir. Bu modeldə kamera bloku gücləndirilib – fərqi hiss edəcəksiniz. Zəif işıq şəraitində smartfon daha keyfiyyətli kadrlar yarada bilir. Lidar skanerinin köməkliyi ilə kamera modulları “Gecə” rejimində daha çox detallar tutur.
Telefonun arxa hissəsində istifadəniz üçün 12 meqapikselli geniş bucaqlı, 12 meqapikselli ultra geniş bucaqlı kameralar və 2X zoom-la təchiz edilən 12 meqapikselli telefoto modulu yerləşdirilib. Kamera blokunun imkanları yüksək keyfiyyətli şəkillərin, detallı makro və selfilərin, dinamik videoların yaradılması üçün kifayətdir. Vacib tədbirlərdə smartfon sizə peşəkar fotoaparatı əvəz edə bilər. Əlavə olaraq cihaz DolbyVision standartında video çəkir.