Braun 300Bt üzqırxan saçlar və saqqal üçün nəzərdə tutulub. Korpus suya davamlıdır. 3-Flex və trimmer başlıqları var. 1 tam enerjisi 30 dəqiqə istifadə üçün kifayətdir.
Saçlara və saqqala qulluq, hamar üz dərisi üçün optimal seçim Braun 300Bt üzqırxan modelidir. Cihaz gündəlik istifadə və həssas dəri üçün uyğundur. Üzqırxanın başlığını dəyişərək onu trimmerə çevirmək olar. Korpus suya davamlıdır və möhkəm plastikdən hazırlanıb. Braun üzqırxanı əldə rahat yerləşir, nəticədə onun işini dəqiq idarə edəcəksiniz.
İdeal qırxılmış üz dərisi üçün 3-Flex başlığından istifadə edin. Başlıq 3 ədəd qırxan və hərəkət edən elementlərdən ibarətdir. Beləliklə, cihaz üzün relyefini təkrarlayır və hətta ən çətin yerlədə yerləşən tüklər asanlıqla qırxılır. Saçlar və saqqala qulluq etmək istəyirsinizsə qurğuya trimmer başlığını taxın. Bundan başqa komplektasiyaya 5 ədəd əlavə başlıq daxildir. Bu başlıqlar 1 mm-dən 7 mm qədər uzunluğunda olan saqqala qulluq üçün nəzərdə tutulub. Bakenbard və saqqalın dəqiq konturu üçün trimmeri əlavə başlıqsız istifadə edin.
Braun 300Bt quru və nəm dəri üçün istifadə edilə bilər. İstifadədən sonra başlıqları su altında yumaq olar. Cihaz Ni-Mh batareya üzərində işləyir. Batareyanın tutumu 30 dəqiqə ərzində istifadə üçün nəzərdə tutulub. Enerji 1 saat ərzində bərpa edilir. Lakin cihazı həm də naqil vasitəsilə elektrik yuvaya birləşdirib istifadə etmək olar. Braun 300Bt modelini naqilsiz istifadə etmək istəyirsinizsə 5 dəqiqə ərzində toplanılan enerji üzünüzdəki artıq tüklərin qırxılması üçün kifayət edir. Beləliklə, finksionallığı sayəsində saytımızda təqdim edilən üzqırxan maşınlar arasında seçiminizi bu modeldə dayandırmağı məsləhət edirik.