Kolkəsənlər və bağ qayçıları

(88)
Kolkəsənlər və bağ qayçıları
(88)
Seçilənləri sil
Filtr
Tətbiq et
Qiymət
İstehsalçı
Çəki
İstehsalçı ölkə
Məhsul növü
Kolkəsən 42 mm Gardena 12003
Kolkəsən 42 mm Gardena 12003
94,99 ₼ 0% 6 ay
Kolkəsən Gardena 12004
Kolkəsən Gardena 12004
90,99 ₼ 0% 6 ay
Kolkəsən Gardena 12100
Kolkəsən Gardena 12100
86,99 ₼ 0% 6 ay
Kolkəsən Gardena 12300
Kolkəsən Gardena 12300
62,99 ₼ 0% 6 ay
Kolkəsən Gardena 12304
Kolkəsən Gardena 12304
113,99 ₼ 0% 6 ay
Kolkəsən Gardena 8733
Kolkəsən Gardena 8733
45,99 ₼ 0% 6 ay
Uzanan Budaq Qayçisi 42 Mm Gardena 12009
Uzanan Budaq Qayçisi 42 Mm Gardena 12009
141,99 ₼ 0% 6 ay
Uzun Budaq Qayçisi 32 Mm Gardena 12001
Uzun Budaq Qayçisi 32 Mm Gardena 12001
266,99 ₼ 0% 6 ay
Page

Kontakt-da müxtəlif kolkəsən modelləri mövcuddur.  Bu alətlər bağçılıq, tikinti və meşə təsərrüfatı işlərində geniş istifadə edilir. Kolkəsənlər qalın budaqların və ağacların kəsilməsi üçün nəzərdə tutulmuş güclü və dayanıqlı alətlərdir.


Kolkəsənlər nədir?


Kolkəsənlər ağac və qalın budaqları kəsmək üçün xüsusi dizayn edilmiş alətlərdir. Onlar adətən uzun tutacaq və iti kəsici başdan ibarətdir. Kolkəsənlər həm əl ilə işləyən modellər, həm də benzin və ya elektriklə işləyən modellər şəklində mövcuddurlar. Onlar bağçılıq işlərində, tikinti və meşə təsərrüfatında geniş istifadə edilir.


Kolkəsənlər üçün seçim: Hansı model sizin işinizə uyğundur?

Kolkəsənlər müxtəlif iş tələblərinə uyğun olaraq bir neçə fərqli modeldə mövcuddur. Hər bir modelin özünəməxsus xüsusiyyətləri və istifadə sahələri var.  

1. Əl kolkəsənləri adətən daha ucuz və sadə quruluşlu olur. Bu modellər daha yüngüldür və sadə işlər üçün rahatlıqla istifadə edilə bilər. Əl gücü ilə işlədildiyi üçün enerji tələb etmir və səs-küysüzdür. İstifadə sahələri əsasən kiçik budaqların kəsilməsi, bağçılıq işləri və məişət təmirləri kimi qiymetləndirilir. 

2. Benzinlə işləyən modellər ən güclü kolkəsənlərdən biridir və qalın ağacları asanlıqla kəsə bilir.: Enerji mənbəyindən asılı olmadan istənilən yerdə istifadə edilə bilər. Uzun müddətli və ağır işlər üçün ideal seçimdir. Əsasən meşə təsərrüfatında, ağır bağ işləri zamanı və peşəkar tikinti işlərində istifadə olunur. 

3. Akkumulyatorlu modellər kabelsiz və yüngül olduğu üçün rahat daşına bilər. Yüksək keyfiyyətli batareyalar ilə uzun müddətli istifadə imkanı təmin edir. Benzinlə işləyən modellərə nisbətən daha az səs-küy yaradır. Əsasən kiçik və orta ölçülü bağçılıq işlərində,mobil iş yerlərində və məişət təmirləri zamanı istifadə olunur. 

4. Peşəkar modellər çox güclü motorlara və yüksək performansa malikdir. Daha güclü və davamlı materiallardan hazırlandıqna görə, uzun ömürlü istifadə təmin edir. Bu modellər uzun müddətli istifadə üçün rahat tutacaq və balanslı dizayna malikdirlər. Əsasən peşəkar bağçılıq və meşə təsərrüfatı və inşaat işləri zamanı geniş istifadə olunur. 

Bu müxtəlif kolkəsən modelləri arasında seçim edərkən işinizin tələblərinə və iş şəraitinə uyğun olanı seçmək vacibdir. Hər bir modelin üstünlükləri və məhdudiyyətləri var və doğru seçim, işlərinizi daha səmərəli və təhlükəsiz şəkildə yerinə yetirməyə kömək edəcəkdir. Düzgün seçim etməknizdə isə bizim mağaza əməkdaşlarmız sizə böyük məmnuniyyət ilə köməklik görsədəcək. 

Kolkəsən seçərkən nəzərə alınması lazım olan bir neçə vacib amil var:

1. Məhsul hansı məqsəd ilə istifadə olunacaq: Əgər sadəcə kiçik budaqları kəsmək istəyirsinizsə, əl kolkəsənləri kifayət edə bilər. Daha böyük və qalın ağaclar üçün benzin və ya elektriklə işləyən modellər daha uyğundur.

2. Güc: Benzinlə işləyən kolkəsənlər daha güclüdür və ağır işlər üçün idealdır. Elektrikli kolkəsənlər isə daha sakit və ekoloji cəhətdən ətraf mühütə daha ziyansızdır.

3. Ergonomik dizayn: Rahat tutacaq və yüngül dizaynlı kolkəsənlər uzun müddətli iş zamanı qolun yorğunluğu azaldır.

4. Təhlükəsizlik: Qoruyucu qapaqlar, sürüşməyən tutacaqlar və tez dayanma mexanizmi olan modellər daha təhlükəsizdir.

Bu amilləri nəzərə alaraq, sizin ehtiyaclarınıza və iş şəraitinizə uyğun kolkəsəni seçmək mümkün olacaq.


Kolkəsənlərin qiymətləri nə qədərdir?


Kontakt Home mağazalar şəbəkəsində və bizim saytımızda kolkəsənlərin qiymətləri marka, model və texniki xüsusiyyətlərə görə dəyişir. Qiymətləri şərti olaraq aşağdaki kimi bölmək olar: 

1. Sadə əl kolkəsənlərinin qiymətləri adətən 50-100 AZN arasında dəyişir. 

2. Elektrikli və benzinlə işləyən kolkəsənlərin qiymətləri isə daha yüksəkdir, təxminən 150-500 AZN arasında ola bilər. 

3. Daha peşəkar və güclü modellər isə 1000 AZN və daha yuxarı qiymətə satıla bilər. 

Həmçinin siz kolkəsənləri bizdən alarkən 18 aya kimi faizsiz kreditlə və ya nəğd şəkildə əldə edə bilərsiniz. 

Qeyd: Bu məlumat mətnin oxuma tarixinə əsasən öz dəqiqliyini itirmiş ola bilər. 

Hamısını göstər Daha az göstər
Şəxsi hesab
Şəxsi hesabın üstünlüklərindən yararlanmaq üçün daxil olmaq və ya qeydiyyatdan keçməyi tövsiyə edirik.

Hesab və ayarlar

Aylıq Ödəniş
Əlaqə:: *6060