Smartfonlar arasında əlverişli qiyməti və güclü parametrləri ilə seçilən Xiaomi Redmi Note 11 qarşılayın. Telefon sudan qorxmur və sürətli prosessora sahibdir.
Smartfonunuzu yeniləməyin vaxtı gəlibsə, seçiminizi Xiaomi Redmi Note 11 modelində dayandırın. Müasir smartfonun sahib ola biləcəyi bütün faydalı funksiyaları özündə birləşdirən bu model gündəlik istifadə üçün nəzərdə tutulub.
Görünüş
Smartfonda 6.43 düymlü AMOLED ekran istifadə edilib. Cihaz rəng çalarlarını parlaq təsvir edir. Ekran tezliyi 90 Hz-dır, xəbər lentini sürətli sürüşdürə bilərsiniz. Uzun istifadə zamanı gözləriniz yorulmayacaq. Aydınlığı otaqdakı işıqlandırmaya uyğun olaraq tənzimləmək olar.
Korpus qara plastikdən hazırlanıb və IP53 qorunma dərəcəsinə sahibdir. Nəticədə, smartfon qəfildən başlanan yağışdan qorxmur. Barmaq izi skaneri yan hissədə yerləşir. Telefonu asanlıqla blokdan çıxardacaqsınız. Əlavə olaraq Xiaomi Redmi Note 11 modelində İnfraqırmızı port, Bluetooth, 2 ədəd nanoSIM və 1 ədəd microSD üçün giriş mövcuddur.
Məhsuldarlıq
Redmi Note 11 Snapdragon 680 prosessor üzərində işləyir. Güclü prosessor istənilən tapşırıqlarınızı sürətli yerinə yetirəcəkdir. Onlayn oyun oynayın, HD keyfiyyətində video izləyin - bu model çətinliklərdən qorxmur. İstifadə zamanı ekran donmur və toxunuşlara həssasdır. 4 GB operativ və 64 GB daxili yaddaş təqdim edilib. Bu həcm ehtiyaclarınız üçün kifayət etməsə yaddaş kartı vasitəsilə əlavə saxlama yeri əldə etmiş olursunuz.
Smartfonu zəng etmək, mesaj göndərmək və sosial şəbəkələrinizi yoxlamaq üçün istifadə etsəniz 5000 mAh tutumunda olan batareyanın enerjisi növbəti günə qədər sizə kifayət edə bilər. Bundan başqa Note 11 cəmi 1 saat ərzində 100% qədər şarj edilə bilər. Bunun üçün sizə 33 Vt adapter lazım olacaq.
Kameralar
Note 11 modeli 4 kameralardan ibarət blokla təchiz edilib. 50 mpx əsas kamera keyfiyyətli şəkillərin yaradılmasında sizə kömək edəcək. HDR texnologiyası ilə hər bir kadr canlı rəngləri ilə heyran edir. Əsas kamera ilə yanaşı arxa paneldə 8 mpx ultra geniş bucaqlı, 2 mpx makro və 2 mpx dərinlik sensoru mövcuddur. Cihaz Full HD formatında videolar yarada bilir. Xiaomi Redmi Note 11 bütün vacib günlərinizin yaddaşda qalmasını təmin edəcəkdir.