ŞEŞ-QOŞA at, Sea Breeze-dən mənzil apar! proseduru
İndi şeş ataraq bizdən aldığın məhsulun dəyərini 100%-ə qədər geri al*, ŞEŞ-QOŞA ataraq əvvəl Toyota Corolla Cross avtomobili, sonra isə Sea Breeze-dən mənzil qazan!
*geri al – kampaniya üçün müəyyən edilmiş müddət ərzində alınan məhsul məbləğinin 5%, 25% və 100%-i Kontakt-dan növbəti alışda istifadə üçün kəşbek kimi qaytarılır.
Prosedur çox sadədir. Belə ki,
• Kampaniyada iştirak imkanı üçün nağd, “6 dəfəyə ödə” və ya hissəli ödəniş (taksitlə alışlar istisna olmaqla) şərtlərindən biri ilə alış-veriş edilməlidir. Minimum 300 AZN dəyərində alış-veriş etdikdə isə avtomobil sahibi olmaq üçün ŞEŞ-QOŞA atmaq şansı verilir.
• Müştəriyə hər dəfə 6 (şeş) olması şərtilə 5 dəfə zər atmalı olduğu, ilk 3 atışın 1 ədəd zərlə, 4-cü (avtomobil üçün) və 5-ci atışın (mənzil üçün) isə 2 zərlə olacağı izah edilir;
- Müştəri ilk atışında 6 rəqəmi (şeş) düşərsə, 5%, ikinci atışında da 6 rəqəmi (şeş) düşərsə, 25%, üçüncü atışında da 6 rəqəmi (şeş) düşərsə, 100%-i geri alır.
- 3 dəfə ardıcıl olaraq 6 rəqəmini (şeş) atdıqdan sonra isə avtomobil üçün zər atmaq şansını qazanır. Avtomobil üçün qoşa zər atışları mağazada keçiriləcək xüsusi tədbirdə baş tutacaq. Qoşa zər atmağa haqq qazanmış müştərilərə sözügedən tədbir barədə əvvəlcədən məlumat veriləcək. Həmin tədbirdə qoşa zər (bir cüt) ilə – 6 QOŞA (ŞEŞ-QOŞA) atdıqda isə Toyota Corolla Cross avtomobilini qazanacaq.
• Burada bitmir! Avtomobil qazananların mənzil aparmaq üçün növbəti atış haqqı olacaq. Bu atışda da qoşa zər (bir cüt) ilə 6 QOŞA (ŞEŞ-QOŞA) atanlar Sea Breeze-dən mənzil aparacaq.
Nəzərində olsun:
• Kampaniyada iştirak edən müştəridən zər atmazdan əvvəl zər atma prosesinin kameralar vasitəsilə görüntüyə (qeydə) alınmasına və bu görüntülərin yayılmasına razılıq alınır. Müştəri razılığını vermədikdə kampaniyada iştirak etmək hüququnu itirir. Müştərinin kampaniyada iştirakı qeyd olunan şərti qəbul etməsi deməkdir;
• Zərlər mütləq xüsusi kameraların önündə stəkan vasitəsilə və promouterin təlimatları əsasında müvafiq stendin üzərinə atılır;
• Hər zər atışı mərhələsində yalnız BİR CƏHD mümkündür;
• Mağazaya kənardan gətirilmiş zər və stəkan ilə kampaniyada iştiraka icazə verilmir;
• Oyunun 4-cü və 5-ci mərhələləri istisna olmaqla, bütün digər mərhələlərində 6 (şeş) rəqəmi düşmədikdə qazanılan bütün uduşlar itirilir;
• 4-cü mərhələdə “ŞEŞ-QOŞA” düşməzsə, qazanılmış son uduş (100% geri alış) qüvvədə qalır;
• Son mərhələdə isə “ŞEŞ-QOŞA” düşməzsə, qazanılmış son uduş (avtomobil) qüvvədə qalır;
• Məhsulların üzərində satılan xidmətlər - qızıl zəmanət, quraşdırma, xidmət haqqı, ekspress çatdırılma, Kontakt Plus-a aid xidmətlər və s. ŞEŞ-QOŞA kampaniyasına daxil DEYİL;
• Kampaniyada iştirak etmiş məhsulun qaytarılması qanunvericiliyə zidd olmamaqla yalnız istehsal qüsuru olduğu halda mümkündür;
• Kampaniyada iştirak etmiş məhsul qanunvericiliyə zidd olmamaqla daha aşağı qiymətli məhsulla dəyişdirilə bilməz;
• Kampaniyada iştirak edən məhsul geri qaytarıldığı halda növbəti alış üçün verilən 5%, 25%,100%-lik endirim məbləği sıfırlanır;
• Kontakt.az-dan sifariş edən müştərilər məhsulu mağazadan götürdüyü təqdirdə kampaniyada iştirak edə bilir.
• Kampaniya istənilən vaxt dayandırıla bilər. Hər bir halda bitmə tarixi öncədən sosial media vasitəsilə müştərilərlə paylaşılır.