Ölkəmizidə yaşayan bir çox insanlar gününü ətirli çaysız təsəvvür edə bilmir. Hər bir evə gələn qonaq təzə dəmlənmiş çayla qarşılanır. Çox vaxt sərf etmədən çay süfrəsi aça bilməyiniz üçün isə mətbəxinizdə elektron çaydan olmalıdır. Hələ də bəyəndiyiniz modeli tapa bilməmisinizsə seçiminizi Delonghi Kboc 2001.W modelində dayandırmağı məsləhət edirik.
Korpusun materialı paslanmayan poladdır. Beləliklə, keyfiyyətli materiallardan hazırlanan çaydan sizə uzun müddət ərzində xidmət edəcək. Klassik ağ rəngi və zərif görünüşü ilə istənilən interyerə uyğunlaşan Delonghi Kboc 2001.W modeli çox məhsuldardır. 2000 Vt gücü sayəsində suyun qaynadılmasına bir neçə dəqiqə vaxt sərf edilir. Korpusun yan hissəsində su səviyyəsinin göstəricisi mövcuddur. Çaydanı işə salmaq üçün suyu göstərilən xəttə qədər doldurub alt hissədə yerləşən duyməyə basın.