Filtr
Tətbiq et
Qiymət
İstehsalçı
Növ
Diaqonal
Kontrastlıq
Piksel sürəti
Maksimal rəng sayı
Əyri ekran
Sensorlu ekran
Tezlik
Portlar
Displey növü
Monitor Hp Omen 25 Z7Y57Aa
Monitor Hp Omen 25 Z7Y57Aa
759,99 ₼599,99 ₼ 0% 12 ay
Diaqonal: 32" Displey növü: Məlumat yoxdur
Monitor Hp 32F 31,5 6Xj00Aa
Monitor Hp 32F 31,5 6Xj00Aa
699,99 ₼599,99 ₼
Diaqonal: 31.5" Displey növü: IPS
Monitor HP V24 FHD (9SV73AA)
Monitor HP V24 FHD (9SV73AA)
429,99 ₼379,99 ₼
Diaqonal: 24" Displey növü: TN
Monitor Hp Omen 27İ İps 165Hz 2K (8Ac94Aa)
Monitor Hp Omen 27İ İps 165Hz 2K (8Ac94Aa)
1.429,99 ₼1.249,99 ₼
Diaqonal: 27" Displey növü: IPS
Monitor Hp 27F 4K (5Zp65Aa)
Monitor Hp 27F 4K (5Zp65Aa)
859,99 ₼779,99 ₼ 0% 12 ay
Diaqonal: 27" Displey növü: Məlumat yoxdur
HP M32f 31.5 (2H5M7AA)
HP M32f 31.5 (2H5M7AA)
729,99 ₼619,99 ₼
Diaqonal: 31.5" Displey növü: Məlumat yoxdur
 HP Elite E243D Docking 23.8 FHD (1TJ76AA)
HP Elite E243D Docking 23.8 FHD (1TJ76AA)
969,99 ₼669,99 ₼ 0% 18 ay
Diaqonal: Məlumat yoxdur Displey növü: IPS
HP M24FW FHD 23.8 (2D9K1AA)
HP M24FW FHD 23.8 (2D9K1AA)
499,99 ₼419,99 ₼ 0% 6 ay
Diaqonal: 23.8" Displey növü: IPS
Monitor HP X27C FHD Gaming Curved (32G13AA)
Monitor HP X27C FHD Gaming Curved (32G13AA)
769,99 ₼629,99 ₼ 0% 18 ay
Diaqonal: 27" Displey növü: VA
Monitor HP Omen 25I Gaming FHD (22J05AA)
Monitor HP Omen 25I Gaming FHD (22J05AA)
699,99 ₼599,99 ₼
Diaqonal: 24.5" Displey növü: IPS
Monitor HP V27I FHD (9SV94AA)
Monitor HP V27I FHD (9SV94AA)
479,99 ₼419,99 ₼
Diaqonal: 27" Displey növü: IPS
Apple Studio Display 27 ZKMK0U3RUA
Apple Studio Display 27 ZKMK0U3RUA
4.149,99 ₼3.999,99 ₼ 0% 6 ay
Diaqonal: 27" Displey növü: LCD
Monitor HP M24F FHD (2D9K0AA)
Monitor HP M24F FHD (2D9K0AA)
479,99 ₼399,99 ₼ 0% 15 ay
Diaqonal: 23.8" Displey növü: IPS
Monitor HP E24 G4 FHD (9VF99AA)
Monitor HP E24 G4 FHD (9VF99AA)
589,99 ₼499,99 ₼
Diaqonal: 24" Displey növü: IPS
Monitor HP 27 mq 27 QHD (1F2J9AA)
Monitor HP 27 mq 27 QHD (1F2J9AA)
699,99 ₼599,99 ₼
Diaqonal: 27" Displey növü: IPS
Monitor HP M27FQ (2H4B5AA)
Monitor HP M27FQ (2H4B5AA)
699,99 ₼599,99 ₼ 0% 18 ay
Diaqonal: 27" Displey növü: IPS
Monitor HP V20 19.5 HD+ (1H850AA)
Monitor HP V20 19.5 HD+ (1H850AA)
349,99 ₼299,99 ₼ 0% 6 ay
Diaqonal: 19.5" Displey növü: TN
HP X27Q 27 QHD (2V7U5AA)
HP X27Q 27 QHD (2V7U5AA)
829,99 ₼729,99 ₼
Diaqonal: 27" Displey növü: IPS
Monitor HP M27FD (2H3Y8AA)
Monitor HP M27FD (2H3Y8AA)
669,99 ₼549,99 ₼ 0% 15 ay
Diaqonal: 27" Displey növü: IPS
Monitor Philips 275V8LA/00
Monitor Philips 275V8LA/00
599,99 ₼499,99 ₼
Diaqonal: 27" Displey növü: VA
Page

Monitor istifadəçi təcrübəsinə birbaşa təsir etdiyi üçün alıcılar kompüter alarkən digər əsas parametrlərlə birlikdə monitorun da xüsusiyyətlərini nəzərdən keçirirlər. Monitorlar keyfiyyətinə, ölçüsünə, marka və qiymətinə görə bir-birindən fərqlənə bilir. Saytımızda müxtəlif markaların təklif etdiyi kompüter monitoru modelləri mövcuddur. Bu yazımızda monitorların markaları, nələrə diqqət etməliyik, qiymətləri və s. haqqında məlumat verəcəyik.

Monitor nədir?

Monitor kompüterdə həyata keçirdiyimiz əməliyyatları bizə vizual formada ötürən çıxış qurğusudur.Texnologiyanın inkişafı digər qurğularda olduğu kimi monitorun da müxtəlif parametrlərinin inkişafına öz təsirini göstərməkdədir. Məhz bu parametlərin fərqlənməsinə uyğun olaraq istehlakçı seçimlərində də dəyişikliklər müşahidə oluna bilir.

Monitor alarkən nələrə diqqət etməliyik?

Yuxarıda qeyd etdiyimiz kimi monitor istifadəçilərin fəaliyyətinə birbaşa təsir etdiyi üçün onlar alış zamanı monitorla bağlı bir çox xüsusiyyəti nəzərdən keçirir və sonda istifadə sahəsinə və qiymətinə görə ən uyğun olanı seçirlər. Bəs bir istifadəçi monitor alarkən əsas hansı parametrlərə diqqət etməlidir? 

Monitor seçərkən birinci onu hansı məqsədlə istifadə edəcəyinizi müəyyən edərək seçimə təsir edəcək əsas parametrləri dəqiqləşdirməli, daha sonra mövcud məhsulları nəzərdən keçirməyə başlamalısınız. Məsələn, bir dizaynerin monitor seçərkən nəzərə aldığı parametrlərlə, monitoru gündəlik sadə fəaliyyətlər üçün əldə etmək istəyən bir şəxsin önəm verdiyi xüsusiyyətlər eyni ola bilməz. Məhz buna görə də ilk olaraq monitorunuzun hansı özəlliklərə sahib olmağını istədiyinizi dəqiqləşdirməlisiniz.Əksər vaxt insanların diqqət etdiyi parametrlər monitorun ölçüsü, ekran tezliyi, piksel sürəti, qiyməti və markası ilə bağlı olur.

Neçə düym monitor almalısınız?

Ekran ölçüsü haqqında məlumat verərkən düym (inch)  uzunluq vahidindən istifadə olunur. Neçə düym monitorun sizin üçün əlverişli olacağı tamamilə istifadə sahənizə və məqsədinizə bağlıdır.Əgər monitoru ofis proqramları ilə işləmə, internet axtarışları və s. kimi sadə və gündəlik fəaliyyətlər üçün əldə etmək istəyirsinizsə, sizin üçün 21-24 düym arası monitor ideal hesab oluna bilər. Oyunçular üçün isə bu ölçülər dəyişərək 24-27 düym aralığında ola bilir.Qrafik dizayn, video hazırlanması, 3D modelləşdirmə kimi peşəkar fəaliyyətlər üçün daha böyük ekran ölçüləri, məsələn 27 düym və daha yuxarı ölçüyə malik monitorlar məqsədəuyğun hesab olunur..Eyni anda bir neçə tapşırığn yerinə yetirilməsi üçün birdən çox proqramdan istifadə etməyi planlaşdırırsınızsa 32 düym və daha yuxarı monitorlar və ya hətta ultra geniş monitorlar ideal ola bilər.

Monitorlarda piksel sürəti nə qədər önəmlidir?Piksel sürəti bir pikselin bir rəngdən digərinə keçid etmə sürətini ifadə edir və millisaniyə (ms) ilə ölçülür.Piksel sürətini ifadə edən göstəricinin aşağı olması isifadəçini daha sürətli rəng dəyişimi və daha axıcı görüntü ilə təmin edir. Vizual kontent yaradan şəxslər və oyunçular bulanıq görüntü və yavaş keçidləri sevmədiyi üçün onlar monitor seçimində piksel sürətinə xüsusi diqqət yetirirlər.

Monitorlarda yenilənmə sürəti nədir?


Monitorlarda gördüyümüz tezlik (Hz) dəyəri saniyədə ekrana çəkilən təsvirlərin sayını göstərir. Bu dəyər həmçinin ekranın yenilənmə sürəti kimi də bilinir. Məsələn, bir monitorun yenilənmə dərəcəsi 60 Hz olduğu zaman, ekran saniyədə 60 dəfə yenilənir. Yüksək yenilənmə dərəcələri, xüsusilə video oyunları oynayan və ya hərəkətli görüntülərə baxan istifadəçilər üçün daha yaxşı bir görüntü təcrübəsi təmin edə bilər.

Yenilənmə dərəcələri artdıqca, hərəkətin daha akıcı görünməsi təmin edilir. Bu, xüsusilə sürətli hərəkətlərin olduğu oyunlar və ya professional dizayn işləri üçün önəmlidir. Məsələn:

60 Hz: Standart yenilənmə dərəcəsi. Ofis işləri, gündəlik istifadə üçün uyğundur.
144 Hz və daha yüksək: Yüksək səviyyəli oyun və montaj üçün olan monitorları bu və ya daha yüksək yenilənmə dərəcələrinə sahib olur. 
Yenilənmə dərəcəsi yüksək olan monitorlar, xüsusilə FPS (birinci şəxs atıcı) oyunları kimi sürətli hərəkət edən məzmun üçün faydalıdır. Bununla birlikdə, bu monitorlardan tam faydalanmaq üçün, videokartınızında da yüksək yenilənmə dərəcəsini dəstəkləyəcək qədər güclü olması lazımdır.

Ən yaxşı monitor markaları və modelləri nələrdir?

Ümümi olaraq götürsək marka və model seçimi istifadəçinin ehtiyaclarına və istifadə məqsədinə bağlıdır. İş, oyun, grafik dizayn, video redaktə və s. kimi fərqli istifadə sahələri üçün müxtəlif xüsusiyyətlərə sahib monitorlar seçilməlidir. Burada saytımızda olan bəzi monitor markaları haqqında məlumatı sizə təqdim edirik.

Dell: Yüksək keyfiyyətli iş və oyun monitorları təklif edən Dell, özünün UltraSharp seriyası ilə tanınır ki, bu da yüksək qətnamə və rəng dəqiqliyi ilə seçilir.
LG: LG özünün IPS panel texnologiyası ilə məşhurdur ki, bu da geniş baxış bucaqları və parlaq rənglər təmin edir. Oyun və peşəkar iş üçün uyğun modelləri var.
Samsung: Geniş məhsul çeşidliyi ilə fərqlənən Samsung həm oyun monitorları həm də ofis monitorları ilə keyfiyyətinə görə fərqlənir.
Asus: Asus daha çox oyun sektorunda ROG (Republic of Gamers) seriyası ilə tanınır. Yüksək tezlik ilə oyunçular arasında populyardır.
Acer: Acer həm büdcə dostu həm də yüksek performanslı oyun ve iş monitorları təqdim edir. 
Xiaomi: Son vaxtlar daha məhşurlaşmağa başlamışdır. Qiymət və keyfiyyətinə görə seçilir.

Monitor qiymətləri nə qədərdir?

Monitorlar kompüter sistemlərinin ayrılmaz bir hissəsi olaraq müxtəlif ehtiyacları ödəmək üçün geniş qiymət diapazonunda təklif olunur. 320 manatdan başlayaraq 3000 manata qədər uzanan qiymət aralığında, istifadəçilər öz büdcələrinə və tələblərinə uyğun monitorları asanlıqla saytımızda tapa bilərlər.

 Qeyd: Bu məlumat mətnin oxuma tarixinə əsasən öz dəqiqliyini itirmiş ola bilər. 

Hamısını göstər Daha az göstər
Şəxsi hesab
Şəxsi hesabın üstünlüklərindən yararlanmaq üçün daxil olmaq və ya qeydiyyatdan keçməyi tövsiyə edirik.

Hesab və ayarlar

Aylıq Ödəniş
Əlaqə:: *6060