Apple brendinin təqdim etdiyi MacBook Air 13 sürətli Intel Core i3 prosessora malikdir. Parlaq Retina displeyin görüntü imkanı 1600 x 2560-dır.
MacBook Air 13 notbuku görünüşü və imkanları ilə sizi heyran edəcək. Güclü prosesor cihazın funksionallığını artırıb. Tutumlu batareya isə gün ərzində daha çox iş yerinə yetirməyiniz üçün imkan yaradır.
Görünüş
Alüminium korpus Graphite Gray rəngində təqdim edilib. 13” düymlü ekran cızıqlara davamlı şüşədən hazırlanıb. Oleofob örtük sayəsində onun üzərində barmaq izləriniz qalmayacaq. Lazım olan avadanlığı notbuka qoşa bilməyiniz üçün yan hissələrində 2 ədəd USB Type-C və qulaqlıq üçün girişlər mövcuddur. Yeni Magic Keyboard klaviaturası işıqlandırma ilə təchiz edilib. Nəticədə, tamamlanmamış işləriniz qalsa cihazdan asanlıqla axşam istifadə edə biləcəksiniz. Force Touch Trackpad-in ölçüləri böyüdülüb. Bu da qrafikanın redaktəsi üçün daha geniş imkanlar yaradır. Klaviaturanın sağ və sol hissələrində dinamiklər yerləşdirilib. Səs güclü və təmiz ötürülür. Bütün işlərinizi tamamlayıb asanlıqla film izləyə bilərsiniz.
Displey
Retina displey mükəmməl baxış keyfiyyəti təqdim edir. Rənglər parlaq və təbii əks edilir. Əks parıltı xüsusiyyətləri sayəsində kontent həm gün işığı altında, həm qaranlıqda rahat oxunur. Geniş baxış bucağına sahib ekran sevdiyiniz videoları, ən yeni filmləri izləmək üçün ideal ölçülərə sahibdir.
Ekranın üst hissəsində görüntünü aydın ötürən kamera yerləşdirilib. Beləliklə, istədiyiniz zaman onlayn iclas keçirə və ya yaxınlarınızla video zəng vasitəsilə söhbət edə biləcəksiniz. Korpusda yerləşdirilən 3 ədəd mikrofon sayəsində isə səsiniz aydın ötürüləcək.
Məhsuldarlıq
Intel Core i3 prosessor MacBook Air 13 modelinin gücünə cavabdehdir. Onun köməkliyi ilə gündə istifadə etdiyiniz tətbiqlər daha çevik işə salınacaq. Çətin təqdimatları belə asanlıqla hazırlayacaqsınız. Ən əsası isə, bütün tapşırıqlarınızı günün sonunadək tamamlaya biləcəksiniz. Çünki MacBook Air 13 notbukunun avtonom işləmə müddəti artırılıb. Cihaz 1.29 kq çəkiyə malikdir və çox yığcamdır. Beləliklə, onu şarj edib istənilən yerə özünüzlə apara biləcəksiniz. Vacib faylların saxlanılması, lazım olan tətbiqlərin və oyunların yüklənilməsi üçün 256 GB SSD təqdim edilib.