Braun Fs5100Bk buxarlı bişirici ilə sağlam qidalanın. Üst-üstə yerləşən 2 ədəd qablar şəffaf plastikdən hazırlanıb. Bişirici taymer ilə təchiz edilib.
Sağlam qidalanmağa başlamaq istəyirsinizsə yeməklərinizi buxarlı bişirici ilə hazırlayın. Bir çox insan düşünür ki, bu cihazı yalnız ət, balıq və tərəvəzlər üçün istifadə etmək olar. Lakin, Braun Fs5100Bk modeli ilə buxarda kotlet, steyk, müxtəlif yarmaları, mantı, mövsüm tərəvəzlərini asanlıqla bişirə bilərsiniz. Cihazın korpusu qara rəngdədir. Şəffaf qablar zərərsiz və istiyə davamlı plastikdən hazırlanıb.
Üst-üstə yerləşən qablar eyni anda bir neçə qidanın hazırlanmasını mümkün edir. Qablar xüsusi altlıqlarla təchiz edilib. Bu da əlavə olaraq qoxuların bir-birinə qarışması üçün imkan yaratmır. Beləliklə, cihazı həm də multibişirici kimi istifadə etmək olar. Alt hissədə düyü, üst hissədə ətlə tərəvəzləri yerləşdirin və çox vaxt keçməmiş ləzzətli nahar hazır olacaq. Buxarda bişən tərəvəzlər öz dadını və faydasını qoruyacaq. Qabların həcmi 3.1 litrdir. Ailəniz 3-4 nəfərdən ibarətdirsə bu model sizin üçün əlverişli olacaqdır.
Bişirici taymer ilə təchiz edilib. Cihaza su əlavə edib ərzaqları qablara yerləşdirin. Daha sonra taymerin köməkliyi ilə hazırlama prosesini işə salın. Şam yeməyiniz hazırlanana kimi digər işlərinizlə məşğul ola bilərsiniz. Lazım olan müddət keçəndən sonra qurğu avtomatik söndürüləcək.
Bundan başqa Braun buxarlı bişirici ilə yeməklərinizi isidə bilərsiniz. 850 Vt gücü sayəsində buxar generatoru cəmi 45 saniyə ərzində qabları 100°C qədər isidir. Braun Fs5100Bk modelinin qabları rahat təmizlənir. Qabları bir birinin içinə yerləşdirib saxlamaq olar. Beləliklə, cihaz mətbəxinizdə çox az yer tutacaq.