Kenwood KAX950ME başlığı ilə mətbəx kombaynı ətçəkən maşın kimi istifadə etmək olar. Komplektasiyaya 3 mm, 4.5 mm, 8 mm torlar, kolbas və lülə kəbab üçün başlıqlar daxildir.
Kenwood mətbəx kombaynınızı ətçəkən maşına çevirmək üçün KAX950ME başlıqdan istifadə edin. Sözügedən başlıq Kenwood kMix, Kenwood Cooking və Kenwood Chef modelləri üçün nəzərdə tutulub. Aşağı sürətlə işləməsi sayəsində başlıq ət tikələrini əzmədən çəkə bilir. İstənilən resepti asanlıqla hazırlaya bilməyiniz üçün komplektasiyaya kiçik, orta və iridəlikli torlar daxil edilib. 3 mm dəlikli toru paştetlər üçün və ya balıq filesinin çəkilməsində istifadə edin. 4.5 mm dəlikli torun vasitəsilə mal və toyuq ətindən ideal farş əldə edəcəksiniz. 8 mm-li iri dəlikli tor kolbasların hazırlanmasında sizə kömək edəcək. İtələyicinin içində kolbaslar və lülə kəbab hazırlamaq üçün başlıqlar yerləşir. Kenwood KAX950ME yüksək keyfiyyətli və paslanmaya davamlı metaldan hazırlanıb.