Sistem blokları
- Page Previous
- Page 1
- You're currently reading page 2
Yüksək performanslı sistem bloklarını Kontakt Home olaraq sizə kredit və nağd alışla təklif edirik. İstər iş, istərsə də oyun üçün olsun - istənilən zövqə uyğun sistem bloklarını Kontakt Home sizə təqdim edir.
Sistem bloku nədir?
Sistem bloku alüminium, polad və ya plastikdən hazırlanmış kompüter elementidir. Onun əsas funksiyaları kompüteri xarici təsirlərdən, mexaniki zədələrdən qorumaq və kompüterin daxilində optimal temperatur şəraitini saxlamaqdır. Beləliklə, sistem bloku kompüterin ən vacib elementlərini (CPU, RAM, anakart, videokart, HDD, SSD və s.) özündə birləşdirən əsas vahididir. Sistem bloku həmçinin kompüterin işləməsi üçün lazım olan bütün qoşulmuş periferik cihazları (monitor, klaviatura, mous və s.) idarə edir. Sistem blokunun bütün tərkib hissələrini şərti olaraq iki qrupa bölmək olar:
1. Kompüter aşağıda sadalanan komponetlər olmasa işləməyəcək: HDD, CPU, Qidalanma bloku, Gövdə, Soyutma sistemi, RAM, Anakart.
2. Kompüter aşağıda sadalanan komponetlər olmasa qismən işləyəcək: Videokart və audiokart, CD və DVD oxuyucu, Kart oxuyucusu.
Sistem bloku alarkən nələrə diqqət etməliyik?
Funksionallıq baxımından uyğun bir Sistem Bloku almaq üçün onun yerinə yetiriməsi laz;m olan əsas məsələləri düzgün formalaşdırmaq lazımdır. Ən sadə konfiqurasiyalar tədris, iş və internetdə sadə araşdırmalar üçün uyğundur. Orta qiymət kateqoriyası aşağı güc-tələbatlı oyun və multimedia (kino, musiqi və s.) üçün sizə yararlı ola bilər. Yüksək performanslı sistem blokları isə oyunlar üçün mükəmməllik standartı adlandırmaq olar. İstənilən kompüteri aşağıdakı xüsusiyyətlərə görə asanlıqla qiymətləndirmək və digəri ilə müqayisə etmək olar:
CPU sürəti, prosessordakı nüvələrin sayı, RAM ölçüsü, video kartın yaddaş tutumu, yaddaş həcmi, HDD və ya SSD olması.
Operativ yaddaş (RAM) nədir və sistem blokuna uyğun necə seçilməlidir?
Operativ yaddaş əməliyyat sisteminin və prosessorun birbaşa işlədiyi proqramların müvəqqəti məlumatlarını saxlamaq üçün istifadə olunur. RAM üçün iki əsas tələb var: RAM sürətli olmalıdır və həcmi böyük olmalıdır. RAM miqdarı, istifadə etdiyiniz əməliyyat sistemi və proqramların tələblərinə əsaslanaraq müəyyən edilməlidir. Əksər müasir əməliyyat sistemləri və proqramlar üçün ən azı 4 GB RAM tövsiyə edilir, lakin daha yaxşı performans üçün 8 GB və ya daha çox RAM yaxşı seçim ola bilər.
Prosessor nədir və sistem blokuna uyğun necə seçilməlidir?
Prosessor və ya CPU(Central Processing Unit) - proqram göstəricilərini və proqram kodunu icra və emal edən, həmçinin əməliyyat sisteminizdə və sistem blokunuzda baş verən bütün məntiqi əməliyyatlara cavabdeh olan elektron cihazdır. Birmənalı olaraq prosessoru istənilən kompüterin, mobil cihazın və ya digər cihazların beyni adlandırmaq olar. Prosessorun seçimi kompüterin təyinatına uyğun olaraq aparılmalıdır:
1. Ofis kompüteri üçün dördnüvəli prosessor kifayətdir. Daha sadələşdirilmiş seçim 4 və ya daha çox yivli ikinüvəli prosessordur. Photoshop və digər tələbkar proqramlarda işləməyiniz gözlənilmirsə, ondan rahatlıqda istifadə edə bilərsiniz. Prosessorun nəsli də həmçinin çox vacibdir.
2. Evdə sadəcə film izləmək və ya asudə vaxtı maraqlı keçirdmək üçün sistem bloku alarkən, demək olar ki istənilən 4-nüvəli prosessor sizin təlabatnızı qarşılayacaq. Burada əsas şərt takt tezliyi göstəricisinin yüksək olmasıdır.
3. Bu gün istifadəçilərin oyun kompüterinin prosessorlarına daha yüksək tələbləri var. Bu da müasir oyunların kifayət qədər yüksək güc tələb etməsi ilə əlaqədərdir. Oyun kompüterləri üçün 6 və ya hətta 8 nüvəli bir prosessor quraşdırmaq məsləhət görünür.
Videokart nədir və sistem blokuna uyğun necə seçilməlidir?
Videokart kompüter yaddaşında saxlanılan qrafik təsviri monitor ekranında daha sonraki nümayişlər üçün uyğun formaya çevirən cihazdır. Məsələn, oyun üçün videokart alırsınızsa, bu, sistem blokunun ən bahalı və vacib komponenti olacaqdır. Videokart nə qədər güclü olarsa, 3D qrafikanın işlənməsi, məlumatın çıxışı və monitorda təsvirin keyfiyyəti bir o qədər yaxşı olar. Videokart kifayət qədər güclü deyilsə kompüterinizdə istədiyiniz işləri görə bilməniz çətinləşəcək. Oyunlar yavaş-yavaş davam edəcək və ya heç başlamayacaq. Videokartın yaddaşı oyunlar və intensiv qrafik proqramlar kimi tətbiqlərdə görüntülərin emalı üçün istifadə olunur. Videokartın yaddaş həcmi, yüksək görüntü imkanını və detallı görüntüləri dəstəkləyə biləcək qədər böyük olmalıdır. Yaddaş həcmi genişləndikcə, kart daha çox məlumat yadda saxlaya bilər və nəticədə daha yaxşı performans göstərə bilər. Videokart yaddaşının həcmi adətən gigabayt (GB) ilə ölçülür və müxtəlif modellərdə 2 GB-dən 24 GB və daha artıq olaraq dəyişə bilər. Videokartın həcmi sizin istifadə məqsədlərinizə görə dəyişir. Optimal videokart həcmi aşağıdakı amillərə əsaslanaraq müəyyən edilə bilər:
1. Oyunlar: Əgər siz yüksək qrafik tələblərinə malik müasir oyunlar oynayırsınızsa, ən azı 6 GB yaddaşa malik bir videokart məsləhət görülür. Ən yaxşı isə 8 GB və ya daha yüksək həcmli videokartlar sizin oyun zamanı tam olaraq virtual realliqa köklənmənizə şərait yaradacaq.
2. Qrafik dizayn və video redaktə: Qrafik dizayn, video montaj, 3D modellemə və s. kimi qrafik proqramlar istifadə edirsinizsə, 8 GB-dan başlayaraq 16 GB və daha yüksək həcmli videokartlar daha yaxşı performansı təmin edə bilər.
3. Əsas kompüter işləri və multimedia: Sadə kompüter işləri, internetdə sadə araşdırma, ofis tətbiqləri, və ya kiçik həcmli videolar izləmək üçün 2 GB-dan 4 GB-a qədər videokart həcmi kifayətdir.
Sistem bloklarının qiymətləri nə qədərdir?
Kontakt Home-dan alınan sistem bloku sizə 550-9000 azn arası başa gələ bilər. Qiymətlər sistem bloklarının texniki göstəricilərinə görə dəyişə bilər. Sistem bloku alarkən əsas qiymət meyarı cihazın təyin edilmiş tapşırıqlara uyğunluğ dərəcəsindən asılı olaraq müəyyənləşır.
Qeyd: Bu məlumat mətnin oxuma tarixinə əsasən öz dəqiqliyini itirmiş ola bilər.