Planşetlər
- Page Previous
- Page 1
- You're currently reading page 2
Geniş marka və model seçimi ilə müxtəlif qiymət kateqoriyasında olan planşetləri Kontakt bu gün sizə nağd və kredit formasında təqdim edir. Mobil telefonlardan böyük, noutbuklardan kiçik olan bu cihazlar geniş ekranının olması ilə bir sıra üstünlüklərə malikdir. Rahat bir şəkildə yazıları yazmaq, geniş ekranda film izləmək, istənilən oyunları oyun pultları vasitəsil oynaya bilmə imkanı verən planşetlər müxtəlif marka adı altında istehsal olunur. Düzgün seçim etməyinizə isə bizim mağazalardaki əməkdaşlarmız sizə böyük məmnuniyyət ilə kömək edəcəklər.
Planşet nədir?
Planşet portativ, əldə tutula bilən, kompüterlərin və mobil telefonların xüsusiyyətlərini birləşdirən elektron cihazdır. Bu cihazlar böyük ekranlı və toxunmaq üçün optimallaşdırılmış interfeysə malikdir. Əsasən multimedia məzmunlu təqdimatların edilməsi, internetdə sadə əməliyyatların icrası, elektron kitabların oxunması və sadə oyunların oynanılması üçün istifadə olunur. Planşetlərin texniki xüsusiyyətləri, onların funksionallığı, performansı və istifadəçi məmnuniyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Planşet alarkən nələrə diqqət etməliyik?
Aşağıda yazılanları nəzərə alaraq, planşet alarkən bilməniz lazım olan bir neçə vacib amil var ki, bunlar cihazınızın performansını, istifadə rahatlığını təmin etmək üçün cox vacibdir. Planşetinizin nə üçün istifadə olunacağını düşünün. Əgər video izləmək və kitab oxumaq üçün istifadə ediləcəksə, daha böyük ekranlı planşet modelləri məsləhətdir. Planşetin iOS, Android, və ya Windows kimi əməliyyat sistemlərindən hansı ilə işlədiyni nəzərdən keçirin. Hər sistem özünün xüsusiyyətləri və tətbiq ekosistemləri ilə gəlir. Planşetin sürəti və çoxfunksianallığı prosesorun gücü və RAM həcmi ilə müəyyən edilir. Ağır tətbiqləri və oyunları rahat işlətmək istəyirsinizsə, güclü prosesor və böyük həcimli RAM məsləhətdir. Faylları, şəkilləri və tətbiqləri saxlamaq üçün kifayət qədər daxili yaddaşa sahib bir planşet seçmək lazımdır. Bir variant kimi yaddaş kartı ilə genişləndirilə bilən modelləridə nəzərdə saxlamaq olar. Batareyanın uzun ömrlü olması xüsusilə səyahət edərkən və ya uzun müddət mobil olaraq işləmək istədikdə mühüm amillərdən birinə çevrilir. Wi-Fi, LTE (4G), və ya hətta 5G dəstəyi kimi bağlantı seçənləkləri planşetinizin internetə qoşulma qabiliyyətini təyin edəcək. Planşetin ölçüsü və ağırlığı, onun daşınma zamanı törədə biləcək diskonfortla birbaşa əlaqəlidir. Həmişə mobil olmaq istəyirsinizsə, daha yüngül və incə modeli seçmək faydalı ola bilər. Bütün bu xüsusiyyətləri nəzərə alaraq, büdcənizə uyğun bir planşet seçmək mühümdür. Yüksək performanslı bir planşet axtarırsınızsa, qiyməti daha yüksək ola bilər. Planşet alarkən diqqət edilməli əsas hissələrini sizə təqdim edirik:
1. Ekran: Planşetlərdə ekranlar, cihazın istifadəçi ilə qarşılıqlı əlaqədə olan əsas interfeysidir. İstər iş, istərsə də əyləncə məqsədləri üçün, ekran keyfiyyətli və yüksək texnologiyaya malik olmalıdır. Planşetlərdə əsasən LCD (Liquid Crystal Display) və OLED (Organic Light Emitting Diode) ekranlardan istifadə olunur. OLED ekranlar müxtəlif rəngləri daha parlaq, qara rəngləri isə daha dərin göstərir. Ekran ölçüsü adətən 7 düymdən 12 düymə qədər dəyişir. Böyük ekranlar, video izləmək və oyunlar üçün daha rahatdır. Ekran görüntüsü (məsələn, 1280×800, 1920×1080) isə görüntünün aydınlığının və detallarının hansi dərəcədə nümayiş ediləcəyini təyin edir. Yüksək ekran görüntüsü daha aydın və detallı görüntüləri təqdim edir. Ekranda önəmli faktorlardan da biri planşet ekrannın toxunuşlara qarşı olan həssaslığıdır. Planşet ekranları bir neçə toxunma nöqtəsini eyni zamanda qeydə ala bilirlər. Ekranın parlaqlığı və kontrast səviyyəsi, kənar işıqlandırma şəraitində olarkən cihazın ekranındaki məlumatların nə dərəcədə aydın şəkildə oxuna bilmə qabiliyyətinə təsir edir. Bəzi planşet ekranları xüsusi qoruyucu örtüklərlə təchiz edilmişdir ki, bu da onları ciziqlara və zərbələrə qarşı daha davamlı edir.
2. Prosessor: Planşetlərdə istifadə olunan prosessorlar, cihazın performansını, sürətini və enerji səmərəliliyini müəyyən edən mühüm komponentlərdir. Planşetlərdə əsasən Intel, Qualcomm, Apple, və Samsung kimi şirkətlərin istehsal etdiyi prosessorlar istifadə olunur. Məsələn, Apple planşetləri özünün A və M seriyalı çiplərlə, Android əsaslı cihazlar isə çox vaxt Qualcomm Snapdragon və ya Samsung Exynos prosessorları ilə təchiz edilir. Çoxnüvəli prosessorlar (məsələn, dördnüvəli, altınüvəli) planşetlərin eyni zamanda bir neçə işi yerinə yetirmə qabiliyyətini artırır. Bu, əlavə proseslərin daha sürətli və effektiv işlənməsini təmin edir. Prosessorun takt tezliyi, onun saniyədə icra edə biləcəyi əməliyyatların sayını göstərir və adətən gigahertz (GHz) ilə ölçülür. Yüksək takt tezliyi, daha sürətli məlumat emalına imkan verir. İnteqrasiya edilmiş GPU, planşetdə qrafik tətbiqlərin və oyunların daha yaxşı işləməsini təmin edir. Enerji səmərəliliyi yaxşı olan prosessorlar, daha uzun batareya ömrü təmin edərək, planşetin şarjına qənaət edir. Planşet seçərkən, nəzərdə tutulan istifadə məqsədinə uyğun prosessor gücünü seçmək çox vacibdir. Əgər planşet əsasən video izləmək, e-poçt yoxlamaq və veb saytlara baxmaq kimi yüngül işlər üçün istifadə olunacaqsa, orta səviyyəli bir prosessor kifayətdir. Ancaq ağır qrafik dizayn proqramları, mürəkkəb oyunlar və digər tətbiqlər üçün daha güclü, yüksək performanslı prosessorlar lazımdır. Prossesorun seçimi, planşetin ümumi işləm sürətini və effektivliyini əhəmiyyətli dərəcədə təsir edəcək, ona görə də bu seçimə xüsusi diqqət yetirmək lazımdır.
3. Yaddaş: Planşetlərdə yaddaş, cihazın əməliyyat sistemi, tətbiqlər, fayllar və multimedia məzmunu kimi məlumatları saxlamaq üçün istifadə olunur. İşlək və saxlama yaddaşı olmaqla, iki növ yaddaş mövcuddur:
1. Daxili yaddaş: Bu yaddaş, planşetdəki məlumatların daimi şəkildə saxlanılması üçün nəzərdə tutulub. Daxili yaddaş həcmi əsasən 16 GB-dan başlayaraq 512 GB və daha çox olaraq dəyişə bilər. Bu, istifadəçilərə əlavə xarici yaddaş kartlarına ehtiyac olmadan kifayət qədər məlumat saxlamaq imkanı verir.
2. Operativ yaddaş (RAM): Planşetin operativ yaddaşı, cihazın bir anda nə qədər məlumat işləyə biləcəyini müəyyən edir. RAM daha çox olduğu halda, cihaz daha çox tətbiqi eyni zamanda rahat işlədə bilər və sistem daha sürətli olar.
Bəzi planşet modelləri microSD kart yerləşdirmək imkanı var, bu da istifadəçilərə daxili yaddaşını asanlıqla genişləndirmək imkanı verir. Bu, xüsusilə böyük həcmli video faylları, oyunlar və digər məlumatları saxlamaq istəyən istifadəçilər üçün faydalıdır. Planşetlərdə adətən NAND flash yaddaş istifadə olunur, bu yaddaş növü məlumatların tez və etibarlı bir şəkildə yazılmasını və oxunmasını təmin edir. Planşetdə saxlanılan məlumatların itirilməməsi üçün mütəmadi yerdeyişmələr etmək mümkümdür. Bu, bulud xidmətləri və ya xarici yaddaş cihazları vasitəsilə həyata keçirilə bilər. Yaddaş, planşetinizin performansında və istifadə imkanlarınızda mühüm rol oynayır. Planşet seçimi zamanı yaddaş həcmi və növünü mütləq nəzərə almalısınız, çünkü bu cihazınızın gələcəkdəki ehtiyaclarınıza cavab verə biləcəyini təmin edəcək.
4. Kamera: Planşetlərdə kameralar, cihazın ön və arxa tərəfində yerləşdirilir. Onlar müxtəlif istifadə məqsədləri üçün nəzərdə tutulmuşdur. Ön Kamera əsasən videozənglər və özünü çəkmək (selfie) üçün istifadə olunur. Ön kameraların piksel sıxlığı adətən daha azdır, lakin müasir planşetlər yaxşılaşdırılmış ön kameralarla təchiz edilir ki, bu da daha aydın və təfərrüatlı görüntü verməyə kömək edir. Planşetlərin arxa kameraları adətən daha yüksək piksellərə və əlavə xüsusiyyətlərə malik olurlar (məsələn, avtofokus, LED flaş və s.). Arxa kameralar foto və video çəkmək üçün istifadə olunur. Planşetlər çəkilmiş şəkilləri və videoları redaktə etmək üçün quraşdırılmış və ya yüklənə bilən tətbiqlərə rahat istifadəni təqdim edir. Bu tətbiqlər istifadəçilərə şəkillər üzərində düzəlişlər etmək, effektlər əlavə etmək və şəkilləri sosial media və ya digər platformalarda paylaşmaqa imkan yaradır. Planşetinizdəki kameraların keyfiyyəti və funksionallığı, alacağınız modelə və istifadə məqsədinə bağlı olaraq fərqlənə bilər. İstər şəxsi istifadə, istərsə də peşəkar məqsədlər üçün, müvafiq kamera xüsusiyyətlərinə sahib olan planşetlər seçmək daha məqsədəuyğundur.
5. Batareya tutumu: Planşetlərin batareya tutumu istifadə rejimindən aslı olaraq dəyişir. Əksər planşetlər tam şarjla bir neçə gün davam edə bilən uzun müddətli batareya tutumuna sahibdirlər. Batareya tutumu miliamper saat (mAh) və ya vatt saat (Vt) kimi ölçülür. Planşetlərin batareya tutumu əsasən 3000 mAh-dan 10000 mAh və daha çox olaraq dəyişə bilər. Batareya tutumunun həcmi nə qədər çox olarsa batareyanın istifadə mütdətidə bir o qədər uzanar. Planşet batareyaları adətən bir neçə il müddətində optimal performans göstərir. Bəzi planşet modelləri yenilənə bilən batareyalara malikdirlər. Onların istifadə müddəti bitdikdə batareya asanlıqla dəyişdirilə bilər. Əgər planşeti tez-tez şarja qoymadan uzun müddət istifadə etmək niyyətindəsinizsə o, zaman batareya tutumunu mütləq nəzərdən keçirmək lazımdır. Batareya tutumu cihazınızın mobil və portativ qalmasını təmin edən əsas amillərdən biridir.
6. Şəbəkə: Planşetlərdə şəbəkə bağlantıları, cihazların internetə və digər şəbəkə resurslarına qoşulmasını təmin edir. Bu bağlantılar planşetlərin əsas funksionallıqlarından biridir. Onlar müxtəlif şəbəkə texnologiyaları ilə təmin edilir. Demək olar ki, bütün planşetlər Wi-Fi şəbəkəsinə qoşulma qabiliyyətinə malikdir. Bu istifadəçilərə evdə, işdə, kafelərdə və ictimai yerlərdə Wi-Fi vasitəsi ilə internetə qoşulma imkanı yaradır. 3G, 4G və indi daha yeni olan 5G texnologiyalarını dəstəkləyən planşet modelləri də var. Bu xüsusiyyət mobil şəbəkə kartı (SIM kart) vasitəsilə mobil data xidmətlərindən istifadəyə imkan verir. Planşetlər adətən Bluetooth bağlantısı ilə təchiz edilir ki, bu da qurğular arası səs fayllarının, şəkillərin və digər məlumatların asan köçürülməsini təmin edir. Bəzi planşetlər NFC dəstəyi ilə gəlir ki, bu da istifadəçilərə kontaktssız ödəmələr və digər qısa məsafəli kommunikasiya xüsusiyyətlərindən istifadə imkanı verir. GPS funksiyası olan planşetlər, yer təyini və naviqasiya üçün istifadə olunur. Bu funksiya xüsusilə səyahət zamanı çox faydalıdır. Planşetlərdəki bu şəbəkə xüsusiyyətləri, istifadəçilərə geniş və rahat kommunikasiya imkanları təklif edir, eyni zamanda cihazın çoxşaxəlilikni və mobil effektivliyini artırır.
7. Əlavə xüsusiyyətlər: Müasir planşetlərin əlavə xüsusiyyətləri dedikdə akselerometr, üz tanıma, barometr, giroskop, barmaq izi oxuyucusu, səs assistentləri (məsələn, Siri, Google Assistant) və qrafik işlər üçün stylus dəstəyi kimi xüsusiyyətlər başa düşülə bilər.
iOS yoxsa Android: Sizin planşetiniz üçün hansı əməliyyat sistemi daha uyğundur?
Əgər siz planşet alarkən əməliyyat sistemi seçimi arasında qalmısızsa, o zaman iOS və Android arasındakı fərqləri müqayisə etmək, hər iki əməliyyat sisteminin xüsusiyyətlərini və istifadəçi təcrübəsini tam dərindən araşdırmaq çox önəmlidir. Bu iki məşhur platforma arasında bir neçə əsas fərq var:
1. İstehsalçılar: iOS - Apple tərəfindən yaradılmış və yalnız Apple cihazlarında, məsələn iPhone və iPad-lərdə istifadə olunur.
Android - Google tərəfindən yaradılmış və bir çox müxtəlif istehsalçılar tərəfindən istifadə edilir, məsələn Samsung, Huawei, OnePlus və s.
2. İstifadəçi interfeysi: iOS - Daha sadə və intuitiv (sizin tələblərnizə özü uyğunlaşan) istifadəçi interfeysi təklif edir. İnterfeys elementləri və navigasiya üslubu nisbətən dəyişməzdir. Android- Fərdiləşdirilə bilən (sizin şəxsi zövgünüzə uyğunlaşan) interfeysə malikdir. İkonların yerləşdirilməsi, home ekranın və tətbiqlərin idarə edilməsi kimi sahələrdə daha çox istifadəçiyə nəzarət imkanı verir.
3. Play Market və App Store: iOS- Bu əməlliyat sistemli planşetlərdə tətbiqləri yalnız Apple'ın App Store-dan yükləyə bilərsiniz, bu da Apple'ın tətbiqlər üzərində sıx nəzarət tətbiq etməsinə imkan verir.
Android- Bu əməlliyat sistemli planşetlərdə isə Google Play Store ilə tətbiqlər yüklənə bilər. Bu da öz istifadəçilərnə daha geniş tətbiq seçimini təmin edir.
4. Update: iOS da bütün uyğun cihazlar eyni anda əməliyyat sistemi yeniləmələrini alır. Android da isə yeniləmələr istehsalçıya və şəbəkə operatoruna bağlı olaraq fərqli vaxtlarda verilə bilər, bu da bəzi Android cihazlarının yeniləmələri gecikdirməsinə səbəb olur.
5. Təhlükəsizlik: iOS qapalı mənbə sistemi olduğu üçün təhlükəsizlik baxımından daha üstün hesab edilir. Android açıq mənbə sistemi olduqna görə bu əməliyyat sistemli cihazlar malware (zərərli proqramlar ) və viruslar üçün daha əlverişli hesab ollunurlar.
Hər iki əməliyyat sisteminin özünün üstünlüklərinə və məhdudiyyətlərinə malikdir. Seçim edırkən əsas üstünlük şəxsi ehtiyaclarınıza və istifadə etmək istədiyniz interfeysa verilməlidir.
Planşetlərin təhsildə və iş həyatındakı rolu
Planşetlər təhsil və iş həyatında mühüm rol oynayır. Onlar informasiyanın asanlıqla əldə edilməsinə, idarə edilməsi və təqdim edilməsinə səbəb olurlar. Planşetlərin təhsildəki rolundan danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, planşetlər müəllimlərə və tələbələrə tədris prossesini daha interaktiv və maraqlı etmək üçün multimedia təqdimatları, testlər və video oyunları kimi vasitələrdən istifadə etmək imkanı verir. Ağır kitablar və dərsliklər daşımaq əvəzinə, tələbələr bütün lazımi materialları bir planşetdə saxlaya bilər. Saatlarla kitabxanalarda oturmaq əvəzinə isə planşet vasitəsi ilə tələbələr istənilən mənbələrə daha asan çıxış imkanı tapa bilərlər. Yaxın keçmişdə yaşadıqmız bir daha sübüt elədiki planşetlər tələbələrin və müəllimlərin onlayn siniflərdə və virtual təlim sessiyalarında iştirak etməsində mühüm rol oynayır. Planşetlərin iş həyatındaki roluna gəldikdə isə planşetlər iş adamlarına elektron poçt göndərmək, hesabatlar hazırlamaq, təqdimatlar yaratmaq və onlayn iclaslarda iştirak etmək kimi işləri yerində və yolda yerinə yetirmək imkanı verir. Qrafik tablet kimi istifadə edilə bilən planşetlər, dizaynerlərə sketçlər çəkmək, dizayn layihələri üzərində işləmək və müştərilərə nümunələri sürətli şəkildə göstərmək imkanı yaradır. Planşetlər iş iclaslarında təqdimatlar etmək üçün ideal cihazlardır. Onlar həm portativdir həm də təqdimat materiallarını asanlıqla dəyişdirmək və göstərmək üçün idealdırlar.
Planşetlərin bu qədər geniş tətbiq sahələri onların həm təhsil, həm də iş mühitində əvəzolunmaz resursa çevrilməsinə səbəb olmuşdur. Bu cihazlar istifadəçilərə yeni öyrənmə və işləmə üsulları tapmağa imkan yaradır. Eyni zamanda planşetlər ənənəvi metodlarla müqayisədə daha effektiv və interaktiv həllər təklif edir.
Planşet modellərinin qiymətləri nə qədərdir?
Kontakt Home mağazalarında və bizim saytımızda planşet modellərinin qiymətləri müxtəlif faktorlara görə dəyişir (məsələn, marka, model, xüsusiyyətlər və s.). Xüsusiyyətlərinə əsasən planşetlərin qiymətləri şərti olaraq aşaqdaki kimi təsnif edilə bilər:
1. Sadə planşetlər: Sadəcə primetiv tasklar üçün nəzərdə tutulur və qiymətləri 279 azndən başlayır.
2. Orta təbəqəli planşetlər: Qiymətləri müxtəlif konfiqurasiyalara bağlı olaraq 700 - 1000 azn civarında olur. Bu tip planşetlər tələbələr üçün alverişli modellər hesab olunur.
3. Peşəkar istifadə üçün nəzərdə tutulan planşetlər: Qiymətləri isə 1000 manatdan başlay;r və 2-3 min manata kimi dəyişə bilir.
Lakin hansi model, hansi marka və hansı qiymətə aldığınızdan aslı olmayaraq Kontakt sizə istəlinən məhsula zamanət verir və zəmanıt müddəti çərcivəsində texniki dəstəklə təmin edir.
Qeyd: Bu məlumat mətnin oxuma tarixinə əsasən öz dəqiqliyini itirmiş ola bilər.