Kataloq

ŞEŞ-QOŞA at, elektromobil apar! – şərtlər

Hər kəsin sevimli kampaniyası daha maraqlı şəkildə geri qayıdır! 
İndi Şeş ataraq keşbək qazana, ŞEŞ-QOŞA ataraq isə İLİN ƏN YAXŞI avtomobili seçilmiş Volkswagen ID.4 elektromobilini əldə edə bilərsən! Özü də kampaniya həm nağd və həm də hissəli alışlara (taksitlə alışlar istisna olmaqla) şamil olunur.

*keşbək – kampaniyada iştirak edən müştərinin növbəti əldə etdiyi məhsulun alışı zamanı qazandığı 5%, 25% və ya 100% həddində endirim

 

Prosedur çox sadədir. Belə ki,

 

- Kampaniyada iştirak imkanı üçün minimum 10 AZN dəyərində nağd, “6 dəfəyə ödə” və ya hissəli ödəniş (taksitlə alışlar istisna olmaqla) şərtlərindən biri ilə alış-veriş edilməlidir. Minimum 300 AZN dəyərində alış-verişdə isə avtomobil sahibi olmaq üçün ŞEŞ-QOŞA atmaq şansın var.

- Müştəriyə hər dəfə 6 (şeş) olması şərtilə 4 dəfə zər atmalı olduğu, ilk 3 atışın 1 ədəd zərlə, sonuncu, yəni avtomobil üçün 4-cü atışın isə 2 zərlə olacağı izah edilir;

 - Müştəri ilk atışında 6 rəqəmi (şeş) düşərsə, 5%, ikinci atışında da 6 rəqəmi (şeş) düşərsə, 25%, üçüncü atışında da 6 rəqəmi (şeş) düşərsə, 100%-i geri alır.

 - 3 dəfə ardıcıl olaraq 6 rəqəmini (şeş) atdıqdan sonra isə avtomobil üçün zər atmaq şansını qazanır. Avtomobil üçün qoşa zər atışları mağazada keçiriləcək xüsusi tədbirdə baş tutacaq. Qoşa zər atmağa haqq qazanmış müştərilərə sözügedən tədbir barədə əvvəlcədən məlumat veriləcək. Həmin tədbirdə qoşa zər (bir cüt) ilə – 6 QOŞA (ŞEŞ-QOŞA) atdıqda isə Toyota Corolla Cross avtomobilini qazanacaq.

Nəzərində olsun:

 

- Kampaniyada iştirak edən müştəridən zər atmazdan əvvəl zər atma prosesinin kameralar vasitəsilə görüntüyə (qeydə) alınmasına və bu görüntülərin yayılmasına razılıq alınır. Müştəri razılığını vermədikdə kampaniyada iştirak etmək hüququnu itirir. Müştərinin kampaniyada iştirakı qeyd olunan şərti qəbul etməsi deməkdir;

 

- Zərlər mütləq xüsusi kameraların önündə stəkan vasitəsilə və promouterin təlimatları əsasında müvafiq stendin üzərinə atılır;

- Hər zər atışı mərhələsində yalnız BİR CƏHD mümkündür;

- Mağazaya kənardan gətirilmiş zər və stəkan ilə kampaniyada iştiraka icazə verilmir;

- Oyunun 4-cü mərhələsi istisna olmaqla, bütün digər mərhələlərində 6 (şeş) rəqəmi düşmədikdə qazanılan bütün uduşlar itirilir;

- 4-cü mərhələdə isə “ŞEŞ-QOŞA” düşməzsə, qazanılmış son uduş (100% geri alış) qüvvədə qalır;

- Məhsulların üzərində satılan xidmətlər - qızıl zəmanət, quraşdırma, xidmət haqqı, ekspress çatdırılma, Kontakt Plus-a aid xidmətlər və s. ŞEŞ-QOŞA kampaniyasına daxil DEYİL;

- Kampaniyada iştirak etmiş məhsulun qaytarılması qanunvericiliyə zidd olmamaqla yalnız istehsal qüsuru olduğu halda mümkündür;

- Kampaniyada iştirak etmiş məhsul qanunvericiliyə zidd olmamaqla daha aşağı qiymətli məhsulla dəyişdirilə bilməz;

- Kampaniyada iştirak edən məhsul geri qaytarıldığı halda növbəti alış üçün verilən 5%, 25%,100%-lik endirim məbləği sıfırlanır;

- Kontakt.az-dan sifariş edən müştərilər məhsulu mağazadan götürdüyü təqdirdə kampaniyada iştirak edə bilir.

- Kampaniya istənilən vaxt dayandırıla bilər. Hər bir halda bitmə tarixi öncədən sosial media vasitəsilə müştərilərlə paylaşılır.

Şəxsi hesab
Şəxsi hesabın üstünlüklərindən yararlanmaq üçün daxil olmaq və ya qeydiyyatdan keçməyi tövsiyə edirik.

Hesab və ayarlar

Aylıq Ödəniş
Əlaqə:: *6060