Redmi Note 11S Pearl White rəngində təqdim edilib. Smartfon böyük AMOLED ekrana və 108 meqapikselli kameraya malikdir. Daxili yaddaş 128 GB, batareya 5000 mAh həcmindədir.
Redmi Note 11S modeli böyük ekrana, tutumlu batareyaya, 108 meqapikselli əsas kameraya sahibdir. Gündəlik istifadə üçün bu model əlverişli seçim olacaq.
Görünüş və Ekran
Pearl White rəngində təqdim edilən smartfon heyranedici görünüşə malikdir. Xiaomi Redmi Note 11S modelinin korpusu yüngül plastikdən hazırlanıb. Dəyirmiləşdirilmiş yanları telefonu əlinizdə rahat tuta bilməyiniz üçün imkan yaradır. Smartfon su sıçramalarına davamlıdır. IP53 qorunma dərəcəsi sayəsində yağış altına düşməkdən qorxmayacaqsınız. Güclü stereo səs sevənlər üçün smartfonun üst və alt hissələrində 2 ədəd dinamiklər yerləşdirilib. Danışıq zamanı səsin keyfiyyətli ötürülməsini 2 ədəd mikrofon təmin edir. Yaxınlaşma sensoru sayəsində düymələrə təsadüfən basmayacaqsınız.
6.43" düymlü AMOLED displey yüksək baxış keyfiyyətini təqdim edir. Ekran tezliyi 90 Hz-dır. Təbii və parlaq rənglər, böyük ekran sevdiyiniz videoların rahat izlənilməsini təmin edir. Displeyin aydınlığı ətrafınızdakı işıqlandırmaya uyğunlaşır. Beləliklə, Note 11S modelindən zəif işıq şəraitində belə istifadə etmək olar.
Prosessor və Batareya
Note 11S modelində Mediatek Helio G96 prosessor quraşdırılıb. Cihaz vasitəsilə böyük həcmli fayllar yükləmək, şəkil və videoları göndərmək, eyni anda bir neçə tətbiqləri işə salmaq mümkündür. Smartfon Android 11 əməliyyat sistemi üzərində işləyir. İnterfeys bütün toxunuşlara çevik cavab verir. Operativ yaddaş 6 GB-dır. Lazım olan məlumatın saxlanılması üçün isə 128 GB daxili yaddaş təqdim edilib. MicroSD kart vasitəsilə bu həcmi artıra biləcəksiniz.
5000 mAh həcmli batareya avtonom işləmə müddətini artırıb. Beləliklə, gün ərzində smartfon vasitəsilə daha çox işi yerinə yetirəcəksiniz. Enerjisi bitmiş qurğunu 100% qədər şarj etmək üçün cəmi 1 saat vaxt tələb olunur.
Kameralar
İstənilən vəziyyətdə ideal kadrı tuta bilməyiniz üçün Xiaomi Redmi Note 11S smartfonu 108 mpx kamera ilə təchiz edilib. Şəkillərlə yanaşı bu kamera Full HD formatında videolar çəkə bilir. Əlavə olaraq arxa paneldə 8 mpx ultra geniş bucaqlı kamera, 2mpx makro kamera və 2 mpx dərinlik sensoru yerləşdirilib. Stabilizasiya sayəsində hərəkət zamanı belə şəkil çəkə biləcəksiniz.
Xiaomi Redmi Note 11S 6/128 GB Pearl White
-
Пакет установки M29,99 ₼ -
Пакет установки L59,99 ₼ -
Пакет установки XL89,99 ₼ -
Пакет установки XXL119,99 ₼ -
Пакет установки XXXL149,99 ₼
























